• Salihiyyə nədir?
  • Yazılardan istifadə
Salihiyyə
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
SALİHİYYƏ
Nəticə tapılmadı..
Bütün nəticələr
Əsas Səhifə Kitabxana Hənbəli Fiqhi Təharət Kitabı

İstinca, İsticmar və Təharətlə bağlı hökmlər

Salihiyyə
16 Fevral 2023
Təharət Kitabı
Oxuma müddəti: 21 dəq. oxuma
0 0
A A
0
İstinca, İsticmar və Təharətlə bağlı hökmlər
0
PAYLAŞIMLAR
39
BAXIŞLAR
PaylaşPaylaş

İstinca: İnsanın ön və arxa orqanından xaric olan nəcasətin su ilə yuyulması

İsticmar: İnsanın ön və arxa orqanından xaric olan nəcasətin daş, tualet kağızı və buna bənzər şeylərlə təmizlənməsi  

Təharətə (ayaq yoluna) daxil olarkən edilməsi sünnət olan əməllər: Ayaq yoluna daxil olarkən və çıxarkən sünnətdə varid olan zikrləri etmək, ayaq yoluna daxil olarkən sol ayaqla daxil olmaq və sağ ayaq ilə  çixmaq, başı örtmək və ayaqqabı geyinmək, açıq məkanlarda təharət ehtiyacını yerinə yetirərkən uzaqlaşaraq görsənməməyə çalışmaq, kiçik təharət üçün yumşaq bir yer tapmaq, təbii ehtiyacı yerinə yetirərkən sol tərəfə doğru yaslanmaq və təharəti bitirdikdən sonra yuyunmaq üçün azacıq yeri dəyişmək, kiçik təharəti bitirdikdən sonra kişi sol əliylə öz cinsiyyət orqanının (penisin) alt hissəsindən ucuna qədər üç dəfə sıxması

Təharətə (ayaq yoluna) daxil olarkən edilməsi məkruh olan əməllər: Uca Allahın zikri və ya üzərində Allahın adı yazılı olan bir şey ilə ayaq yoluna daxil olmaq, ehtiyac olmadan ayaq yolunda danışmaq, yerə oturmadan paltarı qaldırmaq, yerin səthində olan dəlik, oyuq və yuvalara, od və külün üzərinə və ya üzərinə tökülən suyu hopdura bilmiyən sərt yerlərə, axar sulara və az sürətdə axan axar sulara kiçik təharət etmək, ehtiyac olmadan cinsiyyət üzvünə sağ əl ilə toxunmaq və sağ əl ilə istinca və isticmar etmək, təbii ehtiyacı yerinə yetirərkən Günəşə, Aya və külək əsən istiqamətə tərəf yönəlmək, açıq məkanlarda istinca və isticmar edərkən qibləyə yönəlmək.

Ayaq üstə kiçik təharəti yerinə yetirmək isə məkruh deyil.

Təharətə (ayaq yoluna) daxil olarkən edilməsi haram olan əməllər: Mushaf (Qurani-Kərim) ilə təharətə daxil olmaq və təharətdə Quran qiraəti ilə məşğul olmaq, açıq məkanlarda təharət ehtiyacını yerinə yetirərkən qibləyə yönəlmək və ya qibləyə arxa çevirmək, təharət ehtiyacını yerinə yetirərkən paltarı lazım olan miqdardan daha çox qaldırmaq, ehtiyac olmadan cinsiyyət orqanını açmaq və ehtiyacı yerinə yetirdikdən sonra ayaq yolunda zərurətdən artıq qalmaq, insanların istifadə etdiyi yollara, təmiz su arx və hövzələrinə, kölgəsindən istifadə edilən və bar verən ağacların altına, müsəlmanların qəbirləri arasına və ya üzərinə təharət ehtiyacını ödəmək

İsticmar və İstinca ilə əlaqəli məsələlər: İsticmar edərkən istifadə edilən daş və buna bənzər şeylər təmiz, mübah, quru olmalı və hamar olmamalıdır. İsticmar edərkən tək sayda silinmək sünnətdir. Daş və buna bənzər şeylərlə təmizlənərkən, sudan başqa heç bir şeyin aradan qaldıra bilməyəcəyi qədər iz qala bilər. Peyin, sümük, qida hətta heyvanların qidası olsa belə isticmar üçün istifadə etmək haramdır. Əgər qadağan olunmuş şeylərlə isticmar edilərsə keçərli deyil, bu halda su ilə yuyunmaq şərtdir, həmçinin xaric olan nəcasət adət olunan yerdən kənara yayılarsa su ilə yuyunmaq vacibdir.

       İstinca edərkən tahur (təmiz) sudan istifadə edilməsi vacibdir. İlk öncə isticmar və daha sonra istinca edilməsi sünnətdir, əksinin edilməsi isə məkruhdur. Bu ikisindən biri ilə kifayətlənmək icazəlidir, su ilə təmizlənmə daha üstündür.

       Bədəndən xaric olan təmiz bir şey və çıxdığı yeri bulamayan nəcis bir şey istisna olmaqla hər xaric olan natəmiz şey üçün istinca etmək vacibdir. İsticmar və istinca edərkən sağ əl ilə etmək məkruhdur. İsticmar və istincadan öncə dəstəmaz və təyəmmüm səhih (keçərli)  deyil.

 

  • Təharətə (ayaq yoluna) daxil olarkən edilməsi sünnət olan əməllər:

Ayaq yoluna daxil olarkən və çıxarkən sünnətdə varid olan zikrləri etmək

Ayaq yoluna daxil olarkən bu dua oxunur: “بِسْمِ اللهِ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبْثِ وَ الْخَبَائِثِ” Allahın adı ilə, Allahım, pisliklərdən və şər qüvvələrdən sənə sığınıram[1]

Ayaq yolundan çıxarkən isə bu dua oxunur: “غُفْرَانَكَ الْحَمْدُ لِلَّهِ الَّذِي أَذْهَبَ عَنِّي الْأَذَى و عَافَانِي” Allahım, məni bağışla, mənə əziyyət verən şeyi məndən uzaqlaşdıran Allaha həmd olsun[2]

Ayaq yoluna daxil olarkən sol ayaqla daxil olmaq və sağ ayaq ilə  çixmaq

Allah Rəsulu ﷺ gözəl və fəzilətli əməlləri sağ ilə etməyi sevərdi. Bunun dəlili Aişə (Allah ondan razı olsun) rəvayət etdiyi “Allah Rəsulu ﷺ gözəl və fəzilətli əməlləri, paltar və ayaqqabı geyinməyi, saçını daramağı, bütün işləri sağ ilə etməyi sevərdi”[3] hədisidir. Təmizliklə əlaqəli məsələlərdə isə Allah Rəsulu ﷺ sol tərəf istifadə edirmiş. Fəqihlər də Peyğəmbərin bu etdiklərini əsas alaraq fəzilətli əməlləri sağdan başlamağı, bunun əksi olan əməllərdə isə soldan başlamağın sünnət olduğunu bildirmişlər. Məsələn, paltar, ayaqqabı, xuf və.s  geyinilərkən ilk öncə sağ tərəfdən geyinilməyə başlanılır, çıxarıldığı zaman isə sol tərəfdən çıxarılır, bunun dəlili Əbu Hureyrənin (Allah ondan razı olsun) Allah Rəsulundan ﷺ rəvayət etdiyi “Sizdən biri ayaqqabısını geyinməyə sağ ayağdan, çıxarmağa isə sol ayağdan başlasın” hədisidir. Həmçinin məscidə və ya evə girərkən sağ ayaqla girilir, çıxarkən isə sol ayaqla çıxılır, bunun dəlili isə Ənəs bin Malikin (Allah ondan razı olsun) Allah Rəsulundan ﷺ rəvayət etdiyi “Məscidə sağ ayaqla girib sol ayaqla çıxmaq mənim sünnətdəndir”[4] hədisidir. Təharət, hamam, bazar və buna bənzər yerlərə sol ayaqla daxil olmaq və sağ ayaqla çıxmaq müstəhəbdir. Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi bir hədisdə Allah Rəsulundan ﷺ belə dediyi buyrulur: “Təharətə sağ ayağla girən şəxs kasıblığa düçar olar” hədisidir.

Ayaq yoluna daxil olarkən başı örtmək və ayaqqabı geyinmək

Hənbəli fəqihlər “Allah Rəsulu ﷺ ayaq yoluna daxil olarkən ayaqqabısını geyinər və başını örtərdi” hədisini buna dəlil olaraq gətirirlər[5]. Ayağa ayaqqabı geyinməyi natəmiz şeylərdən qorunmaq üçün olduğunu bildirmişlər.

Açıq məkanlarda təharət ehtiyacını yerinə yetirərkən uzağa getməy və görsənməməyə çalışmaq

Açıq məkanlarda təharət ehtiyacını yerinə yetirən şəxs kimsə onu görməsin deyə uzağa getməli, başı və ya bədəninin bir hissəsinin görsənməməsinə diqqət etməlidir. “Allah Rəsulu ﷺ açıq məkanlarda təharət ehtiyacını yerinə yetirərkən insanlardan uzağa gedib görsənməməyə çalışardı”[6]

Kiçik təharət üçün yumşaq bir yer tapmaq

Bu, nəcasətin insana sıçramasının qarşısını almaq üçün edilir. Məsələn torpaq suyu özünə hopdurur, sərt bir daş və ya qaya parçası isə torpağdan fərqli olaraq suyu hopdurmur və sıçradır. “Allah Rəsulu ﷺ kiçik təharət edərkən insanın üzərinə sıçramasından qorunmasını bildirmişdir”[7]

Ayaq yolunda təbii ehtiyacı yerinə yetirərkən sol tərəfə doğru yaslanmaq və təharəti bitirdikdən sonra yuyunmaq üçün azacıq yeri dəyişmək

Fəqihlər, sol tərəfə doğru yaslanmağın bədəndə olanın ifraz olunması üçün daha əlverişli olmasını bildirirlər və buna Allah Rəsulundan ﷺ varid olan bu hədisi: “Ayaq yolunda təbii ehtiyacı yerinə yetirərkən sol tərəfə doğru yaslanın”[8] dəlil olaraq zikr edirlər. Yuyunmaq üçün azacıq yeri dəyişməyin səbəbi isə nəcasətin sıçramasının qarşısını almaq üçündür.

Kiçik təharəti bitirdikdən sonra kişi sol əliylə öz cinsiyyəti orqanının ((penisin)[9] alt hissəsindən ucuna qədər üç dəfə sıxması

Bu əməl, sidik kanalında qalan sidiyi çıxarmaq üçündür.

 

  • Təharətə (ayaq yoluna) daxil olarkən edilməsi məkruh olan əməllər: Məkruhlar dedikdə ayaq yolunda edilməsi bəyənilmiyən əməllər qəsd olunur.

Uca Allahın zikri və ya üzərində Allahın adı yazılı olan bir şey ilə ayaq yoluna daxil olmaq

Allah Rəsulu ﷺ təharət üçün xəlvətə çəkildiyi zaman üzərində Allahın adı yazılmış üzüyünü çıxararmış[10]. Üzərində Allahın adı yazılmış üzüyü ya çıxarmaq ya da üzüyün yazı olan tərəfini əlin iç tərəfinə çevirmək lazımdır. Həmçinin zikr və dualar olan kitab və ya islami elmlərdən birinə aid olan kitabla ayaq yoluna daxil olmaq bəyənilmir. Zərurət halında üzərində Allahın adı olan bir şey ilə ayaq yoluna daxil olmaq məkruh deyil. Üzərində Allahın adı yazılmış pul ilə ayaq yoluna daxil olmaq isə məkruh deyil.

Ehtiyac olmadan ayaq yolunda danışmaq

Dəlil olaraq, Abdullah İbn Ömərin (Allah ondan və atasından razı olsun) rəvayət etdiyi bu hədisi qeyd edirlər: “Allah Rəsulu (ﷺ) yüngül təharət edərkən bir kimsə onun yanından keçdikdə salam verdi, Allah Rəsulu həmin şəxsin salamını almadı“[11]. Əslində verilən salamı almaq vacibdir, istisna hal isə ayaq yolunda olan birinə salam verməkdir. Ayaq yolunda olarkən asqıran biri asqırdıqdan sonra edilən zikri ürəyində deyir, həmçinin azanı eşidən azanın sözlərini ürəyində təkrarlıyır və çıxdıqdan sonra isə Azanın sözlərini tam olaraq təkrarlıyır. Zəruri ehtiyac olarsa qısa şəkildə danışmağa icazə vardır, məsələn, gözü görməyən bir kimsənin quyuya düşməsindən ehtiyat edərək onu xəbərdar etmək.

Ayaq yolunda yerə oturmadan paltarı qaldırmaq

Bu əməlin məkruh olmasına səbəb cinsiyyət orqanının açılması ehtimalıdır. Dəlil olaraq Abdullah bin Ömərin (Allah ondan və atasıdan razı olsun) rəvayət etdiyi “Allah Rəsulu ﷺ təharət ehtiyacını ödüyərkən yerə oturmadan paltarını qaldırmazdı” hədisini qeyd edirlər.

Yerin səthində olan dəlik, oyuq və yuvalara kiçik təharət etmək

Bu əməlin məkruh olmasına səbəb bu dəlik və yuvalarda canlıların (həşəratların) olması ehtimalıdır, çünki sidik canlılara zərər verir. Dəlil olaraq fəqihlər, Qatadənin (Allah ondan razı olsun) rəvayət etdiyi “Allah Rəsulu ﷺ yer səthində olan dəliklərə kiçik təharət etməydən çəkindirmişdir”[12] hədisini gətirirlər. Əgər dəqiq bilinərsə ki, yuva və ya dəliklərdə heyvan ya da həşərat varsa bu əməl artıq haram olur.

Od və külün üzərinə kiçik təharət etmək

Bu əməlin məkruh olmasına səbəb, sehirbaz və cadugarların əməli olması, həmçinin xəstəliyə səbəb olmasıdır.

Üzərinə tökülən suyu hopdura bilmiyən sərt yerlərə kiçik təharət etmək

Üzərinə tökülən suyu hopdura bilmiyən sərt yerlər torpağdan fərqli olaraq suyu hopdurmur və sıçradır. “Allah Rəsulu ﷺ kiçik təharət edərkən sidiyin insanın üzərinə sıçramasından qorunmasını əmr etmişdir”[13]

Axar sulara və az sürətdə axan axar sulara kiçik təharət etmək

Bu əməlin məkruh olmasına səbəb Allah Rəsulunun (ﷺ) axar sulara kiçik təharət etməyi qadağan etməsidir[14].

Ehtiyac olmadan cinsiyyət üzvünə sağ əl ilə toxunmaq və sağ əl ilə istinca və isticmar etmək

Ehtiyac olmadıqca sağ əllə cinsiyyət üzvünü tutmaq, ya da toxunmağın məkruh olmasına səbəb Əbu Qatədənin (Allah ondan razı olsun) Allah Rəsulundan ﷺ rəvayət etdiyi bu hədisdir “Sizdən biriniz  təharət ehtiyacını yerinə yetirərkən sağ əliylə nə cinsiyyət üzvünü toxunsun, nə də sağ əliylə təmizlənsin”[15].

Ayaq yolunda  təbii ehtiyacı yerinə yetirərək zaman Günəşə və Aya doğru yönəlmək

Günəş və Ay nur hesab edildiyinə, Ay və Günəşin mələk olması və üzərində Allahın adı yazıldığı üçün təzim (hörmət) əlaməti olaraq ayaq yolunda olarkən onlara tərəf yönənəlmək məkruhdur.

Ayaq yolunda olan zaman təbii ehtiyacı yerinə yetirərkən küləy əsən istiqamətə tərəf durmaq

Əsən küləyin, sidiyi insanın üzərinə sıçratmasına səbəb olma ehtimalı vardır.

Açıq məkanlarda istinca və isticmar edərkən qibləyə tərəf yönəlmək

Açıq məkanlarda təharət ehtiyacını yerinə yetirdikdən sonra təmizlənərkən və ya yuyunarkən qibləyə yönəlmək məkruhdur. təbii ehtiyacı yerinə yetirərkən Qüdsə doğru yönəlmək isə məkruh deyil, məkruh olmamasına səbəb isə Qüdsün qiblə dəyişdikdən sonra qiblə olmasının hökmünün nəsx olmasıdır[16].

Ayaq üstə kiçik təharəti yerinə yetirmək məkruh deyil

Ayaq üstə kiçik təharəti yerinə yetirərkən sidiyin üzərinə sıçramayacağından və kimsənin onu görməyəcəyindən əmin olarsa məkruh deyil. Buna dəlil Huzeyfənin (Allah ondan razı olsun) rəvayət etdiyi “Allah Rəsulu ﷺ kiçik təharətini ayaq üstə etdi”[17] hədisidir.

 

  • Təharətə (ayaq yoluna) daxil olarkən edilməsi haram olan əməllər:

Mushaf (Qurani-Kərim) ilə təharətə daxil olmaq və təharətdə quran qiraəti ilə məşğul olmaq

Təharət ehtiyacı yerinə yetirilən məkanlar natəmiz sayıldığı üçün mushaf ilə bura daxil olmaq və burada quran qiraəti ilə məşğul olmaq qadağandır[18].

Açıq məkanlarda təharət ehtiyacını yerinə yetirərkən qibləyə yönəlmək və ya qibləyə arxa çevirmək

Qapalı məkanlarda qibləyə yönəlmək yaxud qibləyə arxa çevirməkdə bir problem yoxdur. Bunun dəlili isə, İbn Ömərin (Allah ondan və atasından razı olsun) rəvayət etdiyi hədislərdir:

◾️ “Allah Rəsulu ﷺ evində təharət edərkən Beytul-Maqdisə tərəf yönəlirdi”[19]

◾️ “Allah Rəsulu ﷺ evində təharət edərkən arxası qibləyə, üzü Şama tərəf yönəlirdi”[20]

Qadağa açıq məkanlara düzənlik, səhra və çöllük və buna bənzər yerlərə aiddir. Qadağaya səbəb olaraq, Əbu Əyyub əl-Ənsarinin (Allah ondan razı olsun) Allah Rəsulundan ﷺ rəvayət etdiyi: “Təharət ehtiyacını yerinə yetirən şəxs qiblə istiqamətinə yönəlməsin və ya qibləyə arxasını çevirməsin, şərqə və ya qərbə tərəf yönəlsin”[21] hədisini qeyd edirlər. Hədisin davamında Əbu Əyyub əl-Ənsari “Biz Şama getdikdən sonra, ayaqyoluların Kəbə istiqamətində tikildiyini gördük, istiğfar eddərək qiblədən azacıq əyilməklə təbii ehtiyacımızı yerinə yetirirdik” deyə rəvayət edir. Açıq məkanlarda təharət ehtiyacını yerinə yetirərkən qiblədən azacıq istiqaməti dəyişməklə haram olan əməl ortadan qalxmış olur. Həmçinin, açıq məkanlarda qiblə istiqaməti ilə təharət ehtiyacını yerinə yetirən arasında hansısa bir sədd və ya maneə olarsa bu halda da haram hökmü ortadan qalxır.

Təharət ehtiyacını yerinə yetirərkən paltarı lazım olan miqdardan daha çox qaldırmaq, ehtiyac olmadan cinsiyyət orqanını açmaq və ehtiyacı yerinə yetirdikdən sonra ayaq yolunda zərurətdən artıq qalmaq

Təharət ehtiyacını yerinə yetirdikdən sonra yuyunub ayaq yolunu tərk etmək vacibdir. Ayaq yolunda ehtiyac olduğundan çox qalan şəxs cinsiyyət üzvününün səbəbsiz açılmasına şərait yaradır və günah qazanır. Ehtiyac olmadan cinsiyyət üzvünü açmaq haramdır, hətta insan təklikdə və qaranlıqda olsa belə cinsiyyət üzvünü açmaq qadağandir. Ayaq yolunda ehtiyacdan artıq qalmaq bir çox fəsadlara yol açır, məsələn vəsvəsələr.

◾️ Paltarı lazım olan miqdardan daha çox qaldırmağın qadağan olmasının dəlili, İbn Ömərin (Allah ondan və atasından razı olsun) Allah Rəsulundan ﷺ rəvayət etdiyi “Çılpaq olmaqdan çəkinin, çünki ətrafınızda sizi yalnız təharətdə ehtiyacınızı yerine yetirdiynizdə və cinsi əlaqədə olduğunuz zaman tərk edən mələklər vardır, onlardan həya edib onlara qarşı ədəbli olun”[22] hədisidir.

İnsanların istifadə etdiyi yollara, təmiz su arx və hövzələrinə, kölgəsindən istifadə edilən və bar verən ağacların altına təharət ehtiyacını ödəmək

Bu yerlərdə təharət ehtiyacını ödəyən şəxs insanlara əzab verdiyinə görə insanlara əziyyət verdiyi üçün onların bəd dualarını qazanır. “Allah Rəsulu ﷺ İnsanların keçdiyi yollara və ağaclarının altına təharət ehtiyacını ödəyən şəxsin lənət qazandığını bildirmişdir”[23].

Həcmi çox olan su hövzələrinə, məsələn dənizlərə və göllərə təharət ehtiyacını ödəmək haram deyil[24].

Müsəlmanların qəbirləri arasına və ya üzərinə təharət ehtiyacını ödəmək

Müsəlman olan şəxs ölü və diri olmasından asılı olmuyaraq dəyərlidir və ehtiram göstərilməsi vacibdir, öldükdən sonra qəbirlər arasında və ya qəbirlərin üzərinə təharət ehtiyacının ödənilməsi dəfn olunan müsəlman kəsin cəsədinə əziyyət və hörmətsilik səbəbidir və müsəlmana əziyyət edilməsi isə haramdır[25].

 

 

İsticmar və İstinca ilə əlaqəli məsələlər:

Bəzən fəqihlər istinca  başlığı altında hər iki növ təmizlənməni yəni həm su, həm daş, tualet kağızı və buna bənzər şeylərlə təmizlənməyi qəsd edirlər.

İsticmar edərkən istifadə edilən daş və buna bənzər şeylər təmiz, mübah, quru olmalı və hamar olmamalıdır. İsticmar edərkən tək sayda silinmək sünnətdir.

◾️ İsticmar edilən daş və buna bənzər şeylər təmiz olmalıdır, əgər daş və buna bənzər şeylər nəcis olarsa onunla təmizlənmək olmaz.

◾️ İsticmarda istifadə edilən daş və buna bənzər şeylər mübah olmalıdır yəni istifadəsi haram olan şeylər olmalıdır.

◾️ İsticmar edilən daş və buna bənzər şeylər quru olmalıdır yəni rütubətli olmamalıdır. Əgər rütubətli bir şey olarsa nəcasəti aradan qaldırmayacaq, əksinə daha da yayacaq. Rütubət nəcasət yolu ilə yayılır.

◾️ İsticmarda istifadə edilən daş həddindən artıq hamar olarsa nəcasəti aradan qaldırmaz əksinə, yayar.

Bunun dəlili, İbn Məsudun (Allah ondan razı olsun) rəvayət etdiyi “Allah Rəsulu ﷺ isticmar üçün mənə üç ədəd daş gətirməmi əmr etdi, mən iki daş və bir ədəd peyin tapdım, Peyğəmbər daşları aldı, peyini isə təmiz olmadığı üçün atdı”[26]

İsticmar edərkən tək sayda silinmək sünnətdir

İsticmar edərkən daş və buna bənzər şeylərlə ən azı 3 dəfə silmək sünnətdir. Bir yaxud iki dəfə təmizlənmək yetərli deyil. Əgər üç daş istifadə edildikdə təmizlənməzsə təmizlənənə kimi silinmək lazımdır və isticmarı tək sayda yekunlaşdırmaq lazımdı (sünnətdir). İsticmar üçün istifadə olunan daşın üç tərəfiylə də isticmar etmək caizdir. İsticmarın üç dəfə edilməsinin və tək sayda yekunlaşdırmağın dəlili Allah Rəsulundan ﷺ rəvayət olunan hədislərdir:

◾️ Cabirin (Allah ondan razı olsun) Allah Rəsulundan ﷺ rəvayət etdiyi “Böyük təharətdən sonra isticmar etsəniz, üç dəfə edin”[27]

◾️ Əbu Hüreyrənin (Allah ondan razı olsun) Allah Rəsulundan ﷺ rəvayət etdiyi “İsticmarı tək sayda edin”[28]

◾️ Salman Farisinin (Allah ondan razı olsun) rəvayət etdiyi  “Allah Rəsulu ﷺ bizə isticmar edərkən üç dəfədən az isticmar etməyi qadağan etdi”[29]

◾️ Allah Rəsulundan ﷺ rəvayət olunan “İsticmar edən şəxs isticmarı tək sayda bitirməsi daha yaxşıdır”[30]

İsticmar edərkən peyin, sümük, qida hətta heyvanların qidası olsa belə istifadə etmək haramdır. Əgər qadağan olunmuş şeylərlə isticmar edilərsə keçərli deyil, bu halda su ilə yuyunmaq şərtdir

Peyin, sümük, qida hətta heyvanların qidası olsa belə olsa isticmar edərkən istifadə edilməsi qadağandır. Allah Rəsulu ﷺ “Peyin və sümüklə isticmar etməyin, çünki peyin və sümük cin qardaşlarımızın qidasıdır”[31] buyurmuşdur. Hədisdən anlaşıldığı kimi Allah Rəsulu ﷺ peyin və sümüklə təmizlənməyi qadağan etmişdir. Həmçinin heyvanların quyruğunu və şəri elmlərə aid kitablarının vərəqlərini də isticmar üçün istifadə etmək olmaz. Qadağan olunmuş şeylərlə isticmar edənin isticmarı keçərli deyil mütləq su ilə yuyunması vacibdir.

Həmçinin xaric olan nəcasət adət olunan yerdən kənara yayılarsa su ilə yuyunmaq vacibdir

İnsan orqanlarından xaric olan nəcasətin adət yerindən ətrafa keçməməsi şərtdir. Adət yeri nəcasətin çıxdığı yer və ona yaxın yerdir. İnsan təharət ehtiyacını yerinə yetirərkən ayağına nəcasətə dəyərsə bu bulaşılan yer adət yeri hesab edilmir. Həmin yerləri daş ilə təmizləmək olmaz mütləq bu yer su ilə yuyulmalıdır.

İstinca edərkən tahur (təmiz) sudan istifadə edilməsi vacibdir

İnsanın ön və arxa orqanından çıxan nəcasəti oğurlanmış, qəsb olunmuş və ya istifadəsi haram olan sular ilə yuyulması keçərli deyil. Su ilə təmizlənərkən, təmizlənən yerin əvəlki təmiz halına qayıtması yetərlidir.

İlk öncə isticmar və daha sonra istinca edilməsi sünnətdir, əksinin edilməsi isə məkruhdur. Bu ikisindən biri ilə kifayətlənmək icazəlidir, su ilə təmizlənmə daha üstündür

İlk öncə isticmar yəni daş və buna bənzər şeylər digər şeylərlə təmizlənmək və daha sonra istinca – nəcasətin su ilə yuyulması sünnətdir. İsticmarda tək saydan istifadə etmək şərt olduğu kimi, istincada da yeddi dəfə yuyunmağ məzhəbin mötəməd (əsas) görüşüdür[32]. Su olan yerdə isticmar edilməsi icazəlidir. İsticmar etmək üçün suyun olmaması şərt deyil. Ən üstün təmizlənmə ilk öncə isticmar daha sonra istinca edilməsi sayılır. İstinca etdikdən sonra isticmar edilməsi məkruhdur. İkisindən biri ilə kifayətlənmək icazəli olsa da, istinca yəni su ilə yuyunmaq daha üstün sayılır, çünki su həm nəcasətin özünü, həm də izini tamamilə yuyub təmizləyir. Daş isə nəcasətin özünü aparsa da izini tam aradan qaldırır.

İstinca edilməsi dəlili, möminlərin anası Aişə (Allah ondan razı olsun) səhabə qadınlara dediyi “Allah Rəsulu ﷺ istinca edərdi (su ilə yuyunardı), siz yoldaşlarınıza istinca etmələrini deyin. Mən bunu onlara, deməkdən utanıram”[33] hədisidir.

Bədəndən xaric olan hər bir təmiz şey və çıxdığı yeri bulamayan nəcis bir şey istisna olmaqla hər xaric olan natəmiz şey üçün istinca etmək vacibdir

Ön və arxa orqandan xaric olan bəzi şeylərin xaric olunması nəcis sayılmır. Məsələn, ön və arxa orqandan xaric olan yel, məni (sperma), qan ifrazı olmadan uşağın doğulması, bədəndən qurdun və xəstəlik səbəb ilə bəzi daxili orqanlarda yaranan daşların xaric olması.

◾️ Bədəndən xaric olan yel üçün istincanın vacib olmadığın dəlili, Allah Rəsulu ﷺ “Bədəndən xaric olan yel üçün istinca edən bizdən deyildir”[34] hədisidir. Həmçinin İmam Əhməddən “Bədəndən xaric olunan yel üçün istincanın vacib olması haqqında Allahın kitabından və sünnətdə heç bir dəlil yoxdur, bədəndən xaric olunan yel dəstəmazı pozur”[35]. Əgər xaric olan yel səbəbiylə natəmiz bir şey ifraz olarsa o halda yuyunmağ vacib olur.

İsticmar və istinca edərkən sağ əl ilə etmək məkruhdur.

İsticmar və istinca edərkən sol əl ilə edilməlidir, sağ əl ilə edilməsi məkruhdur. Dəlili, Allah Rəsulundan ﷺ rəvayət edilən “Sizdən biriniz  təharət ehtiyacını yerinə yetirərkən sağ əliylə nə cinsiyyət üzvünü toxunsun, nə də sağ əliylə təmizlənsin”[36] hədisdir.

İsticmar və istincadan öncə dəstəmaz və təyəmmüm səhih (keçərli) deyil.

İsticmar və istincadan öncə dəstəmaz və təyəmmüm almaq keçərli deyil. Cinsiyyət orqanı nəcasətə bulaşmışsa ilk öncə təmizlənməsi lazımdır. Bunun dəlili, Allah Rəsulundan ﷺ nəql olunan “Cinsiyyət orqanını yu, sonra dəstəmaz al”[37] hədisidir.

✍🏼  Afsana Mahdy

 

 

[1] Buxari, 142; Muslim, 375

[2] Tirmizi, 7; İbn Macə, 301

[3] Buxari, 168; Muslim, 268

[4] Hakim, “Müstədrək”, 218; Beyhəqi, “əs-Sunənul-Kubra”, 2/260

[5] Buxari, 5855; Muslim, 2097

[6] Əbu Davud,35

[7] İmam Əhməd, 4/396, 399, 414; Əbu Davud, 15

[8] Təbərani, 6605; Beyhəqi, 1/96

[9] Zəkər (penis) – kişi cinsiyyət orqanı

Fərc (vagina) – qadın cinsiyyət orqanı

[10] Tirmizi, 1846; Əbu Davud, 19; İbn Macə, 303; Nəsai,5228

[11] Muslim, 370; Əbu Davud 16

[12] İmam Əhməd, 32/306; Əbu Davud,3

[13] İmam Əhməd, 5/82; Əbu Davud, 30; Nəsai, 33 Hakim; “Müstədrək”, 186;

[14] Buxari, 239

[15] Buxari, 153; Muslim,267

[16] İmam Əhməd, “Müsnəd”, IV /210

[17] Buxari, 222; Muslim,273

[18] Şeyx Mərdəvi, “əl-İnsaf”, 1/94

[19] Buxari, 145; Muslim, 266

[20] Buxari, 148

[21] Buxari, 144; Muslim, 264

[22] Buxari, 17; Muslim, 27; Tirmizi, 2800

[23] Əbu Davud,26; İbn Macə,328

[24] Şeyx İbn İmad Hənbəli, “Buğyətu Ulin-Nuhə fi Şərh Ğayətil-Muntəhə”, I

[25] Şeyx Abdullah ibn Əhməd əl-Kərmi Maqdisi, “Şərh Dəlilut-Talib”, I (Şeyx Abdullah, Şeyx Məri bin Yunus əl-Kərminin qardaşı nəvəsidir)

[26] İbn Həcər Asqalani, “Fəthul-Bəri”, I /258

[27] İmam Əhməd, “Müsnəd”, III /336

[28] Buxari, 161; Muslim, 237

[29] Müslim, 262

[30] İmam Əhməd, “Müsnəd”, II /371; Əbu Davud, 33

[31] Əbu Davud, 20; Nəsai, 36

[32] İmam əhməddən rəvayət olunan ikinci görüş isə istincada sayın nəzərə alınmaması məsələsidir, əsas olan nəcasət aradan qaldırılana kimi yuyunmaqdır, Şeyx İbn Qudamə və İbn Teymiyyə bu görüşü tərcih etmişlər.

[33] Tirmizi, 19

[34] Təbarani, “əl-Mucəmus-Sağir”

[35] Şeyx İbn Qudamə, “əl-Muğni”, I /205

[36] Buxari, 153; Muslim,267

[37] Müslim, 303

 

Salihiyyə

Etiketlər: ayaqyoluisticmaristicmar necəistincaistinca necətəharət
Əvvəlki

İki nəfərin camaat namazında duruşu

Növbəti

Üç və daha çox şəxsin camaat namazında duruşu

Oxşar Yazılar

Təharət – “Qablar” fəsli
Təharət Kitabı

Təharət – “Qablar” fəsli

15 Fevral 2023
Təharət – “Sular” fəsli
Təharət Kitabı

Təharət – “Sular” fəsli

19 Yanvar 2025
İstinşaq, isticmar və əlləri üç dəfə yumaq
Təharət Kitabı

Təharət: Müqəddimə

19 Yanvar 2025
Növbəti
Üç və daha çox şəxsin camaat namazında duruşu

Üç və daha çox şəxsin camaat namazında duruşu

Subscribe
Login
Notify of
guest
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Ən çox oxunanlar

  • Corablara məsh çəkmək (Hədislərə baxış)

    Corablara məsh çəkmək (Hədislərə baxış)

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Niyyəti Dildə Tələffüz Etmək

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Qəbir daşına yazı yazmaq

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Ərəb dilinin əhəmiyyəti

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Təharət – “Sular” fəsli

    0 paylaşım
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • Kateqoriyasız (1)
  • Kitabxana (6)
    • Faydalı Alıntılar (1)
    • Hənbəli Fiqhi (4)
      • Təharət Kitabı (4)
    • Kitab Analizi (1)
  • Məqalələr (74)
    • Ailə (4)
    • Əxlaq və Ədəb (13)
    • Fiqh (21)
    • Hədis (5)
    • Şəxsiyyətlər (6)
    • Şübhələrə Cavab (10)
    • Tarix və İslam Mədəniyyəti (4)
    • Təfsir (1)
    • Ümumi (3)
  • Sual-Cavab (9)
    • Ədəb (2)
    • Əqidəvi suallar (1)
    • Fiqhi suallar (2)
    • Təfsir-Quran (2)
    • Ümumi suallar (1)
    • Üsul (1)
  • Yeni Müsəlman (5)

Etiketlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
Salihiyyə

Salihiyyə - İslami Araşdırmalar Platformasıdır

Daha ətraflı

Kateqoriyalar

  • Kateqoriyasız
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Məqalələr
    • Ailə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Yeni Müsəlman

Açar sözlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
  • Salihiyyə nədir?
  • Yazılardan istifadə

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Tarix və İslam Mədəniyyəti
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Şəxsiyyətlər
    • Hədis
    • Təfsir
    • Ümumi
    • Şübhələrə Cavab
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Kitab Analizi
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
  • Şübhələrə Cavab

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
wpDiscuz
0
0
Yazı haqqında fikirlərinizi bildirin..x
()
x
| Reply
Go to mobile version