Mufti: Əbu Zəkəriyyə Yəhyə bin Şərəf ən-Nəvəvi
Sual:
əl-Buxari və Muslim’in “əs-Sahih”ində, məşhur “müsnəd” kitablarında, Əbu Davud, ət-Tirmizi və ən-Nəsəi’nin “əs-Sünən” kitablarında səhih olmayan hədislər və ya batil olan hədislər varmı?
Cavab:
əl-Buxari və Muslimə gəldikdə hədisləri səhihdir, amma digər adı çəkilən “əs-Sünən” kitabları və “Müsnəd” kitablarının əksəriyyətində səhih, həsən, zəif, münkər və batil hədislər vardır. Doğrusunu Allah bilir!
Mənbə:
“Fətəva əl-İməm ən-Nəvəvi əl-Musəmmə bil-Məsəilil-Mənsura”, səh: 135; Məcəllətul-Əzhər, hicri 1411
