• Salihiyyə nədir?
  • Yazılardan istifadə
Salihiyyə
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
SALİHİYYƏ
Nəticə tapılmadı..
Bütün nəticələr
Əsas Səhifə Məqalələr

Fiqh Elmi

Salihiyyə
16 Aprel 2025
Məqalələr
Oxuma müddəti: 13 dəq. oxuma
1 0
A A
0
Fiqh Elmi
0
PAYLAŞIMLAR
34
BAXIŞLAR
PaylaşPaylaş

İslam dinində mövcud olan şəri ehkamlar[1] Allahın vəhyinə əsaslanır. Bu hökmlərin əsas qaynaqları Allahın endirdiyi Kitab yəni Qurani-Kərim və Onun Peyğəmbərinin ﷺ hədisləridir. İslam dinində olan şərii hökmlər İslam alimləri tərəfindən məzmuna və tətbiq sahəsinə üç qrupa bölünür:

Etiqadi hökmlər (الْأَحْكَامُ الْاِعْتِقَادِيَّةُ): Əqidə və inancla bağlı olan – Allah ﷻ varlığı, təkliyi, sifətləri, mələklər, səmavi kitablar, nəbi (peyğəmbər) və rəsullar, qədər, axirət günündə baş verəcək hadisələr, cənnət, cəhənnəm və qəbir həyatı ilə bağlı hökümləri əhatə edir. Etiqadi hökmlər “Əqidə” elminin mövzusudur və inanılması vacib olan prinsipləri təşkil edir

Əməli hökmlər  (الْأَحْكَامُ اْلعَمَلِيَّةُ): Bu hökmlər insanın gündəlik həyatda əməl baxımından necə davranmalı olduğunu tənzimləyir. Əməli hökmlər ibadət, müamələ, ailə huququ, müxtəlif cəza və cinayətlərlərin bağlı olan hökmləri əhatə edir. Əməli hökümlər “Fiqh” elminin mövzusudur və şəri hüquq sistemini təşkil edir.

Əxlaqi hökmlər  (الْأَحْكَامُ الْخُلُقِيّةُ): Bu hökmlər əxlaqi prinsipləri tənzimləyir, fərdin mənəvi kamilliyə çatması üçün bir vasitə rolunu oynuyur. Ədəb, əxlaq, qəlbin və nəfsin tərbiyəsi ilə əlaqəli olan – yalan danışmamaq, dürüst olmaq, verilən sözə əməl etmək, vədə xilaf çıxmamaq sadiq qalmaq, əmanətə xəyanət etməmək, insanlarla gözəl və yumşaq müamilə etmək kimi nəfs tərbiyəsi və təzkiyəsi ilə bağlı hökümləri əhatə edir. Əxlaqi hökümlər “İslam əxlaqi” elminin mövzusudur.

 

FİQH ELMİ

Fiqh kəlməsinin lüğəvi mənası: Fiqh (فِقْهٌ) kəliməsi ərəb dilində “فَقِهَ” (fəqihə) feilinin məsdəridir, “fəhm etmək”, “dərindən başa düşmək”, “idrak etmək”, “anlamaq”, “bilmək” və “qavramaq” kimi mənalari vardır. Fiqh kəlməsi və bu kəlmədən törəyən növləri Qurani-Kərimdə iyirmi yerdə keçir “deyilən sözün məqsədini qavramaq, anlamaq, dərindən bilmək və öyrənmək” kimi mənalarda işlədilmişdir. Qurani-Kərimdə “fiqh” kəlməsinin işləndiyi bəzi ayələrə diqqət yetirək:

وَ مَا كَانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَافَّةً فَلَوْلَا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طَائِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنْذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ “Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini (dərindən) öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar (pis işlərdən) çəkinərlər” (Tövbə, 122)[2]

“قَالُوا يَا شُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًا مِمَّا تَقُولُ وَ إِنَّا لَنَرَاكَ فِينَا ضَعِيفًا وَ لَوْلَا رَهْطُكَ لَرَجَمْنَاكَ وَمَا أَنْتَ عَلَيْنَا بِعَزِيزٍ”Onlar dedilər: “Ey Şuayb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif (gücsüz) görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də əziz bir adam deyilsən” (Hud, 91)

Fiqh kəlməsi hədisi-şəriflərdə isə “dinin incəliklərini qavramaq” mənasında istifadə olunmuşdur. Fiqh kəlməsinin işləndiyi bəzi hədislər belədir:

 قال رسول الله ﷺ: مَنْ يُرِدِ اللَّهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ Allah Rəsulunun (ﷺ) belə buyurdu “Allah kimə xeyir diləyərsə onu dində fəqih edər”[3]

Hədislərdə “fiqh” kəlməsinin işləndiyinə dair bəzi nümunələr: “Insanın bilmədiyini bilmirəm, Allah bilir, deməsi onun fəqih olmasınına dəlalət edir”[4]

“Bir şəxsin namazını uzun, xütbələrini qisa tutması fəqih olmasının əlamətlərindəndir”[5]

“Allah Rəsulu ﷺ Abdullah ibn Amrin həddindən çox Quran oxuması səbəbilə ona xəbərdarlıq etmiş və belə buyurmuşdur: “Üç gündən daha qısa bir müddətdə oxuyub bitirmə, çünki bu qədər sürətlə oxuyan Qurani fiqh edə bilməz (anlayıb dərk edə bilməz)”[6]

Tövbə sürəsi 122-ci ayətdə keçən “لِيَتَفَقَّهُوا فِي الدِّينِ” ibarəsi və Peyğəmbərin ﷺ hədisindəkiيُفَقِّهْهُ فِي” الدِّينِ” ” işlənən fiqh (فِقْهٌ) kəlməsi dində və ya dini elmlərdə dərin anlayış və fəhm (qavrama) sahibi olmaq mənasını verir. Fiqh elmi ilə məşğul olub, bu elmdə ixtisaslaşan və dərinləşən şəxslərə “fəqih” (فَقِهٌ) deyilir. Bu kəlimənin cəmi “فُقَهَاءُ” (fuqaha) kəlməsidir.

Fiqh kəlməsinin istilahi (termin) mənası: Peyğəmbərimizin ﷺ vəfatından sonra hicri II əsrin ortalarından etibarən islami elmlərin ortaya çıxması ilə əlaqədar olaraq fiqh kəliməsi də termin kimi istifadə edilməyə başladı. İlk hicri əsrlərdə islami elmlərin hamısını ehtiva etməsi baxımından da fiqh kəliməsi istifadə olunmuşdur. “Dini hökmləri dəlilləri ilə bilmək” olaraq kimi qısa tərif edilən fiqh termininin müxtəlif tərifləri vardır. Fiqhə verilən ən məşhur təriflər:

İmam Azam Əbu Hənifənin fiqhə verdiyi tərif: “Fiqh insanın öz lehinə və əleyhinə olan hökmləri bilməsidir” (الْفِقْهُ مَعْرِفَةُ النَّفْسِ مَا لَهَا و مَا عَلَيْهَا)

İmam Şafiinin fiqhə verdiyi tərif: “Fiqh müfəssəl (təfsilatli) dəlillərdən (yəni ayə və hədislərdən) çıxarılan əməli şəri ehkamları (hökmləri) bilməkdir” (الْفِقْهُ مَعْرِفَةُ الأحكامِ الشَّرْعِيَّةِ الْعَمَلِيَّةِ الْمُكْتَسَبَةِ مِنْ أَدِلَّتِهَا التَّفْصِيلِيَّةِ)

 Fiqh elminin mövzusu: Fiqh elmi mükəlləflərin[7] feilləri haqqındadır. Mükəlləfə ibadətlərində, müamələtlərində[8] və digər məsələlərdə fiqh elmindən ehtiyacı olan hər bir şeyi öyrənməsi vacib, öyrənməkdə ehmalkarlığ və tənbəllik etməsi icazəli deyil, ehmalkarlığ və tənbəllik edilməsi şəxsə günah qazandırır.

Fiqh elminin məqsədi (qayəsi): Fəqihlər (İslam hüquqşünasları) İslam dininin əsas məqsədini “Məqasiduş-Şəriə” (şəriətin məqsədləri) anlayışı ilə ifadə edirlər. Məqasiduş-Şəriə, insanın Allah ilə olan ibadəti, digər insanlarla qarşılıqlı münasibət və gündəlik davranışlarını tənzimləyir. Fiqh elminin başlıca məqsədi Qurani-Kərim və hədislərdə yer alan şəri hökmlərin doğru şəkildə anlaşılması və tətbiq olunması, eləcə də insanların məsul olduqları əməllər və hüquqlar barədə maarifləndirilməsidir. Bundan əlavə, Quran və hədislərdə hökmü açıq şəkildə bəyan edilməmiş məsələlərin müctəhid alimlər tərəfindən ictihad yolu ilə izah olunması da fiqh elminin əsas vəzifələrindən sayılır.

Fiqh, hər bir müsəlmana ibadətləri düzgün və şəriətə uyğun şəkildə yerinə yetirməyi öyrədərək, onların Allahın razılığını qazanmasına, həm dünya, həm də axirətdə əbədi səadətə nail olmasına yardım edir. Bu baxımdan, mükəlləf şəxsin özünə aid fiqhi məsələləri öyrənməsi də vacibdir.

Fiqh elminin nisbəti: Fiqh elmi İslam elmləri sisteminə daxil olan fundamental (əsas) İslami elmlərdən biridir. Bu elm, Quran və hədislərə əsaslanaraq fərdi və ictimai həyatı tənzimləyən hüquqi və əxlaqi qaydaları öyrənir. Bu baxımdan, fiqh elmi həm ilahi vəhyə əsaslanan, həm də ictimai münasibətləri əhatə edən İslami elmlərin əsas sütunlarından biri hesab olunur.

Fiqh elminin əsasını qoyan: Fiqh elminin əsası İslam Peyğəmbəri Məhəmməd (ﷺ) tərəfindən qoyulmuşdur. Peyğəmbər, Allahdan aldığı vəhylərlə insanlara dini hökmləri izah etmiş, Quranın ayələrini şərh etmiş və əməli nümunələri ilə fiqhin təməlini formalaşdırmışdır. Bu mənada fiqhin ilk və əsas mənbəyi Quran, Sünnə (hədislər və peyğəmbərin əməli davranışları) olmuşdur.

Lakin fiqh elmi müstəqil bir elm sahəsi olaraq səhabələr dövründən başlayaraq təbiin, ətbəut-tabiin və sonrakı dövrlərdə inkişaf etdirilmişdir. Fiqh elminin sistemləşdirilməsində və məzhəb əsaslı təməl prinsiplərin formalaşmasında böyük fiqh alimlərinin rolu olmuşdur. Xüsusilə dörd məşhur məzhəb imamı – İmam Əbu Hənifə (699-767), İmam Malik (711-795), İmam Şafii (767-820) və İmam Əhməd bin Hənbəl (780–855) bu sahədə önəmli iz qoymuşlar. İmam Şafii həm də İslam hüququ metodologiyanı sistemləşdirən ilk alim hesab edilir. Xülasə olaraq fiqh elminin əsasını Peyğəmbər vəhyə əsaslanaraq qoymuşdur, daha sonra fiqh, səhabələr, tabiunlər və məşhur fiqh alimləri tərəfindən sistemləşdirilərək müstəqil bir elm sahəsinə çevrilmişdir.

Fiqh elminin tarixi inkişaf mərhələləri:

  • Peyğəmbər dövrü (610-632-ci illər) – Əsas mərhələ: Fiqh elminin əsası Həzrəti Məhəmməd tərəfindən qoyulmuşdur. Quran ayələri və Peyğəmbərin sünnəsi (hədisləri) fiqhin ilk və əsas mənbələridir. İctimai və fərdi həyatda qarşıya çıxan məsələlərə Peyğəmbər vəhyə əsaslanaraq cavab verir, əməllərlə təlim edirdi. Bu dövrdə fiqh hökmləri canlı şəkildə yaşayaraq, sual-cavab və praktik tətbiqlərlə formalaşırdı.
  • Səhabələr dövrü (632-700-cü illər) – Fiiqhin şifahi şərh və tətbiq dövrü: Peyğəmbərin vəfatından sonra səhabələr fiqhi məsələlərdə Quran və Sünnəyə əsaslanaraq hökmlər çıxarmağa davam etdilər. İctihad fəaliyyəti bu dövrdə inkişaf etdi. Səhabə dövrünün ən məşhur səhabə fəqihləri: Abdullah bin Məsud, Abdullah bin Ömər, Aişə, Zeyd bin Sabit və digərləri.
  • Tabiun və Təbə-tabiin (Ətbəut-Tabiun) dövrü (700-800-cü illər) Fiqhin tədvini (yazıya alınması): Səhabələrdən elm alan və onların yolunu davam etdirən təbiinlər fiqhi elmini sistemləşdirməyə başladılar. Fiqh müxtəlif bölgələrdə (Mədinə, Kufə, Bəsrə, Şam, Məkkə) fərqli hüquqi məktəblər şəklində inkişaf etdi. Bu dövrdə ilk fiqhi əsərlər meydana çıxdı.
  • Fiqhi məktəblərin (məzhəblərin) formalaşması dövrü (VIII – IX əsrlər) Fiqhin sistemləşdirilmə mərhələsi: Bu dövrdə fiqh elmi sistemli şəkildə yazıya alındı, hüquqi metodologiyalar (fiqh üsulu) formalaşdırıldı. Ən məşhur dörd sünni məzhəb bu dövrdə yarandı. Həmçinin Şiə fiqhi də bu dövrdə ciddi şəkildə sistemləşdirildi.
  • Fiqhin təkmilləşmə və şərh dövrü (X – XV əsrlər): Fiqhi məktəblərin daxilində təfsilatlı əsərlər, fiqhi xülasələr, fiqhul-müqarən (müqayisəli fiqh) kitabları yazıldı. İxtilaflı məsələlər, hüquqi qaydalar və tətbiq formaları izah edildi.
  • Müasir dövr (XIX – XXI əsrlər): Yeni ictimai və texnoloji problemlərin (bankçılıq, bioetika, süni mayalanma, rəqəmsal ticarət və s. mövzular) ortaya çıxması fiqhlə həllinə ehtiyac artdı. Beynəlxalq fiqh akademiyaları, institutları və fətva mərkəzləri quruldu. Fiqhin sosial və qlobal məsələlərə cavab verməsi üçün yeni metodlar tətbiq olunmağa başladı.

Fiqh elminə aid yazılmış ilk əsər: Fiqh elminin inkişaf mərhələsində ilk yazılı mənbələrin ortaya çıxması hicri I əsrin sonları və hicri II əsrin əvvəllərinə təsadüf edir. Bu dövrdə fiqhi məsələlər əvvəlcə şifahi şəkildə nəql olunur, daha sonra isə fəqihlər bu məlumatları sistemləşdirərək yazıya almağa başlamışdır. İlk fiqh kitabının müəllifi haqqında dəqiq məlumat olmasa da, İmam Malikin “əl-Muvatta” əsəri ilk sistemli fiqh əsərlərindən biri kimi qəbul olunur. Həmçinin Hənəfi fiqh məktəbinin qurucusu İmam Əbu Hənifə və onun tələbələri fiqh elminin yazılı ənənəsinin əsasını qoyan fəqihlərdən hesab edilirlər.

Fiqh elmi ilə fiqh üsulu elmi arasındakı əlaqə: Fiqh üsulu fiqh elminin nəzəri və metodoloji əsaslarını tədqiq edən bir elm sahəsidir. Bu elm, fəqihə hökmlərin çıxarılması üçün istifadə olunan metodları, qaydaları və dəlil sistemini öyrədir. Başqa sözlə, fiqh elmi əməli (praktik) hökmləri, fiqh üsulu isə bu hökmlərin necə çıxarıldığı metodalogiyanı öyrənir. Fiqh üsulu elmi şəri dəlillərin (Quran, Sünnə, icma, qiyas və s.) hüquqi əsası və tətbiq qaydalarını, hökmlərin əsaslandığı metod və məntiqi çərçivəni, müctəhidin (ictihad edən alimin) hansı əsaslarla hökm çıxara biləcəyini göstərir. Bu baxımdan, fiqh ilə fiqh üsulu arasında səbəb–nəticə əlaqəsi vardır. Fiqh üsulu vasitə, fiqh isə nəticədir.

Furu’ul-fiqh (فروع الفقه) Fiqhin Tətbiqi hissəsi: İslam hüququnda yəni fiqh elmində şəri hökmlər üsul alimləri tərəfindən iki əsas kateqoriyaya bölünür: Əsli hökmlər  və Fəri hökmlər

  • Əsli hökmlər [الأحكام الأصلية] (Əqidə və dinin əsas prinsipləri): İslam dininin inanc sisteminə aid olan və dinin təməlini təşkil edən məsələlərdir. Bunlara iman əsasları, İslamın rükunları və əqidə ilə bağlı hökmlər daxildir. Bu görə “əsli” hökmlər adlandırılır, çünki bu hökmlər İslamın əsasıdır və fiqh deyil, əqidə (kəlam) elmləri çərçivəsində öyrənilir.
  • Fəri hökmlər [الأحكام الفروعية] (Tətbiqi fiqh): Dinin əməli tərəfini əhatə edən və “فروع الفقه“[9] (furu’ul-fiqh) adlanan məsələlərdir. Bu hökmlər, əsli hökmlərin təfsilatı və gündəlik həyatda tətbiq formalarıdır. Furu’ul-fiqh, müctəhidlərin təfsili (ətraflı) şəri dəlillərə əsaslanaraq çıxardıqları əməli hökmləri özündə ehtiva edir. Bu elm sahəsi, fiqh elminin əməli və tətbiqi tərəfini təşkil edir və müsəlmanların gündəlik həyatlarında necə davranmalı olduqlarını şəri dəlillərlə izah edir.

Fiqh üsulunun tərifi: Fiqh üsulu fiqh elminin nəzəri əsaslarını öyrənən elm sahəsidir. Ən məşhur tərifə görə:

أصول الفقه هو معرفةُ دلائل الفقه إجمالا و كيفية الاستفادة منها، و حال المستفيد، و هو مجتهد “Fiqh üsulu: fiqhin dəlillərini mücməl şəkildə bilmək, bu dəlillərdən necə istifadə olunacağını və bu dəlillərdən istifadə edəni halınını öyrənən elmdir. Dəlillərdən istifadə edib İslamın əsas mənbələrindən hökm çıxaran isə müctəhiddir”[10]

Bu tərifdən də göründüyü kimi, fiqh üsulu üç əsas komponenti özündə əhatə edir:

  • Fiqhi dəlilləri ümumi şəkildə tanımaq yəni Quran, Sünnə, İcma, Qiyas və s. kimi əsas mənbələri öyrənmək
  • Bu dəlillərdən hökm çıxarma qaydalarını bilmək: istinbat və ictihad (hökm çıxarma) metodlarını mənimsəmək;
  • Hökmləri çıxaran şəxsin (müctəhidin) xüsusiyyətlərini müəyyən etmək yəni müctəhidin elm, fəhm etmə və ixtisas səviyyəsini müəyyənləşdirmək.

Fiqh üsulunun əsasları: Fiqh üsulu elmi, şəri hökmlərin düzgün şəkildə əldə olunması üçün nəzəri əsasları və metodları ortaya qoyur. Bu elmin dörd əsas sütunu vardır

  • Şəri dəlillər və hüquqi qaydalar (الأدلة الشرعية و القواعد الأصولية): Bu bölmə, fiqhi hökmlərin əsaslandığı ana mənbələri və onlardan hökm çıxarma qaydalarını öyrənir
  • Şəri hökmlər (الأحكام الشرعية): Bu bölmə, İslam hüququnda mövcud olan hökmlərin növlərini, mahiyyətini və xüsusiyyətlərini izah edir.
  • Şəriətin məqsədləri (مقاصد الشريعة): Fiqh üsulunun bu bölməsi, şəri hökmlərin dərin hikmətini və əsas məqsədlərini müəyyən edir. Məqasid, şəriətin fərd və cəmiyyət üçün nəzərdə tutduğu faydaları təmin etmək və zərərli halların qarşısını almaqdır.
  • Müctəhid və ictihad metodları (المجتهد وطرق الاجتهاد): Bu bölmə, şəri hökmləri çıxaran müctəhidin xüsusiyyətlərini, ictihadın şərtlərini və metodlarını tədqiq edir. Həmçinin, təqlid, istiṣḥab, ixtilafların dərəcəsini təyin etmək kimi metodik məsələlər də bu başlığa daxildir.

Fiqh üsulunun əsasları haqqında daha ətraflı məlumat üçün fiqh üsulu kitablarına baxılması tövsiyə edilir.

 

[1] أَحْكَامٌ (əhkam) kəliməsi ərəb dilində bir kəlimədir və “hökm” (حُكْمٌ) kəliməsinin cəmidir.

[2] Həmçinin nümunə olaraq fiqh kəliməsinin işləndiyi bu ayələrə də baxıla bilər: Nisa, 78; Ənfal, 65; Həşr, 13; İsra, 44

[3] Buxari, “Səhih”, Elm 71; Müslim, “Səhih”, Zəkat 1037 (Muttəfəqun aleyh)

[4] Müslim, “Səhih”, Munafiqun, 40

[5] Müslim, “Səhih”, Cümə 47

[6] Əhməd bin Hənbəl,“Müsnəd”, X, 55

[7] “Mükəlləf” termini ilə müsəlman şəxs qəsd olunur. Mükəlləfin məsul olduğu hökmlərə isə təklifi hökmlər deyilir

[8] İbadət və müamələ terminləri arasında fərq mövcuddur: İbadət namaz, oruc, həcc kimi sırf Allah ilə qul arasında olan əməllərdir. Bu əməlləri vasitəsilə qul Allahın rizasına nail olmağa və Ona yaxınlaşmağa çalışır.

Müamələ isə insanların bir-biri ilə olan hüquqi və ictimai münasibətlərini tənzimləyən hökmləri əhatə edir. Buna misal olaraq alış-veriş, ticarət, borc vermə, ziyarət kimi gündəlik həyatla bağlı hüquqi və əxlaqi davranışlar göstərilə bilər

[9] rəb dilindən hərfi tərcüməsi: “fiqhin budaqları”

[10] Abdulmumin Abdulhaqq Hənbəli, “Qavaidul-usul və Məaqidul-fusul”

Salihiyyə

Əvvəlki

Anamız Aişə Rəbbini gözəl tanıyırdı

Növbəti

Sələf və qəbir üzərində qiraət

Oxşar Yazılar

İfk ayəsi və şiələr
Şübhələrə Cavab

İfk ayəsi və şiələr

15 Mart 2026
Özünüdərk: Nəfsin Eyiblərini Tanıma Yolları
Əxlaq və Ədəb

Özünüdərk: Nəfsin Eyiblərini Tanıma Yolları

17 Fevral 2026
Peyğəmbərin qızları
Şübhələrə Cavab

Peyğəmbərin qızları

17 Fevral 2026
Şubənin gizli hədisi
Şübhələrə Cavab

Şubənin gizli hədisi

17 Fevral 2026
Hənbəli məzhəbinin müxtəsər tarixi və qaynaq kitabları
Fiqh

Hənbəli məzhəbinin müxtəsər tarixi və qaynaq kitabları

26 İyun 2022
Səfərin müddəti
Fiqh

Səfərin müddəti

24 May 2022
Növbəti
Sələf və qəbir üzərində qiraət

Sələf və qəbir üzərində qiraət

Subscribe
Login
Notify of
guest
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Ən çox oxunanlar

  • Corablara məsh çəkmək (Hədislərə baxış)

    Corablara məsh çəkmək (Hədislərə baxış)

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Niyyəti Dildə Tələffüz Etmək

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Qəbir daşına yazı yazmaq

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Ərəb dilinin əhəmiyyəti

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Təharət – “Sular” fəsli

    0 paylaşım
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • Kateqoriyasız (1)
  • Kitabxana (6)
    • Faydalı Alıntılar (1)
    • Hənbəli Fiqhi (4)
      • Təharət Kitabı (4)
    • Kitab Analizi (1)
  • Məqalələr (74)
    • Ailə (4)
    • Əxlaq və Ədəb (13)
    • Fiqh (21)
    • Hədis (5)
    • Şəxsiyyətlər (6)
    • Şübhələrə Cavab (10)
    • Tarix və İslam Mədəniyyəti (4)
    • Təfsir (1)
    • Ümumi (3)
  • Sual-Cavab (9)
    • Ədəb (2)
    • Əqidəvi suallar (1)
    • Fiqhi suallar (2)
    • Təfsir-Quran (2)
    • Ümumi suallar (1)
    • Üsul (1)
  • Yeni Müsəlman (5)

Etiketlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
Salihiyyə

Salihiyyə - İslami Araşdırmalar Platformasıdır

Daha ətraflı

Kateqoriyalar

  • Kateqoriyasız
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Məqalələr
    • Ailə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Yeni Müsəlman

Açar sözlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
  • Salihiyyə nədir?
  • Yazılardan istifadə

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Tarix və İslam Mədəniyyəti
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Şəxsiyyətlər
    • Hədis
    • Təfsir
    • Ümumi
    • Şübhələrə Cavab
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Kitab Analizi
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
  • Şübhələrə Cavab

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
wpDiscuz
0
0
Yazı haqqında fikirlərinizi bildirin..x
()
x
| Reply
Go to mobile version