• Salihiyyə nədir?
  • Yazılardan istifadə
Salihiyyə
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
SALİHİYYƏ
Nəticə tapılmadı..
Bütün nəticələr
Əsas Səhifə Kitabxana Hənbəli Fiqhi Təharət Kitabı

Təharət – “Sular” fəsli

Salihiyyə
19 Yanvar 2025
Təharət Kitabı
Oxuma müddəti: 26 dəq. oxuma
0 0
A A
0
Təharət – “Sular” fəsli
0
PAYLAŞIMLAR
64
BAXIŞLAR
PaylaşPaylaş

Sular Fəsli

Fəqihlər əhəmiyyət dərəcəsinə görə təharət babına “Sular” fəsli ilə başlıyırlar. Sular fəslində suların qisimləri haqqında ətraflı və geniş məlumat verilir. Hədəsin aradan qaldırması üçün müxtəlif təmizləyici vasitələr vardır, bu vasitələrdən ən önəmli və birinci təmizləyici vasitə sudur. Su yaradılış baxımından yumşaq, axıcı və şəffaf bir maddədir.

Sular hökmünə görə fəqihlər (islam hüquqşunasları) tərəfindən müxtəlif kateqoriyalara bölünüb. Fəqihlərin cumhuru (əksəriyyəti) o cümlədən hənbəli fəqihləri, suyu üç qismə ayırıblar. Məzhəbdə suların digər bölgüsünə aid “ikinci görüş” isə belədir: Təharətdə istifadəsi icazəli olan sular (tahur su) və təharətdə istifadəsi icazəli olmayan sular (tahir). Təharətdə istifadəsi icazəli olmayan sular da məişətdə istifadəsi icazəli olub-olmaması baxımından iki qrupa ayrılır: məişətdə istifadəsi icazəli olan su (tahir) və məişətdə istifadəsi icazəli olmayan su (nəcis). İbn Qudamə əl-Maqdisi və Təqiyuddin İbn Teymiyyə kimi fəqihlər suları iki qismə ayırıblar. Hənbəli fəqihlərindən suyu dörd qismə ayıran fəqihlər də olub, məsələn İbn Rizzin. O suları tahur, tahir, məşkuk (şübhəli) və nəcis su olaraq qruplaşdırıb.

Hənbəli məzhəbin mötəməd (əsas) görüşünə görə sular üç qrupa bölünür: Tahur su, Tahir su, Nəcis su

Tahur su – Təmiz olub başqasını təmizləyən

Tərifi: Öz yaradılış şəklində olan və dəyişməyə məruz qalmayan su. Sularda əsl olan tahur yəni təmiz olmasıdır. Suyun üç vəsfi vardır: iyi, rəngi və dadı. Tahur suyun şirin və duzlu olması, soyuq və isti olması heç bir fərq etmir. Qurani-Kərimdən dəlil: “Biz göydən tər-təmiz su (tahur) endirdik” (Furqan, 48) və ya başqa bir ayə “Sizi təmizləmək üçün göydən üstünüzə yağış yağdırmışdı” (Ənfal,11). Hədisi-şərifdən dəlil: “Dənizdə səfər edən bir qrup səhabənin dəniz suyu ilə dəstəmaz almaq olarmı sualına “Allah Rəsulu ﷺ “Dənizin suyu təmiz, ölüsü də halaldır” cavabını vermişdir.

Hökmü: Tahur su hədəsi aradan qaldırır və xabəsi yox edir. Tahur sular hökmünə görə dörd qrupa bölünür:

Mübah olan tahur su yəni istifadəsi məkruh olmayan su: Bu sular istifadəsi qeydsiz-şərtsiz mübah (icazəli) olan sulardır. Dəniz, quyu, çay, çeşmə, bulaq və yağış suları istifadəsi qeydsiz-şərtsiz mübah olan sulardır. Hamam suları[1] da bu növə aiddir. Mübah olan tahur suyun başqa növləri də vardır, məsələn:

Günəşdə qızdırılmış sular da bu qrupa aiddir və istifadəsi məkruh deyildir. Su qızdırıldığı zaman qabın mədən materialından olması ilə başqa materialdan olması arasında heç bir fərq yoxdur.

Uzun müddət qaldığı üçün tərkibi dəyişmiş su hökmü cəhətdən istifadəsi mübah sayılır və məkruh deyil.

Suyun yanında və ya yaxınlığında olan bir nəcasət və ya leşin təsirindən qoxusunu dəyişmiş su: Bu suların qoxusunun dəyişməsinə səbəb olan şeyin suyun tərkibində olmamasıdır və buna görə də məkruh olan sulardan deyil.

Suya qəsdən atılmadığı təqdirdə yosun və ağac yarpağı kimi suyun bunlardan qorunulması çətin olan şeylər səbəbilə dəyişmiş su[2]: Qorunulması çox çətin olan şeylər səbəbilə dəyişmiş sudan da istifadə etmək məkruh deyil, misal üçün suyun içində olan yosunlar, balıqlar, çəyirtkələr, axan qanı olmayan həşaratlar səbəbilə dəyişmiş sular. Həmçinin su hövzələrinin yanında və ya içində bitən ağacların yarpaqlarının suya tökülməsi səbəbi ilə rəngini dəyişmiş su da bura aiddir, çünki ağacların yarpaqlarının suya tökülməsinin qarşısını almaq çətindir. Əgər bu qəsdən edilərsə yəni bir şəxs yarpaq və ya yosunların suya tökülməsinə səbəb olarsa və bu səbəbdən su öz vəsfini dəyişərsə artıq bu su tahur vəsfini itirdiyi üçün tahur su hesab olunmur. Lakin az yaşlı uşaq, əqli qüsuru olan bir insan və ya heyvan yarpaq və ya yosunların suya tökülməsinə səbəb olarsa bu su tahur olaraq qalır, hökmündə bir şey dəyişmir.

Hökmü: Mübah olan tahur su hədəsi aradan qaldırır və xəbəsi yox edir.

Məkruh olan tahur su – Ehtiyac olmadığca istifadəsi məkruh olan su: Burada istifadə etməklə qəsd olunan bunun yemək, içmək və təharət kimi şeylərdə istifadəsidir, yəni yalnız təharət qəsd olunmur. Məkruhluq isə ehtiyac olmayan hallara aiddir, ehtiyac olan hallarda isə heç bir məkruhluq qalmır, çünki buradakı məkruhluq ehtiyat babına aiddir. Məkruh olan tahur suyun növləri:

Qəbiristanlıqda olan quyu suyu: Bu suyun istifadəsinin məkruh olmasına səbəb torpağa basdırılmış cəsədlərin suya təsirinin olması ehtimalıdır

Çox isti (qaynar) və ya çox soyuq olan su: Bu suyun istifadəsinin məkruh olmasınının səbəbi belə su ilə kamil şəkildə dəstəmaz almağın çətin olmasıdır

Nəcasət və ya nəcasətə bulaşmış bir şeylə qızdırılmış su: Nəcasətli bir şey ilə və ya nəcasətə bulaşmış vasitələrlə, və ya əti yeyilməyən (nəcis sayılan) heyvanların təzəyi ilə qızdırılmış suyun istifadəsinin məkruh olmasına səbəb nəcasətin qoxusun suya təsir etməsi ehtimalıdır. Su hələ soyuq olsa, yəni tam qızmamış olsa belə, çünki çox zaman nəcasətin çox kiçik hissəciklərinin qalxın suya qarışmamasından əmin olmaq olmur. Nəcis və ya nəcasətə bulaşmış vasitələrlə qızdırılan suyun həcmi iki qüllədən az olarsa bu su nəcis hesab olunur və istifadəsi qadağandır.

Qəsb olunmuş, oğurlanmış və ya icazəsiz götürülmüş odun və ya yanacaq vasitələri ilə qızdırılmış su: Qəsb olunmuş, oğurlanmış və ya icazəsiz götürülmüş bir şeylə qızdırılmış suyun istifadəsinin məkruh olmasına səbəb “qəsb etmək”, “oğurluq etmək” və “icazəsiz götürülmək” əməlinin şəriətə görə haram (qadağan) olmasıdır.

Nafilə olan (vacib olmayan) təharətdə istifadə edilmiş su: Vacib olmayan təharət deyərkən müstəhəb olan təharət və mübah olan qüslda istifadə olunmuş su qəsd olunur, müstəhəb olan təharətə nümünə dəstəmazin yenilənməsi, dəstamaz üzvlərinin ikinci və üçüncü dəfə yuyulması, qüsl babında zikr edilən on altı müstəhəb qüsllardan biri (cümə və bayram qüslu). Bu suyun məkruh olma səbəbi budur ki, bu su istifadə olunarkən nə hədəsi aradan qaldırmaq üçün, nə də xəbəsi təmizləmək üçün istifadə olunmamışdır, müstəhəb olan təharətdə istifadə edilmiş suyu topluyub təkrar olaraq ibadətdə istifadə etmək icazəli olsa da bu suyun istifadəsinin hökmü məkruhdur. Lakin vacib olan təharətdə istifadə olunmuş suyun həcmi iki qüllədən az olarsa hədəsi aradan qaldırmaz və xəbəsi təmizləməz.

Kafirin qüslunda istifadə edilmiş su: Bir müsəlman kişi əhli-kitabdan (xristian və ya yəhudi) olan bir qadınla evlənərsə fəqihlərin cumhurunun görüşünə görə həmin qadın heyz və nifas qüslü almadan müsəlman kişinin onunla cinsi əlaqəyə girməsi qadağandır. Kafirin qüslunda istifadə edilmiş suyu topluyub təkrar olaraq ibadətdə istifadə etmək icazəli olsa da bu suyun istifadəsi məkruhdur.

“Qeyri-muməzzic” su: Suyun icinə hər hansi bir əşya yaxud bərk cisim düşərsə və suda həll olmasza yəni suya qarişmazsa bu “qeyri-muməzzic” su adlanir. “Qeyri-muməzzic” suların hökmü barəsində fəqihlər arasında ixtilaf (fikir ayrılığı) vardır. Bəzi hənbəli fəqihlər bu növ suların tahur olmadığını deyiblər. Məzhəbin mötəməd (əsas) görüşü bu suların istifadəsinin məkruh olmasıdır.

Vəsfləri (qoxusu, dadı və rəngi) dəniz duzu ilə dəyişmiş su[3]: Dəniz duzunun təsiri ilə dəyişən suyun məkruh olmasının səbəbi, suyu dəyişdirən amilin özünün də sudan ibarət olmasıdır. Dəniz duzu sudan çıxarılır, qara bənzəyir və daha çox şoran torpaqlarda olur, dəniz duzunun üzərinə su tökülərsə həll olaraq suya qarışır və suyun tahurluq (təmizləyici) sifətini yox etmir. Mədən duzları isə dağ mədənlərindən çıxarılan duzlardır və mədən duzu qarışan suyun hökmü fərqli olur. Mədən duzu qarışan su tahur sular qrupuna aid deyil “tahir su” qrupuna aiddi və “tahir su” bölümündə bu məsələ ətraflı izah olunur.

Hindistan udu və ya xmer çubuğu[4]: Xmer çubuğu suya düşərsə həll olub qarışmır buna görə də xmer çubuğu qarışmış suyun istifadəsi məkruhdur

Kafur parçaları, yağ, qətran, parafin, qır kimi suya qarışmayan yağlı maddələrin suya düşməsi səbəbiylə dəyişmiş su: Kəfur bitkisinin parçalaları, yağ, qətran, parafin, qır və buna bənzər yağlı maddələr təmiz hesab olunur və bunlar suya düşəndə suya qarışaraq həll olmur, buna görə də bu suyun istifadəsi məkruhdur. Qətran maddəsi isə iki cür olur, suda həll olmuyan və suda həll ola bilən. Suda həll ola bilən qətran parçası suya düşərsə bu suyun istifadəsi icazəli deyil

Hökmü: Məkruh olan tahur su hədəsi aradan qaldırır və xəbəsi yox edir.

Zəm-zəm suyunun istifadəsi: Zəm-zəm suyunun hədəsi aradan qaldırmaqda yəni qüsl və dəstəmazda istifadəsi icazəlidir. Lakin xəbəsi aradan qaldırmaq üçün istifadə etmək isə məkruhdur, məkruh olmasının səbəbi zəm-zəm suyu mübarək sudur və hörmət əlaməti olaraq bu hökm verilib. Sular arasında fəzilət (üstünlük) dərəcəsinə görə tərtibdə Zəm-zəm suyundan sonra Nil çayının suyu gəlir.

Mütləq olaraq istifadəsi haram (qadağan) olan tahur su: Bu sular, mübah (icazəli) olmayan sulardır və istifadəsi qeydsiz-şərtsiz haramadır (qadağandır). İstifadəsi haram (qadağan) olan tahur suyun bu növləri vardır:

Qəsb edilmiş və ya oğurlanmış sular: Şəriət nasslarında (ayə və hədislərdə) başqasının malını onun razılığı və icazəsi olmadan götürmək qəti qadağandır. Allah Rəsulu ﷺ hədisdə: “Mallarınız və canlarınız bir-birinizə haramdır” deyə buyurmuşdur. Hənbəli fəqihləri də bu hədisdəki qadağanı əsas alaraq istər su olsun, istərsə də  başqa bir şeyin zor gücünə və ya sahibindən icazəsiz götürülmənin haram olduğuna hökm vermişlər. Qəsb edilmiş və ya oğurlanmış sular hədəsi aradan qaldırmır tərkibi baxımından bu sular tahur (təmiz) olsa da, istifadəsi baxımından hökmü haramdır (qadağandır). Qəsb edilmiş və ya oğurlanmış su xəbəsi yox edir, yəni nəcasətin izaləsində istifadə etmək olar, amma haram olan tahur suyu nəcasətin izaləsində istifadə edən şəxs günah qazanır. Hədəsi aradan qaldırmaq (dəstəmaz və qüsl almaq) “feildir” yəni ibadətdir. Feillərdə niyyət şərtdir və buna aparan vasitələr də haram olmamalıdır. Nəcasəti yumaq isə ibadət deyil tərk adlanır. Tərklər də isə niyyət şərt deyil. Başqasının malını icazəsiz götürməyin qadağan olmasına görə fəqihlər bu fərqi qoymuşlar

Səmud qövmünün yerləşdiyi ərazidə olan Saleh peyğəmbərin (Allahın ona salamı olsun) dəvəsinin su içdiyi quyudan başqa bütün quyuların suyu: Səmud qövmünün yerləşdiyi ərazi Saleh peyğəmbərin yaşadığı ərazi olub. Bu ərazidə çoxlu quyular vardır. Bu quyulardan biri Saleh peyğəmbərin dəvəsinin su içdiyi “dəvə quyusu”dur. Allah Rəsulu ﷺ səhabələriylə bu əraziyə gəldikdə onlara bu ərazidəki Salehin dəvəsinin quyusundan başqa digər quyulardan su içməyi, heyvanları suvarmağı, quyuların suyu ilə qüsl və dəstamaz almağı qadağan etmişdir, qadağa qoymasının səbəbi bu əraziyə Allahın əzab nazil etməsidir. Yalnız bir quyunun – Salehin (as) dəvəsinin su içdiyi “dəvə quyusu”nun suyundan istifadəyə icazə verib[5]. Hənbəli fəqihləri Allah Rəsulunun ﷺ bu qadağasından istidlal edərək bu ərazidə olan “dəvə quyusu” istisna olmaqla digər quyuların suyunun istifadəsinin haram (qadağan) olması hökmü vermişlər. Bu məntəqədəki quyuların suyu hədəsi aradan qaldırmır lakin xəbəsi yox edir (nəcasəti izalə edir). Bu quyuların suyunu nəcasətin aparılmasında istifadə edilərsə günah qazanılır. Hənbəli fəqihləri həcc ziyarəti üçün səfər edən zəvvarların Səmud diyarından keçdikləri və bu quyuların suyundan istifadə etdikləri üçün kitablarında bu məsələnə yer veriblər.

Hökmü: Mütləq olaraq istifadəsi haram olan tahur su hədəsi aradan qaldırmır və xəbəsi yox edir.

Həddi-buluğa çatmış mükəlləf qadının hədəsini aradan qaldırdığı az miqdarda olan su

Tahur suların dördüncü növü olan bu su mükəlləf[6] yəni həddi-buluğa çatmış qadının hədəsi aradan qaldırmaq üçün xəlvətə çəkildiyi[7] həcmi az miqdarda olan sudur. Bu su, həddi buluğa çatmış kişinin, həmçinin xunsanin (germofroditin)[8] hədəsini aradan qaldırmır, lakin qadının hədəsini aradan qaldırır. Qadağanın səbəbi Allah Rəsulu ﷺ qadının hədəsini aradan qaldırdığı suyla kişilərə dəstəmaz və qüsl almağı qadağan etməsi hədisidir[9]. Əgər bu su ilə xəlvətdə qalmış qadın az yaşlı qız uşağıdırsa və ya “hədəs”dən təmizlənmək məqsədi ilə deyil də müstəhəb olan təharət almaq məqsədi olubsa, ya da tam kamil təharət etməyib, yalnız bir hissəsini edibsə və yaxud da “xəbəs”i (nəcasəti) aradan qaldırmaq üçün həmin su ilə xəlvətdə qalıbsa bu su ilə kişilər və xunsələr dəstəmaz ala bilər. Bunun bir qədər çətin olduğunu bildiyimiz üçün nümunə ilə izah edək. Əgər bir müsəlman kişinin evində hamamda az miqdarda su varsa, yəni misal üçün bir vedrədə su vardır və həmin kişinin xanımı “hədəs”dən təmizlənmək üçün kamil şəkildə dəstəmaz və ya qüsl almaq məqsədilə hamama girərsə və qapını bağlayarsa və tam şəkildə təharət edib çıxarsa, yəni həmin sudan istifadə edibsə, artıq o sudan həmin kişi istifadə edə bilməz, baxmayaraq ki, su tahur hökmündədir. Lakin həmin sudan başqa qadınlar dəstəmaz ala bilər. Lakin əgər hamama girib müstəhəb olan dəstəmaz alarsa, misal üçün dəstəmazı pozulmayıb, lakin dəstəmazını təzələmək üçün hamama girərsə suyun hökmünə heç bir təsiri yoxdur. Yaxud da tam dəstəmaz almazsa, bir hissəsini edərsə yenə suyun hökmünə təsiri olmaz, yəni bu sudan kişi də istifadə edə bilər və ya hamama girib paltardakı nəcasəti təmizləmək üçün həmin sudan istifadə edərsə, yenə də suyun hökmünə təsiri yoxdur. Dəstəmaz almaq üçün bu sudan başqa suyu olmayan kişi bu su ilə dəstəmaz alır və ehtiyat olaraq təyəmmüm da alır. Əgər bu suyun miqdarı çoxdursa, yəni həcmi iki qüllədən artıqdırsa, suyun hökmünə heç bir təsiri yoxdur və bu su həddi buluğa çatmış kişinin və xunsanin da hədəsini aradan qaldırır. Hənbəli fəqihlərinə görə bu, təabbudi bir məsələdir, yəni bu məsələnin səbəb və hikmət bilinmir. Dəstəmaz almaq üçün bu sudan başqa suyu olmayan kişi bu su ilə dəstəmaz alır və ehtiyat olaraq təyəmmüm da alır. Bu hökm yalnız suya aiddir, təyəmmüm üçün istifadə edilən torpağa aid deyildir.

Hökmü: Mütləq olaraq istifadəsi haram olan tahur su hədəsi aradan qaldırmır və xəbəsi yox edir.

Az miqdarda və çox miqdarda olan su: Hənbəli fəqihləri suyu həcminə görə iki qismə ayırıb: az miqdarda olan su və çox miqdarda olan su. Suyun həcm baxımından iki qismə ayrılmasının dəlili Abdullah ibn Ömərin (Allah ondan və atasından razı olsun) Allah Rəsulundan ﷺ rəvayət etdiyi “Əgər su iki qüllə (və iki qüllədən daha çox) olarsa, onu heç bir şey nəcis etmir”[10] hədisidir.

Az miqdarda olan su: Bu həcmi iki qüllədən yəni 200 litrdən az olan sudur.

Çox miqdarda olan su: Bu həcmi iki qüllədən yəni 200 litrdən çox olan sudur.

İki qüllə İraq çəki ölçüsünə görə 500 ratl, Qüds çəki ölçüsü görə 80 ratl və yeddidə iki və yeddidə birin yarı ratlını təşkil edir, riyazi hesablama ilə təqribən 80.357 ratl edir. İki qüllənin həcmi həm uzununa, həm eninə, həm də dərinliyində bir zira və dörddə biri qədərdir. İki qüllə hündürlüyü, eni (genişliyi) və dərinliyi 67 santimetrə bərabərdir.

Xüsusi qeyd: Hədəs yalnız və yalnız tahur su ilə aradan qalxır, xəbəs də həmçinin yalnız tahur su ilə izalə edilir. Əgər bir yerə nəcasət isabət edərsə, bu nəcasət tahur su ilə təmizlənməzsə hənbəli həmçinin fəqihlərin cumhuruna görə təmizlənməmiş sayılır (ətraflı izahı “nəcasətlərin təmizlənməsi” fəslində verilir)

 

Tahir su – Təmiz olub başqasını təmizləməyən

Tərifi: Hənbəli məzhəbində tahir suyun dəqiq bir tərifi yoxdur. Şərti olaraq tahir suya belə tərif verilib: “Tərkibinin çox hissəsini təmiz bir şey ilə qarışaraq dəyişmiş, hədəsi aradan qaldırmaq və xəbəsi yox etməkdən başqa hallarda istifadəsi icazəli olan təmiz su”. Məsələn süd, çay, un, duz və s. kimi təmiz maddələr tahur suya qarışaraq suyun tərkibini yəni dadını, rəngini və ya qoxusunu dəyişərək suyun çox hissəni təşkil edərsə bu tahir su hesab olunur. Bu halda su “muməzzic”[11] üsulu ilə, yəni içərisinə düşmüş bir maddənin suda həll olması səbəbiylə dəyişərək tahur hökmündən çıxaraq tahir su hökmünü almışdır.

Hökmü: Tahir su hədəsi aradan qaldırmır və xabəsi yox etmir.

Torpağın suya qarışması suyu tahur vəsfindən çıxarmır istisna hal suya qarışan torpağın çox miqdarda olub suyu palçığa çevirməsidir. Fəqihlər icma etmişlər ki, suyun tərkibi suya qarışan təmiz bir maddə ilə çox dəyişərsə yəni suya qarışan maddə, suyu öz yaradılış şəklindən fərqli hala salarsa həmin su hədəsin aradan qaldırılmasında və xəbəsin yox edilməsində (nəcasətin izaləsində) istifadə edilməsi qadağandır, çünki Allah ﷻ bizə tahur su ilə qüsl və dəstəmaz almamızı əmr edib. İbadət istisna olmaqla bu suyu məişətdə istifadə etmək olar, çünki bu su təmiz bir şeylə qarışmışdır.

Tahir suyun bu növləri vardır:

Az miqdarda olub hədəsi aradan qaldırmaq üçün istifadə edilmiş su: İstifadə olunmuş su dedikdə bir insanın qüsl və dəstəmaz alarkən dəstəmaz üzvlərindən axıb tökülən sular qəsd olunur. Əgər bu su bir qaba toplanılsa və toplanılmış suyun həcmi iki qüllədən (yəni 200 litrdən) çox olarsa yenidən qüsl və dəstəmazda istifadə oluna bilər, əgər həcmi iki qüllədən az olarsa bu su az miqdarda olan su hesab olunur və bu suyun ibadət üçün istifadəsi qadağandır. Qeyd olunduğu kimi bu su təmiz sudur lakin təmizləyici vəsfinə sahib deyil və bu su məişətdə istifadə oluna bilər. Bir adam həcmi iki qüllədən çox olan sularda məsələn hovuz, göl, çay və dənizdə qüsl alarsa, qüslu keçərlidir.Fəqihlər ibadətdə istifadə olunmuş az miqdarda olan suyun təmiz su olmasında icma etmişlər. Dəlil olaraq: “Cabir (Allah ondan razı olsun) xəstələndiyi zaman, Cabirin xəstəlikdən sağalması üçün Peyğəmbərin istifadə etdiyi dəstəmaz suyunu istifadə etməsini”, həmçinin “səhabələrin Allah Rəsulunun (ﷺ) dəstəmazından düşən suları təbərrük olaraq üzərilərinə sürtmələrini” qeyd edirlər

Hökmü: Hədəsin qaldırılmasında istifadə olunmuş az miqdarda olan suyun həcmi iki qüllədən çox olarsa hədəsi aradan qaldırır və xəbəsi yox edir (nəcasəti aparır). İki qüllədən az olarsa tahur hökmündən çıxaraq tahir hökmünü alır və bu su hədəsi aradan qaldırmır və xəbəsi yox etmir (nəcasəti aparmır).

Dəstəmazı pozacaq qədər gecə yatmış mükəlləf müsəlmanın yuxudan oyandıqdan sonra niyyət və “bəsmələ” (“bəsmələ” demək vacibdir) ilə üç dəfə əllərini yumadan öncə əlini bütövlüklə içinə daxil etdiyi az miqdarda su: Dəstəmazı pozacaq qədər gecə yatmış mükəlləf müsəlmanın oyandıqdan sonra niyyət və bəsmələ demədən üç dəfə əllərini yumadan əvvəl əlini bütövlüklə su qabının içinə daxil etdiyi az miqdarda olan suya deyilir. Hənbəli məzhəbinə görə gecə yuxusundan qalxmış mükəlləf müsəlman əllərini yuyarkən niyyət edərək “bəsmələ” deməsi vacibdir. Dəstəmaz almaq üçün bu sudan başqa suyu olmayan şəxs bu su ilə dəstəmaz alır və ehtiyat olaraq təyəmmüm də alır.

Hökmü: Bu suyun həcmi iki qüllədən çox olarsa hədəsi aradan qaldırır və xəbəsi yox edir yəni bu suyun həcmi iki qüllədən çox olarsa qüsl və dəstəmazda istifadə oluna bilər. İki qüllədən az olarsa bu su hədəsi aradan qaldırmır və xəbəsi yox etmir (nəcasəti aparmır) və ibadət üçün istifadəsi qadağandı.

 

Nəcis su

Bu su, içinə düşmüş nəcasət səbəbi ilə tərkibini və ya vəsflərindən birini yəni rəngini, iyini və ya tamını dəyişmiş sudur. Nəcasətin suya qarışması səbəbiylə vəsflərindən birini dəyişən suyun az və çox miqdar olması şərt deyil. Su öz vəsfinin dəyişməsi ilə tahur (təmiz) hökmündən çıxararaq içinə düşən maddəyə görə tahir və ya da nəcis su hesab olunur. Zərurət halı istisna olmaqla nəcis suyun istifadəsi mütləq şəkildə haramdır. Nəcis su, tahir sudan fərqli olaraq məişətdə istifadəsi belə icazəli deyil. Yalnız zəruri hallarda istifadəsinə icazə var. Zərurət halına misal olaraq – yanğını söndürmək və ya yediyi qida boğazında qalıb boğulan insana bu sudan istifadə edə bilər.

Hökmü: Nəcis su və tərkibinə nəcasət qarışmış su hədəsi aradan qaldırmır və xabəsi yox etmir.

Nəcis suyun bu növləri vardır:

Təmizləmə yeri xaric nəcasətlə dəyişən nəcis su: Nəcasət düşən yer “təmizləmə yeri” (məhəllut-tathir) adlanır. Məsələn, insanın əlində və ya paltarına nəcasət isabət etsə və bu nəcasəti yumaq üçün həmin yerin üzərinə suyu tökərkən deyil, həmin su təmizlənmə yerindən axıb ayrıldığı zaman ona nəcis hökmü verilir. Su təmizlənmə yerində olduğu müddətcə bu suyun hökmü yoxdur.

Az miqdarda olub içinə düşən nəcasət səbəbiylə vəsflərindən birini dəyişən su: Əgər həcmi iki qüllədən az olan suyun içinə nəcis bir şey düşərsə və su öz vəsflərini dəyişməsə belə bu su məzhəbə görə nəcis su hesab olunur, çünki az miqdarda olan su içərisinə düşmüş nəcasətə görə nəcis hökmünü alır. Bu su hədəsi aradan qaldırmır və xəbəsi yox etmir (nəcasəti aparmır). Suyun həcmi iki qüllədən çox olarsa və nəcasət düşüb suyun tərkibini dəyişməzsə, nəcasət suda qalsa belə su tahur (təmiz) sayılır, çünki çox miqdarda olan su içərisinə düşmüş nəcasətə görə yox, tərkibinin dəyişməsinə görə nəcis su hökmünü alır. Bu su hədəsi aradan qaldırır və xabəsi yox edir.

Axar su durğun su kimidir: Yəni axar sularla ilə durğun sular hökm etibari ilə eyni hesab olunurlar. Həcmi iki qüllədən az olan durğun suyun içinə nəcis bir şey düşərsə bu su nəcis su sayılır. Suyun həcmi iki qüllədən çox olarsa və düşən nəcasət səbəbiylə su öz vəsflərini dəyişməzsə təmiz su sayılır. Əgər suyun həcmi iki qüllədən çox olarsa və vəsflərindən birini dəyişərsə artıq nəcis su hesab olunur. Bu məsələyə dəlil olaraq Əbu Hureyrənin (Allah ondan razı olsun) Allah Rəsulundan (ﷺ) rəvayət etdiyi bu hədisi gətirilir: “Sizlərdən heç biriniz cünub olduğu halda durğun suda qüsl almasın.”[12] Durğun suda cənabət qüslu aldıqda suya təsir etdiyi üçün suyu tahur hökmündən çıxarıb tahir hökmünə keçirmə ehtimalı var. Suyun həcmi çox böyükdürsə, heç bir şey onun tərkibinə təsir etməz, məsələn: dəniz, göl kimi.

 

Tərkibi nəcasət vasitəsiylə dəyişən suyun təmizlənməsi:

Tərkibi nəcasət vasitəsiylə dəyişən suya həcmi çox miqdarda olan tahur (təmiz) su əlavə edilərək təmizlənir. Əgər az miqdarda su və ya sudan başqa bir maye suya əlavə edilərsə məzhəbin mötəməd (əsas) görüşünə görə su təmizlənməz.

Tərkibi nəcasət vasitəsiylə dəyişən sudan çox miqdar götürüldükdən sonra suyun həcmi iki qüllədən çox olarsa və vəsfləri dəyişməzsə, suda baş vermiş dəyişiklik özü aradan qalxarsa su təmizlənər.

və ya həmin sudan çox miqdar götürüldükdən sonra suyun həcmi iki qüllədən çox qalarsa və vəsfləri dəyişməzsə, suda baş vermiş dəyişiklik özü aradan qalxarsa su təmizlənər.

 

Suların hökmü ilə bağlı qısa xülasə:

◾️ Suyun tərkibinə bir şey düşməyibsə bu su icma ilə “tahur” sudur, ibadətdə istifadə edilir.

◾️ Su hədəsin qaldırılmasında istifadə olunubsa və həcmi iki qüllədən azdırsa bu su icma ilə “tahir” sudur və ibadətdə istifadə edilməsi icazəli deyil.

◾️ Su içinə qarışan nəcis bir şey səbəbiylə tərkibini dəyişərsə, həcmindən asılı olmayaraq bu su icma ilə nəcis sudur və ibadətdə istifadə qadağandır.

◾️ Suyun həcmi iki qüllədən az olarsa və içinə düşən nəcasətin təsiriylə suyun vəsflərində heç bir dəyişiklik baş verməsə belə, bu su icma ilə nəcis sudur və ibadətdə istifadə edilməsi qadağandır

◾️ Suyun həcmi iki qüllədən çox olarsa və içinə düşən nəcasətin təsiriylə suyun vəsflərində heç bir dəyişiklik baş verməzsə, bu su icma ilə tahur sudur və ibadətdə istifadə edilir

 

Şəkk məsələsi: Əşyalarda əsl olan təmizlik və mübah olmaqları qaydasıdır. Suyun və ya başqa şeylərin nəcasətə bulaşmasında şübhə edilərsə məsələ əslinə qaytarılır – “şübhə yəqinliklə aradan qalxar” qaydası tətbiq olunur.

Nəcasətin düşdüyü, lakin üç vəsfindən heç birinin dəyişmədiyi suyun miqdarının çox yoxsa az olmasında şübhə edilərsə, həmin su hökmü nəcis hesab olunur.

Tahur (təmiz) su ilə tahir su qarışarsa: Tahur (təmiz) su tahir su ilə qarışarsa yəni dəstəmaz almaq üçün iki qab suyu olsa hansının təmiz hansının təmiz olduğunu seçə bilməzsək yenə də araşdırıb ikisindən biri ilə dəstəmaz almamalıdır, bu iki qabın ikisindən də yəni bir dəfə bu qabdan, bir dəfə də o biri qabdan götürərək dəstəmaz almalıdır. Tahir olan suyu tahur da etməsi caizdir, bunu ikisini bir qabda qarışdırmaqla etmək olar və bu, yalnız tahur suyun iki qüllə və ya ondan artıq olması halında mümkündür.

Tahur (təmiz) su ilə nəcis su qarışarsa: Tahur (təmiz) su nəcis su ilə qarışarsa, məsələn, bir insanın çox sayda su dolu qabı var və bunlardan hər hansı birinin içindəki su nəcis olarsa və hansının nəcis olduğunu ayırd edə bilmirsə, ona araşdırmaq vacib deyil, o bu suları tərk etməli və ibadətə yararlı olan başqa sudan istifadə etməlidir. Əgər başqa təmiz su olmazsa təyəmmüm alınır. Təyəmmümdən qabaq həmin suları dağıtmağa heç bir ehtiyac yoxdur, necə ki, süd bacısını bir naməhrəmlə qarışdırarsa, onunla evlənməyi tərk etməsi vacibdir. Əgər bir-birilə qarışdırdığı qablardakı suyu təmizləmək imkanı varsa bunu etməsi lazımdır, bu isə yalnız tahur olan suyun iki qüllə miqdarında və ya daha çox miqdarda olması halında mümkündür. Bu zaman üç vəsfindən heç biri dəyişməmiş, lakin qablardan birinə nəcasət düşdüyü bilinən həmin suları bir-birilə qarışdıraraq həmin suyun miqdarını çox etməklə o suyu yararlı hala salmaq olar. Bu deyilənlər təharətə aiddir. Lakin əgər məişətdə istifadə etmək üçün məsələn, yemək və içmək üçün istifadə etmək istəyərsə, sulardan təmiz olanını araşdıra bilər və ondan istifadə edə bilər. Araşdırma dediyimiz isə budur ki, dəlil olmasa belə nəfsinin meyl etdiyi ilə əməl etməkdir. Araşdırmadan bu iki sudan birindən içmək olmaz.

Sudan başqa mayelərin (süd, meyvə şirələri, çay, duru yağ və s.) tərkibinə nəcasət düşərsə: Sudan başqa həcmi az miqdarda olan mayelərin tərkibinə nəcasət düşərsə vəsfləri (dadı, rəngi, qoxusu) dəyişməsə belə bu maddə nəcis hesab olunur. Həcmi çox miqdarda olan mayelərin tərkibinə nəcasət düşməsi səbəbiylə vəsfləri (dadı, rəngi, qoxusu) dəyişərsə nəcis hesab edilir. Nəcis olan şeyin istifadəsi isə qadağandır. Həcmi çox miqdarda olan mayelərin tərkibinə nəcasət düşərsə və vəsfləri (dadı, rəngi, qoxusu) dəyişməzsə bu nəcis sayılmır, istifadəsi isə icazəlidir.

Təmiz paltar nəcis paltara  və ya qəsb olunmuş, oğurlanmış paltara qarışarsa:  İki paltar olsa və bunlardan biri nəcasətə bulaşarsa və zahirən də nəcasət izi olmazsa və namaz üçün başqa geyim olmazsa hər paltarda bir dəfə namaz qılınır. Paltarin sayı üç ədəd olarsa hər paltar da bir dəfə namaz qılınar.

Bir şeyin nəcis olduğunu bilən kəsin onu istifadə etmək istəyən şəxsə xəbər verməsi lazımdır: Əgər kimsə bir insanın nəcis olan bir şeyi istifadə etmək istədiyini görərsə və burada nəcis şeyin su olub olmamasının fərqi yoxdur, onu təharət üçün yoxsa yemək-içmək üçün istifadə etməsinin də fərqi yoxdur, ona həmin şeyin nəcis olduğunu xəbər verməsi vacibdir. Çünki Allah Rəsulunun ﷺ hədisin də gəlir ki, “Din nəsihətdir.”[13]

 

 

[1] Hamam suyu istər təmiz bir şey, istərsə də nəcasət və ya nəcasətə bulaşmış bir şeylə qızdırılmış olsun, ondan istifadə etmək məkruh deyildir. Şeyx İbn Avd “Hidəyətur-Rağib” kitabına yazdığı haşiyəsində belə qeyd deyir: “Səhabələr hamama daxil olmağa rüxsət (icazə) verdikləri üçün hamam suyu nəcasətlə qızdırılmış məkruh olan sular arasından istisna edilir”

[2] Şeyx Mənsur əl-Buhuti “əl-Muntəhəl-İradət” kitabına yazdığı şərhində “ağac yarpağı” sözü ilə bağlı yazdığı haşiyəsində deyir: “Sözündən anlaşılan budur ki, əgər ağacın meyvələri suya düşərsə və suyu dəyişdirərsə, yekdil görüş olaraq suyun təmizləyici xüsusiyyətini aparmış olur, çünki çox zaman suyu meyvələrdən qorumaq mümkündür. Su hövzələri yanında meyvə ağacları az olur.”

[3] Şeyx əd-Duməni deyir: “O, şoran torpaqlara tökülmüş sudur, su buxarlandıqda suyun tərkibindəki duz qalır. Dəniz duzu qəsdən suya atılsa belə bu suyun istifadəsi məkruhdur. Məkruh olmasının səbəbi dəniz duzunun suyun tərkibindən əldə edilməsidir, suya qarışdıqda onun suda həll olması qarın əriməsinə bənzəyir” (“Haşiyətud-Duməni”, 105)

[4] Ərəbcə “əl-Udul-Qaməri” adlanan bu ağacın gözəl və xoş ətri var. Qimər adlı yerə nisbət edildiyi üçün onlara “qimər çubuqları” da deyilib. Qimər qədim dövrlərdə olan Xmer imperiyasının adı olmuşdur, indiki Kamboca ərazisidir. Şeyx Abdullah əl-Bə’li deyir: “Burda qəsd olunan qaməri çubuğudur, Qimər ölkəsinə nisbət edilir və o, Hindistan torpaqlarında bir yerdir.” (“əl-Mutli alə Əbvabil-Muqni”, səh 22) Xmer çubuğu suya düşərsə həll olub qarışmır buna görə də xmer çubuğu qarışmış suyun istifadəsi məkruhdur.

[5] Buxari, “Səhih”, 3379

[6] Mükəlləf: etdiklərinə görə məsuliyyət daşıyan, əql qüsursuz və uşaq olmayan

[7] “Xəlvət” kəlməsi ilə qəsd olunan, həmin qadını mümeyyiz və böyük olan biri müşahidə etməsin, yəni əgər hamamda yanında mümeyyiz olmayan az yaşlı bir uşaq varsa bu, xəlvəti pozmur

[8] Xunsa (germofroditin): həm kişi, həm qadın cinsiyyəti orqanı olan şəxsdir

[9] Əhməd bin Hənbəl, “Müsnəd”, 2/361; Əbu Davud, “Sünən”, 83; Tirmizi“Sünən”, 69; Nəsai,“Sünən”, 59; İbn Macə“Sünən”, 386

[10] Əhməd bin Hənbəl “Müsnəd”,2/38; Əbu Davud“Sünən”,63; Tirmizi “Sünən”,67; Nəsai, “Sünən”, 52, İbn Macə,“Sünən”

[11] Suyun icinə hər hansi bir maddənin düşüb suya qarışaraq suda həll olması

[12] Müslim,”Səhih”, 684

[13] Buxari,“Səhih”, İman, 3016; Müslim,“Səhih”, İləl,55; Nəsai,“Sünən”, Həcc və Mənəsik, 3016

 

✍🏼 Afsana Mahdy

 

Salihiyyə

Etiketlər: nəcis susularsular fəslitahir sutahur sutəharəttəharət babı
Əvvəlki

Müasir corablara məsh çəkməyin hökmu (Fiqhi məktəblərin görüşləri)

Növbəti

Təharət – “Qablar” fəsli

Oxşar Yazılar

İstinca, İsticmar və Təharətlə bağlı hökmlər
Təharət Kitabı

İstinca, İsticmar və Təharətlə bağlı hökmlər

16 Fevral 2023
Təharət – “Qablar” fəsli
Təharət Kitabı

Təharət – “Qablar” fəsli

15 Fevral 2023
İstinşaq, isticmar və əlləri üç dəfə yumaq
Təharət Kitabı

Təharət: Müqəddimə

19 Yanvar 2025
Növbəti
Təharət – “Qablar” fəsli

Təharət - "Qablar" fəsli

Subscribe
Login
Notify of
guest
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Ən çox oxunanlar

  • Corablara məsh çəkmək (Hədislərə baxış)

    Corablara məsh çəkmək (Hədislərə baxış)

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Niyyəti Dildə Tələffüz Etmək

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Qəbir daşına yazı yazmaq

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Ərəb dilinin əhəmiyyəti

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Təharət – “Sular” fəsli

    0 paylaşım
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • Kateqoriyasız (1)
  • Kitabxana (6)
    • Faydalı Alıntılar (1)
    • Hənbəli Fiqhi (4)
      • Təharət Kitabı (4)
    • Kitab Analizi (1)
  • Məqalələr (74)
    • Ailə (4)
    • Əxlaq və Ədəb (13)
    • Fiqh (21)
    • Hədis (5)
    • Şəxsiyyətlər (6)
    • Şübhələrə Cavab (10)
    • Tarix və İslam Mədəniyyəti (4)
    • Təfsir (1)
    • Ümumi (3)
  • Sual-Cavab (9)
    • Ədəb (2)
    • Əqidəvi suallar (1)
    • Fiqhi suallar (2)
    • Təfsir-Quran (2)
    • Ümumi suallar (1)
    • Üsul (1)
  • Yeni Müsəlman (5)

Etiketlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
Salihiyyə

Salihiyyə - İslami Araşdırmalar Platformasıdır

Daha ətraflı

Kateqoriyalar

  • Kateqoriyasız
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Məqalələr
    • Ailə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Yeni Müsəlman

Açar sözlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
  • Salihiyyə nədir?
  • Yazılardan istifadə

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Tarix və İslam Mədəniyyəti
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Şəxsiyyətlər
    • Hədis
    • Təfsir
    • Ümumi
    • Şübhələrə Cavab
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Kitab Analizi
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
  • Şübhələrə Cavab

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
wpDiscuz
0
0
Yazı haqqında fikirlərinizi bildirin..x
()
x
| Reply
Go to mobile version