• Salihiyyə nədir?
  • Yazılardan istifadə
Salihiyyə
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
SALİHİYYƏ
Nəticə tapılmadı..
Bütün nəticələr
Əsas Səhifə Məqalələr Ümumi

Qazinin şərtləri

Salihiyyə
02 Fevral 2022
Ümumi
Oxuma müddəti: 4 dəq. oxuma
0 0
A A
0
0
PAYLAŞIMLAR
23
BAXIŞLAR
PaylaşPaylaş

Çox təəssüf ki, müsəlmanları üzən hallar bitmək bilmir, əksinə hər gün yeni bir fəsad və yeni bir bidət ortaya çıxır. Daha əvvəl də müşahidə etdiyimiz kimi bunların əksəriyyətinin səbəbi şəriət elmlərindən cahil olmaqla bağlıdır. Müsəlmanların niyyətləri çox zaman səmimi olsa da onların cahil olmaqlarından istifadə edərək şeytan onları hər cür batil əmələ salmağa nail ola bilir. Son zamanlarda eşitdiyimiz ən acınacaqlı hallardan da biri bəzi cahillərin özlərinə qazi seçmələri və seçdikləri qazilərin də özləri kimi bir cahil olmasıdır. Bu halın nə qədər anormal olduğunu göstərmək üçün şəriətdə qazi üçün tələb olunan şərtlər haqqında qısa şəkildə yazmağın faydalı olacağını düşünürük.

Hər şeydən öncə bilmək lazımdır ki, bu məsələni fərqli məzhəblərin alimləri fiqh və fiqh üsulu kitablarında müzakirə ediblər. Bütün məzhəblər qazinin aqil, həddi-büluğa ərmiş biri, hürr,  müsəlman, eşidən, görən və danışan biri olmasının şərt olduğunda ittifaq ediblər. Lakin onlar qazi üçün adilliyin, erkəkliyin və ictihadın şərt olub olmamasında ixtilaf ediblər.

Adilliyə gəldikdə bu, malikilərdə, şafiilərdə və hənbəlilərdə şərtdir. Onlara görə fasiq birini qazi təyin etmək caiz deyildir, çünki Allahu Təalə deyir:

“Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız.”

Hənəfilərə görə isə əmir bir fasiqi qazi olaraq təyin etsə ehtiyac üçün qaziliyi səhih olar, lakin təyin etməməsi lazımdır. Şəhadətdə olduğu kimi qazinin bir fasiqin şəhadətini qəbul etməməsi gərəkdir, lakin qəbul edərsə fasiq şahidliyi caiz olar.

Erkəkliyə gəldikdə isə bu da hənəfilərdən başqa digər məzhəblərə görə şərtdir. Hənəfilərə görə mal məsələsində, yəni mədəni hökmdə qadını qazi olması caizdir. Digər məsələlərdə isə caiz deyildir. İmam İbn Cərir ət-Tabəri isə qadının bütün məsələlərdə qazi olmasını caiz görmüşdür, çünki qadın mufti ola bilərsə qazi olması da caizdir.

İctihada gəldikdə isə yenə malikilər, şafiilər və hənbəlilər bunu şərt sayıblar və hənəfilərdən Əbul-Həsən Əhməd bin Muhamməd əl-Quduri də bunu şərt saymışdır. Digər hənəfilər isə ictihadı şərt saymırlar. Lakin burada qeyd etmək lazımdır ki, onların müctəhid olmağı şərt görməmələri hər bir adi müsəlmanın qaziliyə yararlı olması anlamına gəlmir. Hənəfi alimi əl-Həskəfi deyir:

“[(Qazinin) təmizliyində, əqlində, dürüstlüyündə, anlayışında, sünnəti, əsərləri və fiqhin fərqli baxışlarını bilməsində etibar ediləcək biri olması lazımdır, ictihad isə əvləviyyət şərtidir1, çünki əksər alimlərə görə hər hansı bir zamanda müctəhidin olmaması mümkün olduğu üçün (müctəhidin olması) imkansız ola bilər.”2

Burada qeyri-müctəhid ilə iki növ muqallid anlaşıla bilər, çünki kitablardan məzhəbin dəlillərini oxuyub anlaya bilən və hökmləri ayırd edə bilən biri də muqallid sayıldığı kimi bunu bacarmayan, sadəcə başqalarının fətvalarını nəql edən biri də muqallid sayılır. Hənəfi alimləri bunların hansının qəsd olunmasında ixtilaf ediblər.3 Hənəfilərin bu görüşləri yalnız onu göstərir ki, burada qeyri-müctəhid ilə qəsd olunan ən azından şəriət elmlərindən savadlı olan, fətvalarla tanış olan bir müsəlmandır.

Lakin yuxarıda zikr etdiyimiz kimi digər üç məzhəbin alimlərindən ibarət olan cumhur qeyri-müctəhidin qazi olmasını caiz görmür. Hənbəli alimlərindən Şərəfud-Din əl-Həccəvi – rahiməhullah – deyir:

“Qazidə on sifətin olması şərtdir: Həddi-büluğa çatmış, aqil, erkək, hürr olması – lakin bir səriyyə’yə4 əmirlik etmə, sədəqə və feyi5 bölüşdürmə, namazda imam olma yönündə qulun valiliyi səhihdir –və müsəlman, adil olması – qazf’dan6 tövbə etmiş olsaa belə; beləliklə nə fasiqin, nə də şahidlik etməsinə mane olacaq bir naqisliyə sahib olan birinin vali təyin edilməsi caiz deyildir – və eşidən, görən, danışan və müctəhid olması (şərtdir). Yalnız öz imamının məzhəbində (müctəhid) olsa belə zərurət üçün ( caizdir).”7

Beləliklə qazinin adil və müctəhid bir müsəlman olması şərtdir. əl-Həccəvi’nin müctəhid olmasını şərt olaraq zikr etməsini şərh edən Alləmə əl-Buhuti deyir:

“İcma ilə (şərtdir) və bunu İbn Həzm zikr edib: onlar icma ediblər ki, nə hakimə, nə də muftiyə yalnız onun sözü ilə hökm verdiyi və ya fətva verdiyi bir nəfəri təqlid etmək halal deyildir, çünki belə birinin ictihadı yoxdur, yalnız təqlid ilə hökm edir. Halbu ki, qazi Allahın endirdiyi ilə hökm verməklə əmr olunmuşdur və çünki muftinin adi bir insan, muqallid olması caiz deyildir, o zaman hakimin (müctəhid) olması daha münasibdir.”8

Biz bu yazımızda sözümüzü qısa kəsdik. Məqsədimiz məsələni təhrir etmək deyildir, lakin sadəcə olaraq müsəlmanlarda ümumi halda bir anlayışın olmasını istəyirik. Azərbaycan məkanında heç bir müsəlmana “həvəskar” qazilərin hökmü tətbiq edilə bilməz və heç bir müsəlmanı buna məcbur etmək olmaz. Müsəlmanların da bundan agah olması lazımdır və onların bu “həvəskarlara” tabe olmaqdan boyun qaçırmaqlarının bir asilik olduğunu düşünməsinlər!

Peyğəmbər və onun pak ailəsinə salam olsun!

Salihiyyə

Dipnotlar:

  1. Əvləviyyət şərti budur ki, əgər müctəhid mövcud olarsa onu qazi təyin etmək daha münasibdir.
  2. əl-Həskəfi, “əd-Durrul-Muxtər Şərh Tənviril-Əbsar”, səh: 465; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1423/2002
  3. Bax: İbn Abidin, “Raddul-Muhtər aləd-Durril-Muxtər”, 8/38-39; Dar Aləmil-Kutub, Riyad, xüsusi nəşr: 1423/2003
  4. Ordu bölməsi
  5. Fey ümumi mənada döyüşsüz ələ keçirilən düşmən malına verilən addır. Lakin həmçinin cizyəyə, xərraca, mürtədin malına və varis olmayan ölünün malına da fey deyilə bilir.
  6. Qazf bir mömini fahiş işlərdə ittiham etməkdir ki, şəriət bu kimi hallara çox sərt yanaşır.
  7. əl-Həccəvi, “əl-İqna li Talibil-İntifə”, 4/396; Dəratul-Məlik Abdil-Aziz, üçüncü nəşr: 1423/2002
  8. əl-Buhuti, “Kəşşəful-Qina anil-İqna”, 15/31; Vazəratul-Adl, Səudiyyə, birinci nəşr: 1429/2008
Əvvəlki

Əl-Valid bin Uqbə və səhabələrin adilliyi

Növbəti

Qız verib qız alıblar

Oxşar Yazılar

Əl-Valid bin Uqbə və səhabələrin adilliyi
Ümumi

Əl-Valid bin Uqbə və səhabələrin adilliyi

14 Fevral 2022
Ölənlərin və yaralıların şəkillərini paylaşmaq
Ümumi

Ölənlərin və yaralıların şəkillərini paylaşmaq

14 Fevral 2022
Növbəti
Qız verib qız alıblar

Qız verib qız alıblar

Subscribe
Login
Notify of
guest
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Ən çox oxunanlar

  • Corablara məsh çəkmək (Hədislərə baxış)

    Corablara məsh çəkmək (Hədislərə baxış)

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Niyyəti Dildə Tələffüz Etmək

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Qəbir daşına yazı yazmaq

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Ərəb dilinin əhəmiyyəti

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Təharət – “Sular” fəsli

    0 paylaşım
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • Kateqoriyasız (1)
  • Kitabxana (6)
    • Faydalı Alıntılar (1)
    • Hənbəli Fiqhi (4)
      • Təharət Kitabı (4)
    • Kitab Analizi (1)
  • Məqalələr (74)
    • Ailə (4)
    • Əxlaq və Ədəb (13)
    • Fiqh (21)
    • Hədis (5)
    • Şəxsiyyətlər (6)
    • Şübhələrə Cavab (10)
    • Tarix və İslam Mədəniyyəti (4)
    • Təfsir (1)
    • Ümumi (3)
  • Sual-Cavab (9)
    • Ədəb (2)
    • Əqidəvi suallar (1)
    • Fiqhi suallar (2)
    • Təfsir-Quran (2)
    • Ümumi suallar (1)
    • Üsul (1)
  • Yeni Müsəlman (5)

Etiketlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
Salihiyyə

Salihiyyə - İslami Araşdırmalar Platformasıdır

Daha ətraflı

Kateqoriyalar

  • Kateqoriyasız
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Məqalələr
    • Ailə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Yeni Müsəlman

Açar sözlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
  • Salihiyyə nədir?
  • Yazılardan istifadə

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Tarix və İslam Mədəniyyəti
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Şəxsiyyətlər
    • Hədis
    • Təfsir
    • Ümumi
    • Şübhələrə Cavab
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Kitab Analizi
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
  • Şübhələrə Cavab

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
wpDiscuz
0
0
Yazı haqqında fikirlərinizi bildirin..x
()
x
| Reply
Go to mobile version