Salihiyyə nədir?

Salihiyyə elm mərkəzinin əsası, Fələstinin Nablus şəhərinin Cəmməil bölgəsində yaşamış, 1156-cı ildə xristianların Qüds şəhərini işğal etdikdən sonra Dəməşq şəhərinə köçən məşhur “Bəni Qudamə” (Qudamə bin Miqdam ibn Nəsr) ailəsinin fərdlərindən olan və daha öncələr Dəməşqdə təhsil almış Əhməd bin Məhəmməd ibn Qudamə tərəfindən qoyulmuşdur. İbn Qudamə ailəsi Əhməd ibn Qudamənin başçılığı altında Dəməşq şəhərinin “Salihiyyə” adlanan məhəlləsinə köçüb burada məscid və elm mərkəzi (mədrəsə) qurmuşlar. İbn Qudamə ailəsindən bir çox islam fəqihləri yetişmişdir. Hənbəli məzhəbinin “Şeyxul-İslamlarından” biri olan Muvafaquddin İbn Qudamə bu ailənin ən məşhur fərdlərindən biridir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?