İmam Əhməd ibn Hənbəl
İmam Əhməd bin Məhəmməd ibn Hənbəl Şeybani (أحمد بن محمد بن حنبل الشيباني) miladi 780-ci ildə (hicri 164) Bağdadda doğulub və miladi 855-ci ildə (hicri 241) vəfat edib. Əhli-sünnət vəl-Camaatın dörd böyük imamından biri olan Əhməd ibn Hənbəl zaman baxımından Ətbəut-tabiin dövründə yaşamışdır. İmam Əhməd öz yaşadığı əsrdə bir çox islami elmlər – əqidə, fiqh, hədis, təfsir, üsul və s. üzrə ən yüksək elmi dərəcəyə çatmışdır. Xüsusən, Mötəzilənin çıxardığı “Qurani-Kərimin məxluq olması” fitnəsində bu yalnış görüşünü mənimsəməyib etiraz etdiyi üçün itizal inancina sahib Məmun, Mötəsim və Vasiqin hakimiyyət illərində işgəncələr görmüşdür. Mötəzilənin bu bidət və yalnış görüşünə qarşı Əhli-Sünnət inancını tək başına müdafiə etdiyi üçün “Mihnə dönəminin İmamı” adını almışdır.
İmam Əhməd elm almaq üçün öz yaşadığı Bağdad şəhərini tərk edərək islam coğrafiyasının – Küfə, Bəsrə, Məkkə, Mədinə, Yəmən, Şam, Xorasan, Məğrib kimi müxtəlif elm mərkəzi sayılan məkanlara səfərlər etmişdir. O, İmam Şafii, İmam Əbu Yusif, Haşim bin Bəşir, Əbu İshaq Zuhri, Yəhya bin Qattan, Vəki bin Cərrah, Abdurrahman bin Mehdi, Sufyan bin Uyeynə, Abdurrazzaq bin Həmməm və s. kimi öz dövrünün alimlərindən dərs almışdır.
İmam Əhməd bin Hənbəlin ən məşhur tələbələri: Abdullah bin Əhməd, Saleh bin Əhməd, Əbu Bəkr Əsram, Əbu Bəkr Mərvəzi, Əbu Bəkr əl-Xəllal, Əbu Davud Sicistani, İbrahim əl-Hərbi, Hərb əl-Kirməni, İbn Mənsur Təmimi əl-Kəvsəc, Abdulməlik Meymuni, Abdulvahhab əl-Varraq
İmam Əhməd əsərləri: “Müsnəd”, “əl-İləl və Mərifətur-Ricəl”, “Zühd” və tələbələrinin İmama suallar verərək ondan aldıqları cavabları topluyaraq hazırladıqlar “Məsəil” adlanan əsərlər
Hənbəli məzhəbinin tarixi inkişaf mərhələləri
Hənbəli fəqihləri yaşadıqları zaman baxımından üç təbəqəyə bölünürlər: Mutaqaddimun, Mutavassitun və Mutəəxxirun
Mutaqaddimun (المتقدمون) [hicri: 241 – 403 | miladi: 855 – 1012]
Bu dövr İmam Əhmədin vəfatından yəni tələbələrindən başlıyır Şeyx Həsən İbn Həmid Hənbəlinin vəfatına (1012) kimi davam edir. Bu dövrün məşhur fəqihləri: Abdullah bin Əhməd, Saleh bin Əhməd, Əbu Bəkr Əsram, Əbu Bəkr Mərvəzi, Əbu Bəkr əl-Xəllal, Əbu Davud Sicistani, İbrahim əl-Hərbi, Hərb əl-Kirməni, İbn Mənsur Təmimi əl-Kəvsəc, Abdulməlik Meymuni, Abdulvahhab əl-Varraq, Əbul-Qasim əl-Xiraqi, Əbu Fadl ət-Təmimi, İmam Bərbəhəri, Əbul-Həsən İbn Bənnə, Əbu Abdullah Məhəmməd ibn Məndə, Abdurrahman ibn Əbi Hatim ər-Razi, Həsən İbn Həmid və s. Bu dönəmdə məzhəbi tədvin edən ən məşhur fəqih Əbu Bəkr əl-Xəllaldır, məşhur fiqh əsəri isə Əbul-Qasim əl-Xiraqinin “Muxtasar əl-Xiraqi” əsəridir. Əbul-Həsən İbn Bənnə Xiraqinin əsərinə şərh yazmışdır.
Mutavassitun (المتوسطون) [hicri: 403 – 884 | miladi: 1012 – 1479]
Bu dövr hənbəlilərin ilk qazisi olan Qadi Əbu Ya’lə ilə başlıyır və “əl-Mubdi” əsərinin müəllifi Burhanuddin İbn Muflihin vəfatına kimi davam edib. Bu dövrün məşhur fəqihləri: Qadi Əbu Ya’lə, Əbu İsmayıl əl-Hərəvi, Əbu Fərəc Abdulvahid Şirazi, Əbu İsmayıl əl-Hərəvi, Əbu Xattab əl-Kəlvəzəni, Əbul-Vəfa ibn Aqil, Abdulqadir Ceyləni (Ciləni), Abdurrahman ibn Cevzi, Safiyuddin Abdulmumin Bağdadi, Muvaffaquddin ibn Qudamə Maqdisi, Taqiyuddin Abdulğani Maqdisi, Məcduddin İbn Teymiyyə (baba), Taqiyuddin İbn Teymiyyə, Nəcmuddin İbn Həmdən əl-Hərrani, Nəcmuddin ət-Tufi, Burhanuddin İbn Muflih, Şəmsuddin İbn Muflih, Şəmsuddin İbn Qayyim, Zeynuddin İbn Rəcəb, Cəməluddin ibn Abdulhadi (İbn Mibrad), Əhməd əs-Siczi və s.
Bu dövrün ən məşhur fiqh əsərləri: “əl-İdah fil-Fihqil-Hənbəli” Əbu Fərəc Abdulvahid Şirazi; “Muqni”, “Muğni” (Xiraqinin müxtəsərinin şərhi), “Umdə”, “Kəfi” ibn Qudama; “Hidəyə” Əbu Xattab əl-Kəlvəzəni; “əl-Mubdi fi Şərhil-Muğni”, “əl-Ədəbuş-Şəria” Burhanuddin ibn Muflih; “əl-Furu’u” Şəmsuddin ibn Muflih; “əl-Muntəqa” Məcduddin ibn Teymiyyə; “əl-Muharrar ” ibn Mibrad; “Təliqul-Muntəqa” ibn Mibrad;“Şərhul-Muharrar”, “İdrakul-Ğayə fi İxtisaril-Hidəyə” Safiyuddin Abdulmumin Bağdadi; “Şərhul-Umdə” Taqiyuddin İbn Teymiyyə və s.
Mutəəxxirun (المتأخرون) [hicri: 884 | miladi: 1479]
Mutəəxxirun yəni son dönəm imam Alauddin Mərdəvi ilə başlıyıb. Mutəəxxirun hənbəli fəqihləri: Alauddin Mərdəvi, İzzuddin əl-Kənani, Abdulbəqi Məvəhibi, Şərəfuddin Əbu Musa Həccəvi, İbn Nəccar əl-Futuhi, Yusuf Mər’i əl-Kərmi, Mənsur əl-Buhuti, Əhməd əl-Buhuti Xəlvəti, Muhamməd ibn Bəlbən, Abdulqadir ibn Bədran, Şəmsuddin Səfərini, Mustafa Ruheybəni, Həsən əş-Şitti, Osman bin Qaid ən-Nəcdi, Abdullah əl-Bə’li, Alauddin əl-Bə’li (İbn Ləhhəm), Abdulqadir ət-Təğləbi, Mustafa əd-Duməni, İbn İmad və s.
Bu dövrün ən məşhur fiqh əsərləri: “əl-İnsaf”, “ət-Tənqih” Alauddin Mərdəvi; “Dəlilut-Talib”, “Ğayətul-Muntəhəl-İradət” Şeyx Yusif Mər’i əl-Kərmi; “Zədul-Mustəqni”, “İqn’a” Əbu Musa Şərəfuddin Həccəvi; “Muntəhəl-İradət”, “Məunətu Ulin-Nuhə Şərhil-Muntəhə” İbn Nəccar əl-Futuhi; “Umdətut-Talib”, “Haşiyətu Hidayətur-Rağib”, “Ravdul-Murb’i Şərh Zədul-Mustəqni”, “Kəşşəful-Qina anil-İqn’a”, “Şərh Muntəhəl-İradət”, “Haşiyətu Muntəhəl-İradət”, “Haşiyətul-İqn’a”, “əl-Minəhuş-Şəfiyət” Şeyx Mənsur əl-Buhuti; “Haşiyətu Muntəhəl-İradət” Əhməd əl-Buhuti Xəlvəti; “Hidayətur-Rağib”, “Haşiyətu Muntəhəl-İradət” Osman bin Qaid ən-Nəcdi; “Şərh Ğayətul-Muntəhə” Mustafa ər-Ruheybəni, “Şərh Ğayətul-Muntəhə” İbn İmad; “Axsara-Muxtasarat”, “Kəfil-Mubtədi” Şeyx Muhamməd ibn Balban; “Neylul-Məa’rib bi Şərhi Dəlilut-Talib” Şeyx Abdulqadir ət-Təğləbi; “Haşiyətu Dəlilut-Talib” Mustafa əd-Duməni; “Kəşful-Muxaddarat li Şərhi Axsara-Muxtasarat”, “ər-Ravdun-Nədə bi Şərhi Kəfil-Mubtədi” Əhməd ibn Abdullah əl-Bə’li; “Haşiyətu Anqari alar-Ravdul-Murbi” Abdulaziz Anqari və s.
Hənbəli məzhəbinin “mötəməd” (əsas) görüşünü mütəəxxir yəni son dönəmdə yaşayan hənbəli fəqihləri və alimləri təyin edir. “Mütəəxxir hənbəli fəqihləri” deyərkən Alauddin Mərdəvi, İzzuddin əl-Kənani, Abdulbəqi Məvəhibi, Şərəfuddin Əbu Musa Həccəvi, İbn Nəccar əl-Futuhi, Yusuf Mər’i əl-Kərmi, Mənsur əl-Buhuti, Əhməd əl-Buhuti Xəlvəti, Muhamməd ibn Bəlbən, Abdulqadir ibn Bədran, Şəmsuddin Səfərini, Mustafa Ruheybəni, Həsən əş-Şitti, Osman bin Qaid ən-Nəcdi, Abdulhayy İbn İmad, Əhməd ibn İvad əl-Mərdəvi, Şəmsuddin Əbul-Fəth əl-Bə’li, Abdullah əl-Bə’li, Alauddin əl-Bə’li (İbn Ləhhəm), Abdulqadir ət-Təğləbi, Mustafa əd-Duməni, və s. kimi fəqihlər qəsd olunur.
Hənbəli məzhəbinin əsas əqidə kitabları:
“İtiqadul-İmam Əhməd” (اعتقاد الإمام أحمد) – Əbu Fədl ət-Təmimi
“Kitabut-Tevhid” (كتاب التوحيد) – Əbu Abdullah Məhəmməd ibn Məndə
“Şərhus-Sünnə” (شرح السنة) – İmam Bərbəhəri
“Bidətçilərə Rəddiyə” (الرد على المبتدعة) – Əbul-Həsən İbn Bənnə
“əl-Mu’təməd fi Usulud-Din” (المعتمد في أصول الدين) – Qadi Əbu Ya’lə
“əl-İtiqad” (الاعتقاد) – Qadi Əbu Ya’lə
“İbtalut-Təvilət” (إبطال التأويلات) – Qadi Əbu Ya’lə
“ər-Rivayəteyn vəl-Vacheyn” (الروايتين و الوجهين) – Qadi Əbu Ya’lə
“ət-Təbsiratu fi Usulud-Din” (التبصرة في أصول الدين) – Əbu Fərəc Abdulvahid Şirazi
“əl-İdah” (الإيضاح) – İmam Zağuni
“əl-İrşad” (الإرشاد) – Əbul-Vəfa ibn Aqil
“əl-Qasidətud-Dəliyyətu” (القصيدة الدالية) – Əbu Xattab əl-Kəlvəzəni
“Aqidətu Əhlil-Əsər” (عقيدة أهل الأثر) – Əbu Xattab əl-Kəlvəzəni
“ər-Risalətul-Vadihə” (الرسالة الواضحة) – İbn Hənbəli
“Lumətul-İtiqad” (لمعة الإعتقاد) – Şeyxul-İslam Muvaffaq İbn Qudamə Hənbəli
“Zəmmut-Təvil” (ذم التأويل) – Şeyxul-islam Muvaffaq İbn Qudamə Hənbəli
“Təhrimun-Nazar fi Kutubil-Kələm” (تحريم النظر في كتب الكلام) – Şeyxul-islam Muvaffaq İbn Qudamə Hənbəli
“əl-Munazərətu fil-Qurən” (المناظرة في القرآن) – Şeyxul-islam Muvaffaq İbn Qudamə Hənbəli
“İsbətul-Harful-Qadim” (إثبات الحرف القديم) – Şeyxul-islam Muvaffaq İbn Qudamə Hənbəli
“əl-İqtisad fil-İtiqad” (الإقتصاد في الإعتقاد) – Şeyx Abdulğani Maqdisi
“Risalətul-Harf və Saut” (رسالة الحرف و الصوت) – Əhməd əs-Siczi
“Nihəyətul-Mubtədi’in fi Usulud-din” (نهاية المبتدئين في أصول الدين) – Şeyx İbn Həmdən Hənbəli
“əl-Ləliul-Bəhimətu Şərh Ləmiyətu İbn Teymiyyə” (اللاليء البهية في شرح لامية ابن تيمية) – Əhməd əl-Mərdəvi (Şeyxul-İslam İbn Teymiyyə bu əsəri ömrünün əvvəllərində yazib və bu kitabdakı əqidə görüşləri hənbəli məzhəbin mötəmədinə müxalif deyil)
“əl-Aqidətur-Rahibiyyə” (العقيدة الرحبية) – Əbu Bəkr ibn Qasim ər-Rahibi
“Halllul-Uqdi fi Bəyəni Əhkəmil-Mu’təqəd” (حلال العقد) – Nəcmuddin ət-Tufi
“əl-İşarətul-İləhiyyə” (الإشارات الإلهية) – Nəcmuddin ət-Tufi
“Şərh Qasidətit-Taiyyə” (شرح القصيدة التائية) – Nəcmuddin ət-Tufi
“Tuhfətul-Vusul” (تحفة الوصول) – Cəməluddin ibn Abdulhadi (İbn Mibrad)
“əl-Ayn vəl-Əsər fi Əqaidi Əhlil-Əsər” (العين و الأثر في عقائد أهل الأثر) – Abdulbəqi Məvəhibi
“Əqavilus-Siqat” (أقاويل الثقات) – Yusif Mər’i əl-Kərmi
“Qalaidul-İqyən” (قلائد العقيان) – İbn Bəlbən
“Təliq alə Lumətil-İtiqad” (تعليق على لمعة الإعتقاد) – İbn Bədran
“əd-Durrətul-Mudiyyə” və ya qısaca “Səfəriniyyə” (الدرة المضية – السفارينية) – İmam Səfərini
“Ləvamiul-ənvar və Səvətiul-əsrar əl-Əsəriyyə” (لوامع الأنوار البهية و سواطع الأسرار الأثرية) – İmam Səfərini
“Ləvaihul-Ənvar əs-Sunniyə Şərh Aqidəti Əhlil-Əsər” (لوائح الأنوار السنية في شرح عقيدة أهل الأثر) – İmam Səfərini
“Muxtəsər Ləvəmiul-Ənvar” (مختصر لوامع الأنوار البهية) – Həsən əş-Şitti
“Haşiyətu İbn İvad Hənbəli aləs-Sənusiyyətil-Kubra”[1] (حاشية ابن عوض الحنبلي على السنوسية الكبرى) – Əhməd ibn İvad əl-Mərdəvi
“Nəcətul-xaləf fi itiqadis-sələf” (نجاة الخلف في اعتقاد السلف) – Şeyx Osman bin Qaid Nəcdi Hənbəli
Hənbəli məzhəbinin əsas fiqh kitabları:
Hənbəli məzhəbinin mötəməd (əsas) fiqh mətnləri bu üç kitab hesab edilir:
“Muntəhəl-İradət” (منتهى الإرادات) – Şeyx ibn Nəccar əl-Futuhi Hənbəli
“əl-İqn’a” (الإقناع) – Şeyx Əbu Musa Şərəfuddin Həccəvi Hənbəli
“Ğayətul-Muntəhə” (غاية المنتهى) – Şeyx Yusif Mər’i əl-Kərmi Hənbəli
Mötəməd (əsas) fiqh mətnlərinin şərhləri və haşiyələri:
“Muntəhəl-İradət” (منتهى الإرادات)
“Dəqaiq Ulin-Nuhə Şərh əl-Muntəhə” (دقائق أولي النهى لشرح المنتهى) Şeyx Mənsur əl-Buhuti
“Məunətu Ulin-Nuhə Şərhil-Muntəhə” (معونة أولي النهى شرح المنتهى) – Şeyx ibn Nəccar əl-Futuhi
“İrşədu Ulin-Nuhə Lidəqaiqil-Muntəhə Haşiyətu alə Muntəhəl-İradət” (إرشاد أولي النهى لدقائق المنتهى حاشية على منتهى الإرادات) Şeyx Mənsur əl-Buhuti
“Haşiyətul-Xəvəti alə Muntəhəl-İradət” (حاشية الخلوتي على منتهى الإرادات) Şeyx Əhməd əl-Buhuti Xəlvəti
“Haşiyətu İbn Qaid alə Muntəhəl-İradət” (حاشية ابن قائد على منتهى الإرادات) Şeyx Osman bin Qaid ən-Nəcdi Hənbəli
“əl-İqn’a” (الإقناع)
“Kəşşəful-Qina anil-İqn’a” (كشاف القناع عن متن الإقناع) – Şeyx Mənsur əl-Buhuti
“Həvaşil-İqn’a” (حواشي الإقناع) – Şeyx Mənsur əl-Buhuti
“Ğayətul-Muntəhə”(غاية المنتهى)
“Mətalibu Ulin-Nuhə fi Şərh Ğayətil-Muntəhə və Təcriduz-Zəvəəidil-Ğayə” (مطالب أولي النهى في شرح غاية المنتهى و تجريد الزوائد الغاية و الشرح) – Şeyx Mustafa ər-Ruheybəni & Şeyx Həsən əş-Şitti
“Buğyətu Ulin-Nuhə Şərh Ğayətil-Muntəhə” (بغية أولي النهى شرح غاية المنتهى) – Şeyx Abdulhayy İbn İmad
قال الإمام السفاريني: إن اختلف الإقناع والمنتهى فانظر ما يرجحه صاحب الغاية
İmam Səfərini: “Hər hansı bir fiqhi məslədə “Muntəhəl-İradət” kitabı “əl-İqn’a” kitabı ilə ixtilaf edərsə “Ğayətul-Muntəhə” kitabının sahibinin tərcih etdiyi görüş əsas alınır”
Hənbəli məzhəbinin əsas üsul kitabları:
“Risələ fi Usulil-Fiqh” (رسالة في أصول الفقه) – Şihəbuddin əl-Ukbəri
“əl-Uddə fi Usulil-Fiqh” (العدة في أصول الفقه) – Qadi Əbu Ya’lə
“əl-Vadih” (الواضح) – Əbul-Vəfa İbn Aqil
“əl-Təmhid fi Usulil-Fiqh” (التمهيد في أصول الفقه) – Əbul-Xattab əl-Kəlvəzəni
“Raudatun-Nazir və Cunnətul-Munəzir” (روضة الناظر و جنة المناظر) – Şeyxul-islam Muvaffaq İbn Qudamə Hənbəli
“Qavaidul-Usul və Məaqidul-Fusul” (قواعد الأصول و معاقد الفصول) – Safiyuddin Abdulmumin Bağdadi
“əl-Musəvvədə fi Usulil-Fiqh” (المصودة) – Məcduddin İbn Teymiyyə
“əl-Muqəddimə fi Usulil-Fiqh” (المقدمة في أصول الفقه) – Nəcmuddin İbn Həmdən
“Usulil-Fiqh” (أصول الفقه) – Şəmsuddin İbn Muflih
“Mirqatul-Vusul ilə İlmul-Usul” (مرقاة الوصول إلى علم الأصول) – Burhanuddin İbn Muflih
“Bulbul fi Usulil-Fiqh – Muxtəsər Raudatun-Nazir” (البلبل في أصول الفقه مختصر روضة الناظر) – Nəcmuddin ət-Tufi
“Məaricul-Vusul” (معارج الوصول) – Nəcmuddin ət-Tufi
“Ğayətul-Sul ilə İlmil-Usul” (غاية السول إلى علم الأصول) – Cəməluddin ibn Abdulhadi (İbn Mibrad)
“Zubdətul-Ulum” (زبد العلوم) – Cəməluddin ibn Abdulhadi (İbn Mibrad)
“ət-Təhbir Şərhut-Təhrir” (التحبير شرح التحرير) – Alauddin Mərdəvi
“Bulğatul-Vusul ilə İlmil-Usul” (بلغة الوسول إلى علم الأصول) – İzzuddin əl-Kənani
“Muxtəsər Təhrir” (مختصر التحرير) – İbn Nəccar əl-Futuhi
“Şərh Kəvkəbil-Munir” (شرح الكوكب المنير) – İbn Nəccar əl-Futuhi
“əz-Zuxrul-Hərir bişərh Muxtəsər-Təhrir” (الذخر الحرير بشرح مختصر التحرير) – Əhməd ibn Abdullah əl-Bə’li
“Şərh Raudatun-Nazir” (شرح روضة الناظر) – Abdulqadir ibn Bədran
“Təlxis Raudatun-Nazir” (شرح روضة الناظر) – Şəmsuddin Əbul-Fəth əl-Bə’li
“Muxtasar fi Usulil-Fiqh” (المختصر في أصول الفقه) – Alauddin əl-Bə’li (İbn Ləhhəm)
Hənbəli məzhəbinin əsas fiqhi qaydalar (əl-Qavaidul-Fiqhiyyə) kitablari:
“Təqrirul-Qavaid və Təhrirul-Fəvəid” (تقرير القواعد و تحرير الفوائد) – Zeynuddin İbn Rəcəb
“əl-Qavaidul-Kubra” (القوائد الكبرى) – Nəcmuddin ət-Tufi
“əl-Qavaidul-Suğra” (القوائد الصغرى) – Nəcmuddin ət-Tufi
“əl-Qavaid” (القوائد) – Alauddin əl-Bə’li (İbn Ləhhəm)
“əl-Qavaid vəl-Fəvəidil-Usuliyə” (القوائد و الفوائد الأصولية) – Alauddin əl-Bə’li (İbn Ləhhəm)
Hənbəli məzhəbinin ehkam hədisləri ilə əlaqəli əsas kitablari:
“əl-Muntəqa” (المنتقى) – Məcduddin İbn Teymiyyə (baba)
“əl-Muharrar” (المحرر) – Cəməluddin ibn Abdulhadi (İbn Mibrad)
“Təliqul-Muntəqa” (تعليق المنتقى) – Cəməluddin ibn Abdulhadi (İbn Mibrad)
“əl-Əhkəmul-Kubra” (الأحكام الكبرى) – Cəməluddin ibn Abdulhadi (İbn Mibrad)
“Şərhul-Muharrar” (شرح المحرر) – Safiyuddin Abdulmumin Bağdadi
“əs-Sunən vəl-Əhkam anil-Mustafa” (السنن و الأحكام عن المصطفى) – Ziyauddin Maqdisi
“Umdətul-Əhkam” (السنن و الأحكام عن المصطفى) – Təqiyuddin Abdulğani Maqdisi
“Kəşful-Lisəm Şərh Umdətil-Əhkam” (كشف اللثام شرح عمدة الأحكام) – İmam Səfərini
Hənbəli məzhəbinin əsas təfsir kitablari:
“Zədul-Məsir” (زاد المسير في علم التفسير) – Abdurrahman ibn Cevzi
“Rəvaiut-Təfsir” (روائع التفسير الجامع لتفسير) – Zeynuddin İbn Rəcəb
“Rumuzul-Kunuz” (رموز الكنوز في تفسير الكتاب العزيز) – İzzuddin Abdurrazzaq ər-Rəs’ani
“əl-Lubəb” (اللباب في علوم الكتاب) – Siracuddin ibn Adil ən-Numəni
Hənbəli məzhəbinin Quran elmləri və Təfsir Üsuluna aid kitablari:
“əl-İksir fi Qavaidit-Təfsir” (الإكسير في قوائد التفسير) – Nəcmuddin ət-Tufi
“Qalaidul-Mərcən” (قلائد المرجان) – Yusif Mər’i əl-Kərmi
Hənbəli əqidə kitablarının tədrisi:
“Lumətul-İtiqad” (لمعة الإعتقاد) – Şeyxul-İslam Muvaffaq İbn Qudamə Hənbəli
“Zəmmut-Təvil” (ذم التأويل) – Şeyxul-islam Muvaffaq İbn Qudamə Hənbəli
“Nəcətul-xaləf fi itiqadis-sələf” (نجاة الخلف في اعتقاد السلف) – Şeyx Osman bin Qaid Nəcdi Hənbəli
“əl-Ayn vəl-Əsər fi Əqaidi Əhlil-Əsər” (العين و الأثر في عقائد أهل الأثر) – Abdulbəqi Məvəhibi
“Qalaidul-İqyən” (قلائد العقيان) – İbn Bəlbən
“Əqavilus-Siqat” (أقاويل الثقات) – Yusif Mər’i əl-Kərmi
“Muxtəsər Ləvəmiul-Ənvar” (مختصر لوامع الأنوار البهية) – Həsən əş-Şitti
“əd-Durrətul-Mudiyyə” və ya qısaca “Səfəriniyyə” (الدرة المضية – السفارينية) – İmam Səfərini
“Nihəyətul-Mubtədi’in fi Usulud-din” (نهاية المبتدئين في أصول الدين) – Şeyx İbn Həmdən Hənbəli
“Tuhfətul-Vusul” (تحفة الوصول) – Cəməluddin ibn Abdulhadi (İbn Mibrad)
“Təhrimun-Nazar fi Kutubil-Kələm” (تحريم النظر في كتب الكلام) – Şeyxul-islam Muvaffaq İbn Qudamə Hənbəli
“əl-Mu’təməd fi Usulud-Din” (المعتمد في أصول الدين) – Qadi Əbu Ya’lə
“Ləvamiul-Ənvar və Səvətiul-Əsrar əl-Əsəriyyə” (لوامع الأنوار البهية و سواطع الأسرار الأثرية) – İmam Səfərini
Hənbəli fiqh kitablarının tədrisi:
Birinci mərhələ (البداية – المرحلة الأولى)
Birinci mərhələ “bidəyə” (başlanğıc) səviyyə adlanır. Tədris üçün bu mərhələdə məzhəbdə 5 fiqh mətni məşhurdur və bunlar:
“Axsara-Muxtasarat” (أخصر المختصرات) – Şeyx Muhamməd ibn Balban Hənbəli
“Kəfil-Mubtədi” (كافي المبتدي) – Muhamməd ibn Balban Hənbəli
“Umdətut-Talib” (عمدة الطالب) – Mənsur əl-Buhuti Hənbəli
“Dəlilut-Talib” (دليل الطالب) – Yusuf Mər’i əl-Kərmi Hənbəli
“Zədul-Mustəqni” (زاد المستقنع) – Əbu Musa Şərəfuddin Həccəvi
“Axsara-Muxtasarat” 2015, “Dəlilut-Talib” 2503, “Umdətut-Talib” 2801, “Zədul-Mustəqni” kitabi 3170 fiqhi məsələni özündə ehtiva edir.
“Axsara-Muxtasarat” 25, “Dəlilut-Talib” 30, “Umdətut-Talib” 5-10 arası, “Zədul-Mustəqni” kitabı 37 fiqhi məsələdə məzhəbin mötəmədinə (əsas) görüşünə müxalif olmuşdur.
Adətən fiqhi məsələləri əhatə etmə həcminə görə tədrisdə bu beş kitab arasından iki kitaba – “Dəlilut-Talib” və “Zədul-Mustəqni” kitablarına daha çox üstünlüy verilir. Fiqhi məsələləri əhatə etmə baxımından isə “Zədul-Mustəqni” kitabı “Dəlilut-Talib” kitabından bir az daha geniş hesab olunur. Tərtib və üslub baxımından isə “Dəlilut-Talib” kitabı daha üstün sayılır.
İkinci mərhələ (المتوسط – المرحلة الثانية)
İkinci mərhələ “mutavassit” (orta) səviyyə adlanır. Birinci mərhələni bitirdikdən sonra ikinci mərhələyə keçilir. İkinci mərhələdə tədris edilən kitablar birinci mərhələdə tədris edilən fiqh mətnlərinin şərhləridir
“Kəşful-Muxaddarat li Şərhi Axsaril-Muxtasarat” (كشف المخدرات لشرح أخصر المختصرات) – Əhməd ibn Abdullah əl-Bə’li
“əl-Fəvəidul-Muntəxabat fi Şərhi Axsaril-Muxtasarat” (الفوائد المنتخبات في شرح أخصر المختصرات) – Osman bin Abdullah
“ər-Ravdun-Nədə bi Şərhi Kəfil-Mubtədi” (الروض الندي شرح كافي المبتدي) – Əhməd ibn Abdullah əl-Bə’li
“Hidəyətur-Rağib li Şərhi Umdətit-Talib” (هداية الراغب لشرح عمدة الطالب) – Osman bin Qaid ən-Nəcdi Hənbəli
“Neylul-Məa’rib bi Şərhi Dəlilut-Talib” (نيل المآرب بشرح دليل الطالب) Məşhur ibn Təğləbi
“ər-Ravdul-Murbi Şərh Zədul-Mustəqni” (الروض المربع شرح زاد المستقنع) Mənsur əl-Buhuti
- Birinci mərhələdə “Dəlilut-Talib”fiqhi mətnini tərcih edən ikinci mərhələdə bu kitabın şərhi olan Şeyx Təğləbinin qələmə aldığı “Neylul-Məa’rib” (نيل المآرب بشرح دليل الطالب) əsəri ilə yanaşı Şeyx Mustafa əd-Duməninin “Haşiyətud-Duməni” (حاشية الدوماني على كتاب دليل الطالب لنيل المطالب) və Şeyx Əhməd İbn İvad əl-Mərdəvinin “Fəthu Vəhəbil- Məa’rib” (فتح وهاب المآرب على دليل الطالب لنيل المطالب) adlı haşiyələri ilə paralel oxunur.
- Birinci mərhələdə Şeyx Mənsur əl-Buhutinin “Umdətut-Talib”fiqhi mətnini oxuyan ikinci mərhələdə bu kitabın şərhi olan Şeyx Osman bin Qaid ən-Nəcdi Hənbəlinin yazdığı “Hidəyətur-Rağib”(هداية الراغب لشرح عمدة الطالب) kitabını bu əsərin haşiyəsi olan Şeyx Mənsur əl-Buhutinin özünün yazdığı “Haşiyətu Fəthi Məvləl-Məvəhib” (هداية الراغب لشرح عمدة الطالب مع حاشية فتح مولى المواهب) əsəri ilə bərabər tədris edilir.
- Birinci mərhələdə Şeyx Şərəfuddin Həccəvinin “ Zədul-Mustəqni”fiqhi mətnini oxuyan ikinci mərhələdə bu kitabın şərhi olan Şeyx Mənsur əl-Buhutinin yazdığı “ər-Ravdul-Murbi”(الروض المربع شرح زاد المستقنع) kitabını bu əsərin haşiyəsi olan Şeyx Abdulaziz Anqarinin yazdığı “Haşiyətu Anqari” (حاشية العنقري على الروض المربع شرح زاد المستقنع) əsəri ilə bərabər oxunur.
İkinci mərhələdə adətən daha çox fiqhi məsələri əhatə etmə baxımından həcmcə ən geniş müxtəsər mətn hesab olunan “Zədul-mustəqni” kitabının şərhi olan Şeyx Mənsur əl-Buhutinin qələmə aldığı “ər-Ravdul-Murbi” kitabı tərcih olunur. “ər-Ravdul-Murbi” 5489 fiqhi məsələni özündə əhatə edir.
Üçüncü mərhələ (المطول – المرحلة الثالثة)
Üçüncü mərhələ “mutəvval” (ali) səviyyə adlanır. İkinci mərhələni bitirdikdən sonra son mərhələ olan üçüncü mərhələyə keçilir. Son mərhələdə tədris olunan kitablar:
“Muntəhəl-İradət” (منتهى الإرادات) – ibn Nəccar əl-Futuhi Hənbəli
“Dəqaiq Ulin-Nuhə Şərh əl-Muntəhə” (دقائق أولي النهى لشرح المنتهى) – Mənsur əl-Buhuti Hənbəli
“Məunətu Ulin-Nuhə Şərhil-Muntəhə” (معونة أولي النهى شرح المنتهى) – ibn Nəccar əl-Futuhi
“İrşədu Ulin-Nuhə Lidəqaiqil-Muntəhə Haşiyətu aləl-Muntəhə” (إرشاد أولي النهى لدقائق المنتهى حاشية على منتهى الإرادات) Mənsur əl-Buhuti
“Haşiyətul-Xəvəti alə Muntəhəl-İradət” (حاشية الخلوتي على منتهى الإرادات) Əhməd əl-Buhuti Xəlvəti
“Haşiyətu İbn Qaid alə Muntəhəl-İradət” (حاشية ابن قائد على منتهى الإرادات) Osman bin Qaid ən-Nəcdi Hənbəli
“əl-İqn’a” (الإقناع) – Əbu Musa Şərəfuddin Həccəvi Hənbəli
“Kəşşəful-Qina anil-İqn’a” (كشاف القناع عن متن الإقناع) – Mənsur əl-Buhuti
“Həvaşil-İqn’a” (حواشي الإقناع) – Mənsur əl-Buhuti
“Ğayətul-Muntəhə” (غاية المنتهى) – Yusif Mər’i əl-Kərmi Hənbəli
“Mətalibu Ulin-Nuhə fi Şərh Ğayətil-Muntəhə və Təcriduz-Zəvəəidil-Ğayə” (مطالب أولي النهى في شرح غاية المنتهى و تجريد الزوائد الغاية و الشرح) – Mustafa ər-Ruheybəni & Həsən əş-Şitti
“Buğyətu Ulin-Nuhə Şərh Ğayətil-Muntəhə” (بغية أولي النهى شرح غاية المنتهى) – Şeyx Abdulhayy İbn İmad
“əl-Muqni” (المقنع), “əl-Kəfi” (الكافي), “əl-Muğni” (المغني) – Şeyxul-İslam Muvaffaq İbn Qudamə
“əl-Mubdi Şərhil-Muqni” (المبدع شرح المقنع) – Burhanuddin İbn Muflihin
“əl-Furu” (الفروع) – Şəmsuddin İbn Muflihin
“əl-İnsaf” (الإنصاف), “ət-Tənqih” (التنقيح) – Alauddin Mərdəvi
İbn Nəccər əl-Futuhinin “Muntəhə əl-İradət” kitabınının şərh və haşiyələrini bitirdikdən sonra Şeyx Həccəvinin “əl-İqn’a” kitabının şərh və haşiyəyələri oxunur və bu oxunduqdan sonra Şeyx Həccəvinin hansı fiqhi məsələlərdə əl-Futuhiyə müxalif olduğunu aydınlaşır və Şeyx Mənsur əl-Buhutinin bunlardan hansını tərcih etdiyini məlum olur.
“Muntəhə əl-İradət” və “əl-İqn’a” kitablarının şərh və haşiyələrini bitirdikdən sonra Şeyx Yusif Mər’i əl-Kərminin “Ğayətul-Muntəhə” kitabının şərhlərinə keçilir. Mustafa Ruheybəninin yazdığı şərh Şeyx əş-Şətti’nin bu kitaba yazdığı haşiyəsi ilə bərabər oxunmalıdır, çünki Şeyx əş-Şəttinin haşiyəsində önəmli düzəlişlər vardır. Həmçinin, Şeyx İbn İmadın da “Ğayətil-Muntəhə” kitabına yazdığı şərh oxuyur.
“Muntəhə əl-İradət”, “əl-İqn’a” və “Ğayətil-Muntəhə” kitablarının şərh və haşiyələrini bitirdikdən sonra Şeyxul-İslam Muvaffaq İbn Qudamənin “əl-Muqni”, “əl-Kəfi”, “əl-Muğni” kitabları oxunur, daha sonra isə Burhanuddin İbn Muflihin “əl-Muqni” kitabına yazdığı “əl-Mubdi” adlı şərhini, bundan sonra isə “əl-Furu”, “əl-İnsaf”, “ət-Tənqih” kimi məzhəbi təhrir edən kitablar oxunulur.
✍🏼 Afsana Mahdy
[1] “əs-Sənusiyyətul-Kubra” (Şərhul-Aqidətil-Kubra) adlı əsər Əşari əqidə məktəbinin son dönəm (mutəəxxir) imamlarından olan İmam Sənusinin (Allah ona rəhmət etsin) əqidəyə aid qələmə aldığı əsərlərdən biridir.
