• Salihiyyə nədir?
  • Yazılardan istifadə
Salihiyyə
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
SALİHİYYƏ
Nəticə tapılmadı..
Bütün nəticələr
Əsas Səhifə Kitabxana Hənbəli Fiqhi Təharət Kitabı

Təharət: Müqəddimə

Salihiyyə
19 Yanvar 2025
Təharət Kitabı
Oxuma müddəti: 9 dəq. oxuma
0 0
A A
0
İstinşaq, isticmar və əlləri üç dəfə yumaq
0
PAYLAŞIMLAR
62
BAXIŞLAR
PaylaşPaylaş

قَالَ رَسُولُ اللَّهِ ﷺ: “بُنِيَ الإِسْلامُ عَلَى خَمْسٍ شَهَادَةِ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ وَ إِقَامِ الصَّلاةِ وَ إِيتَاءِ الزَّكَاةِ وَ الْحَجِّ وَ صَوْمِ رَمَضَانَ”

Allah Rəsulu ﷺ belə buyurmuşdur: “İslam beş şey üzərində qurulub: Allahdan başqa ibadətə layiq bir ilahın olmadığına, Məhəmmədin Allahın peyğəmbəri olduğuna şahidlik etmək, namazı qılmaq, zəkat vermək, Allahın evini (Kəbəni) ziyarət etmək və Ramazan ayında oruc tutmaq.”[1]

Bir müsəlmana şəhadət kəliməsinin mənasını və iman əsaslarını mücməl (qısa) şəkildə öyrəndikdən sonra Allaha necə ibadət etməsini öyrənmək onun üçün ən zəruri məsələlərdəndir. Fəqihlər, əhəmiyyətinə və zəruriliyinə görə fiqh kitablarını təharət babı ilə başlıyırlar, çünki təharət namazın qəbul olma şərtidir. Şərt isə bildiyimiz kimi məşrutdan öncə gəlir. Namaz isə şəhadət kəliməsindən sonra İslamın ərkanları içində ən təkid olunmuş rükundur. Təharət şərtləri yerinə yetirilmədən namaz keçərli deyil. Namaz isə ibadətlərin ən vacibidir. İbadət bölümünü təharət babı ilə başlamaq fəqihlərin adətidir, çünki fiqhin bölümləri arasında ən vacib olanı ibadət bölümüdür. Allah ﷻ Zariyat surəsinin 56-cı ayəsində belə buyurur: وَ مَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ “Mən insanları və cinləri yalnız mənə ibadət etsinlər deyə yaratdım”

Fəqihlərin başqa bir adəti isə fiqh kitablarını dörd böyük qismə (bölümə) bölərək qruplaşdırmaqdır:

İbadətlər : Qüsl, dəstəmaz, namaz, cənazə, oruc, həcc, zəkat və s. ibadətlə bağlı olan məsələləri əhatə edir

Müamələtlər : Alış, satış, əqdlər, müqavilələr, icarələr və s. məsələlər bu qisimdə toplanılır

Ailə Hüququ : Ailə hüququna aid olan nigah, talaq, uşağın əmizdirilməsi, nəfəqə və s, məsələlər  əhatə edir

Cinayətlər : şəri cəzalar, həddlər, qisas, diyət və qazilik ilə bağlı mövzular bu qisimdə toplanılır

 

Təharət kəliməsinin izahı:

مَعْنَى كَلِمَةِ الطَّهَارَة لُغَةً “هِيَ النَّظَافَةُ وَ النَّزَاهَةُ مِنَ الْأَقْذَارِ الْحِسِّيَةِ و الْمَعْنَوِيَّةِ”. مَعْنَى اِصْطِلَاحًا “الطَّهَارَةُ هِيَ اِرْتِفَاعُ الْحَدَثِ و مَا فِي معنَاهُ و زَوَالُ الْخَبَثِ”

Təharət kəliməsinin lüğəvi mənası “Təmiz olmayan şeylərdən uzaqlaşmaq”, istilahi mənası isə, “Təharət hədəsin və onun (hədəsin) mənasında olan şeylərin aradan qaldırılması və xabəsin (nəcasətin) izaləsidir”

Beləliklə, təharətin tərifində üç şey zikr olunub:  “Hədəsin aradan qaldırılması”, “Hədəs aradan qaldırılması mənasında olan şeylərin aradan qaldırılması” və “Xabəsin izaləsi”

 

Hədəsin qaldırılması

Hədəs: insanın bədənində ortaya çıxmış, dəstəmaz və qüslun şərt olduğu namaz və buna bənzər ibadətlərin yerinə yetirilməsinə mane olan mənəvi bir hal və ya vəsfdir. Yəni hədəs mənəvi bir şeydir, gözlə görünmür, məsələn qüslun və dəstəmazın pozulması gözlə görünmür. Əgər dəstəmazın və ya qüslun pozulması halı baş verərsə dəstəmaz və qüsl şərti olan namaz qılmaq, mushafa toxunmaq, Kəbəni təvaf etmək və bu kimi ibadətləri yerinə yetirmək üçün maneədir. Hədəsin iki növü vardır:  Kiçik hədəs və böyük hədəs

Kiçik hədəs: Dəstəmazı pozan amillər kiçik hədəs adlanır və kiçik hədəs dəstəmaz almaqla aradan qalxır. Məsələn, yatmaq, bədəndən yelin xaric olması kiçik hədəs adlanır.

Böyük hədəs: Qüslun pozulması böyük hədəs adlanır. Qüsl almaqla böyük hədəs aradan qalxır. Məsələn cünub olmaq, ihtilam olmaq, qadınların heyz və nifas halları böyük hədəs adlanır.

Hədəsdən təharət yəni hədəsin aradan qaldırılması dəstəmaz və qüsl ilə mümkündür. Dəstəmazı və qüslu pozulan birinə “muhdis” deyilir. Böyük və kiçik hədəsi aradan qaldırmaq üçün bu şərtlər vacibdir:

Müsəlman olmaq: Əgər kafir dəstəmaz alıb namaz qılsa müsəlman olmadığı üçün dəstəmazı və namazı keçərli deyil.

Niyyət etmək: Niyyət edilmədən nə dəstəmaz, nə də qüsl keçərlidir. Çünki dəstəmaz və qüsl ibadət olduğu üçün mütləq olaraq niyyət şərtdir.

Ağıllı olmaq: Dəli və ya əqli qüsurlu (əqli cəhətdən sağlam olmayan) bir şəxsin dəstəmazı və qüslü keçərli deyil.

Mümeyyiz olmaq:  Mümeyyiz həddi-buluğa çatmayan və yeddi hicri ilini tamamlamış əqli cəhətdən qüsuru olmayan uşaqlara deyilir.

 

Hədəsin aradan qaldırılması mənasında olan şeylər

Hədəs və hədəsin aradan qaldırılması mənasında olan şeylər arasında fərq vardır. Bəzi şeylər vardır ki, təharətə daxil olan məsələlərdən hesab olunur və bunlardan biri də “Hədəsin aradan qaldırılması mənasında olan şeylər”dir. Lakin birinci qismə, yəni hədəsin aradan qaldırılmasına daxil etmək mümkün deyildir, eyni zamanda nəcasətin izaləsinə də aid etmək olmur, çünki nəcasət deyildir. Buna misal olaraq aşağıdakı halları göstərmək olar.

Dəstəmazın yenilənməsi: Bir insan dəstəmazlı olarkən ikinci dəfə yenidən dəstəmaz alması.

Dəstəmaz alarkən üzvlərin ikinci və üçüncü dəfə yuyulması: İnsan dəstəmaz alarkən dəstəmazda yuyulması vacib olan bədən üzvlərini birinci dəfə yuması hədəsin aradan qaldırılması, bədən üzvlərini ikinci və ya üçüncü dəfə yuması isə hədəsin aradan qaldırılması mənasında olan şeylərdən sayılır.

Müstəhəb olan (vacib olmayan) qüsl: Cümə günü, bayram günü (Ramazan və Qurban bayramı günü), ehrama girərkən, Məkkə və Mədinəyə daxil olarkən alınan qüsl hədəsin aradan qaldırılması mənasında olan şeylərdən sayılır

Gecə yuxusundan qalxan şəxsin əlini üç dəfə yuması: Gecə yuxusundan qalxan şəxsin əlini üç dəfə yuması da hədəsin aradan qalxması mənasında olan şeylərdən sayılır.

Meyit qüslu: Müsəlman şəxs vəfat etdikdə onun yuyulması meyit qüslu adlanir. Meyit qüslu hədəsi aradan qaldırmır və hədəsin aradan qaldırılması mənasında olan şeylərdən hesab olunur.

Təyəmmüm: Dəstəmazı və qüslu pozulan şəxs su tapmadıqda və ya hər hansı üzrlü bir səbəbdən sudan istifadə etməsi mümkün olmadıqda təyəmmüm alır. Hənbəli məzhəbinə görə təyəmmüm hədəsi aradan qaldırmır amma ibadətlərin yerinə yetirilməsini mübahlaşdıran (icazə verən) bir vasitədir. Təyəmmüm edilməsi hədəsin aradan qaldırılması mənasında olan şeylərdən sayılır.[2]

 

Xabəsin izaləsi (Xabəsin izaləsi yəni nəcasətin aradan qaldılmasıdır)

Təmiz bir yerə düşmüş natəmiz bir şeyə xabəs deyilir. Fəqihlər nəcasətin tərifini belə veriblər: “ərəb dilində nəcasət sağlam insan təbiətinin çirkin gördüyü bir şeydir”. Nəcasət insan bədəninə, paltarına yaxud namaz qılacağı yerə isabət edə bilər. Nəcasətlər yuyula bilən və yuyula bilməyən olması baxımından iki yerə ayrılır:

ən-Nəcəsətu əl-Ayniyyə: Bəzi şeylərin əsli yəni özü şəriətdə nəcis hesab olunur, məsələn şərab, leş (ölü əti), qan, donuz, it, sidik, nəcis kimi özlüyündə murdar olan şeylər. Nəcis hesab olunan şey nə qədər yuyulsa da şəri cəhətdən təmiz sayılmır və nəcis hökmündə qalır.

ən-Nəcəsətu ət-Tariə (Yuyula bilən nəcasətlər): Bu növ isə təmizlənə bilən nəcasətlərdir. Yuxarıda sadalanan nəcis şeylərin isabət etdiyi yerin yuyulması və təmizlənməsi mütləq şəkildə vacibdir. Məsələn qan nəcisdir, qanın bulaşdığı bir paltar yuyula bilən nəcasətlərdən hesab olunur, çünki paltar su ilə yuyulduqdan sonra hətta qanın izi qalsa belə təmiz sayılır.

 

Hədəs ilə xəbəs arasında bəzi fərqlər vardır:

Hədəsi aradan qaldırılması yalnız insanın müdaxiləsi ilə baş verir. Hədəsi aradan qaldırmaq feildir. Feillər isə ibadət olduğu üçün niyyət şərtdir. Məsələn, bir şəxs niyyət etmədən dəstəmaz, ya da qüsul alsa keçərli deyil, və yaxud əqli qüsurlu bir şəxs dəstəmaz və ya qüsl alsa keçərli deyil, çünki hədəsin aradın qaldırılması ibadət olduğu üçün niyyət şərtdir.

Xəbəs isə bəzi hallarda öz-özünə yox ola bilər. Məsələn yağışın yağması, günəşin qurutması ilə və s. Nəcasəti yumaq isə tərk adlanır. Tərk hesab olunan feillərdə isə niyyət şərt deyil. İnsan bədəninə, paltarına yaxud namaz qılacağı yerə nəcasət isabət edərsə yağışın yağıb həmin nəcasəti aradan qaldırmasıyla nəcasətdən təmizlənmiş sayılır, hətta niyyət edilməsə belə nəcasət təmizlənmiş sayılır. Buna aid digər bir misal, natəmiz bir şeyə bulaşmış paltarı əqli qüsuru olan bir şəxs suya salıb çıxarsa, ya da nəcis olan yerə su töküb yusa nəcasət təmizlənmiş sayılır. Çünki nəcasətin izaləsində niyyət şərt deyildir.

Hədəslə nəcasət arasında fərqlərdən biri də hədəs gözlə görülməyən mənəvi bir vəsfdir, nəcasət isə gözlə görülür.

 

Hədəsi aradan qaldırma vasitələri

Su: Şəriətdə hədəsi aradan qaldırmaq üçün müxtəlif vasitələr vardır. Bunlardan ən birincisi və ən mühüm təmiz sudur. Su böyük və kiçik hədəsin aradan qaldırılmasında, istincada və nəcasətlərin izaləsində istifadə olunur. Hədəsi aradan qaldırmaq üçün istifadə olunan sular haqqında “Sular fəslində” ətraflı məlumat verilir.

Torpaq : Təyəmmüm alınmasında istifadə edilir.

Daş: İsticmarda istifadə olunur. Yəni daşı nəcasətin izaləsində istifadə olunur amma böyük və kiçik hədəsin aradan qaldırılmasında keçərli deyil.

Dabağlanmış (aşılanmış) heyvan dərisindən bir parça: Nəcis hesab olunan heyvanın dərisi aşılanmış olsa belə nəcis sayılır və istifadəsi qadağandır. Dabağlanmış heyvan dərisi nəcasəti aradan qaldırmır yalnız onu xəfifləşdirmək üçün istifadə oluna bilər

 

[1] Muttəfəqun aleyh – Hədisi Buxari və Muslim rəvayət edib

[2] Təyəmmüm haqqında daha ətraflı “təyəmmüm” bölümündə məlumat veriləcək inşallah

 

✍🏼 Afsana Mahy

Salihiyyə

Əvvəlki

Niyyəti Dildə Tələffüz Etmək

Növbəti

Corablara məsh çəkmək (Hədislərə baxış)

Oxşar Yazılar

İstinca, İsticmar və Təharətlə bağlı hökmlər
Təharət Kitabı

İstinca, İsticmar və Təharətlə bağlı hökmlər

16 Fevral 2023
Təharət – “Qablar” fəsli
Təharət Kitabı

Təharət – “Qablar” fəsli

15 Fevral 2023
Təharət – “Sular” fəsli
Təharət Kitabı

Təharət – “Sular” fəsli

19 Yanvar 2025
Növbəti
Corablara məsh çəkmək (Hədislərə baxış)

Corablara məsh çəkmək (Hədislərə baxış)

Subscribe
Login
Notify of
guest
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Ən çox oxunanlar

  • Corablara məsh çəkmək (Hədislərə baxış)

    Corablara məsh çəkmək (Hədislərə baxış)

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Niyyəti Dildə Tələffüz Etmək

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Qəbir daşına yazı yazmaq

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Ərəb dilinin əhəmiyyəti

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Təharət – “Sular” fəsli

    0 paylaşım
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • Kateqoriyasız (1)
  • Kitabxana (6)
    • Faydalı Alıntılar (1)
    • Hənbəli Fiqhi (4)
      • Təharət Kitabı (4)
    • Kitab Analizi (1)
  • Məqalələr (74)
    • Ailə (4)
    • Əxlaq və Ədəb (13)
    • Fiqh (21)
    • Hədis (5)
    • Şəxsiyyətlər (6)
    • Şübhələrə Cavab (10)
    • Tarix və İslam Mədəniyyəti (4)
    • Təfsir (1)
    • Ümumi (3)
  • Sual-Cavab (9)
    • Ədəb (2)
    • Əqidəvi suallar (1)
    • Fiqhi suallar (2)
    • Təfsir-Quran (2)
    • Ümumi suallar (1)
    • Üsul (1)
  • Yeni Müsəlman (5)

Etiketlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
Salihiyyə

Salihiyyə - İslami Araşdırmalar Platformasıdır

Daha ətraflı

Kateqoriyalar

  • Kateqoriyasız
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Məqalələr
    • Ailə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Yeni Müsəlman

Açar sözlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
  • Salihiyyə nədir?
  • Yazılardan istifadə

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Tarix və İslam Mədəniyyəti
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Şəxsiyyətlər
    • Hədis
    • Təfsir
    • Ümumi
    • Şübhələrə Cavab
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Kitab Analizi
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
  • Şübhələrə Cavab

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
wpDiscuz
0
0
Yazı haqqında fikirlərinizi bildirin..x
()
x
| Reply
Go to mobile version