Qüsurlarımızı necə öyrənək?

Qüsur və günahlarımız Axirətdə əzaba düçar olmağımızın səbəbidir. Uca Allaha haqqıyla ibadət etmək və Axirət əzabından qurtulub səadətinə nail olmaq üçün bu qüsurlardan qurtulmalıyıq. Qüsurlardan qurtulma prosesinin birinci mərhələsi onların təsbitidir. Çünki, təsbit edilməyən xəstəliklər müalicə edilə bilməz. Bəs bu təsbit hansı metodlarla həyata keçirilməlidir?

Nəfs tərbiyəsi mövzusunda geniş elm sahibi olan İmam Əbu Həmid əl-Ğazali “əl-İhyə” adlı əsərində nəfsin qüsurlarını öyrənmək üçün dörd yol göstərir. Onları qısa şəkildə oxucularımızla paylaşmaq istərdik:

 

 

 

 

 

 

 

 

Allahın iznilə mən də bu metodlara bir metod əlavə edərək sayını beşə çıxarmaq istəyirəm. Əslində təklif etdiyim metod İmam əl-Ğazalinin saydığı metodların demək olar ki, hamısını əhatə edən universal bir yoldur.
Acizanə təklif etdiyim yol, insanın bir siyahı tərtib edib mütəmadi olaraq o siyahıya görə özünü müxtəlif yönlərdən yoxlamasıdır.
Bu siyahının bir neçə qaynağı ola bilər.
1. Quran və Sünnətdə möminlərin əxlaqı olaraq zikr edilən şeylər və münafiqlərin əlamətləri.
2. İnsanın əql vasitəsilə anladığı insani əxlaq normaları.
3. İmam əl-Ğazalinin təklif etdiyi metodlarla əldə edilən bilgilər.

Bir sözlə bu metod, istifadə edilə biləcək bütün informasiya qaynaqlarını tək koordinasiya mərkəzində cəmləyib, gələn məlumatları analiz edərək tələb ediləni həyata keçirmək, yəni qüsurları düzəltməkdən ibarətdir.
Təklif etdiyim metodun üstünlüklərindən biridə sadəcə zahiri qüsurları deyil, Allahdan başqa kimsənin bilmədiyi riya, həsəd kimi batini şeyləridə təsbitə imkan verməsidir. Bu metod insanın həkimə gedib ümumi müayinədən keçməsinə bənzəyir. Buna nə qədər də ehtiyacımız var…
Ancaq İmamın təklif etdiyi yolların da üstünlüklərindən biri, bizim metoda nisbətdə daha praktik və sadə şəkildə həyata keçirilə bilməsidir. Ən gözəl olan bu metodların hamısından imkan nisbətində istifadə etməkdir.
Rəbbim bizləri qüsurlarını idrak edib, onları düzəldənlərdən etsin.

Salihiyyə

Exit mobile version