• Salihiyyə nədir?
  • Yazılardan istifadə
Salihiyyə
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
SALİHİYYƏ
Nəticə tapılmadı..
Bütün nəticələr
Əsas Səhifə Məqalələr Şübhələrə Cavab

Hədislərdən özbaşına hökm çıxaranlara cavab

Salihiyyə
19 İyul 2021
Şübhələrə Cavab
Oxuma müddəti: 9 dəq. oxuma
0 0
A A
0
Hədislərdən özbaşına hökm çıxaranlara cavab
0
PAYLAŞIMLAR
34
BAXIŞLAR
PaylaşPaylaş

Təqdim etdiyimiz bu kiçik yazı həcminin kiçikliyinə rağmən əhəmiyyəti böyük bir yazıdır, dövrümüzdə cərəyan edən fikirlər və düşüncələr ilə tam olaraq əlaqədardır. Bu yazı hicri on ikinci əsrin ən məşhur hənbəli alimi İmam Şəmsud-Din əs-Səfərini’nin ona yönləndirilmiş suala verdiyi cavabdan ibarətdir.

Sual fiqh kitablarını bir kənara atıb yalnız Kitab və Sünnətə əsaslanmağın vacib olduğunu iddia edənlər haqqındadır. Belə bir iddia isə bizim zamanımızda heç kəsə yad olmayan bir iddiadır. Bu iddiaya əsasən müctəhid fəqihlərin geniş biliklərinə əsaslanaraq yazdıqları kitablar və qaydalar bidətdir və onlarla əməl etmək doğru deyildir. Sual verən də “bilməsəniz elm əhlindən soruşun” ayəsindəki irşada tabe olaraq zamanının ən məşhur elm əhlindən birinə sual ilə müraciət etmişdir. Biz də cavabdakı faydadan azərbaycanlı müsəlmanın faydalanması üçün onu dilimizə tərcümə etdik.

Tərcümə edərkən bu kiçik risalənin “Cəvabul-Alləmə əs-Səffərini alə Mən Zəamə ənnəl-Amələ Ğayru Cəizin bi Kutubil-Fiqh” adı ilə çap olunmuş şəklindən istifadə etdik. Bu kitab Doktor Valid bin Muhamməd bin Abdilləh əl-Ali tərəfindən təhqiq edilmiş və Beyrutdakı “Darul-Bəşəiril-İsləmiyyə” kitab evi tərəfindən nəşr edilmişdir.

Kitabı təhqiq edənin qeyd etdiyi kimi bu fətvanın əl yazması “Neylul-Marib Şərh Dəlilit-Talib” kitabının arxasına əlavə edilmiş halda Qahirədə “əl-Əzhar” kitabxanasında “47853” rəqəmi altında saxlanılır.

Sual

Öz məzhəbinin imamının elmi üzərində fiqhi öyrənmiş, bundan sonra isə fiqh kitablarının – sonradan icad edilmiş olmaları səbəbilə – heç biri ilə əməl etməyin caiz olmadığını, yalnız hədis və təfsirlər ilə əməl etməyin və bundan savayı şeyləri tərk etməyin vacib olduğunu iddia edən bir nəfər haqqında müsəlman alimlərinin, yol göstərən hidayət rəhbərlətinin rəyi nədir?

Onun bu sözlərinə bir əhəmiyyət verilməlidirmi? Onun bu iddiası bir müctəhidin iddiası sayılır ya yox? Əgər elədirsə, o zaman bu iddiaya əsasən buna haqqı olmayanların üzərinə düşən nədir? İctihadın şərtləri nədir?

Öz imamının görüşünü tərk edərək, öz görüşünün Allah elçisinin – salləllahu aleyhi va səlləm – hədisi olduğunu və fiqhin belə olmadığını iddia edən həmin adamın yanına gedən adi müsəlmana vacib olan nədir?

Bizi bir cavab ilə faydalandırın!

Cavab

Şeyximiz əş-Şeyx Muhamməd əs-Səfərini – Allah onu qorusun – cavab verdi:

Hər növ həmd həmdin Sahibinə aiddir və Onun ən yaxşı qulu və peyğəmbərinə salavat olsun!

Bil ki, bu suala bir neçə məsələ daxildir:

Birinci

Bu iddiaçı iddia edir ki, fiqh kitablarından heç bir şeylə əməl etmək olmaz

Sual verənin muradı budur. Bu isə ciddi bir işdir, böyük bir müsibətdir, beləki, (belə bir iddia) ümmətin icmasını pozur və bütün imamlara qarşı çıxır. Çünki İslam dinindən olan imamlar və böyük zatlar hər zaman tanınmış fiqh kitabları ilə əməl ediblər və əməl etməyə də davam edəcəklər. Onlardan sonra gələnlər bunu əvvəlkilərdən miras olaraq alırlar. Beləliklə iddiaçının bu iddiasında tabiin əsrindən tutmuş bizim bu əsrə qədər bütün ümmətə qarşı bir tənə vardır. Alimlər hələ də fiqhi toplamaq, onu tərtib etmək, fəsillərə və bablara ayırmaq üçün əmək sərf edirlər, zəhmət çəkirlər və onlar bunda (haqqa) isabət edirlər və bu əməklərinə görə savab qazanırlar.

İkinci

Onun vacib olanın hədis və təfsir ilə əməl etmək, bu ikisindən başqasını tərk etmək olması iddiası

Bu iddia özündə həm haqqı, həm də batili bir arada toplayıb.

Batilə gəldikdə, onun bu sözləridir: “bu ikisindən başqasını tərk etmək”. Çünki şəriətin dəlilləri imamların sözlərindən məlum olduğu kimi və üsul kitablarında izah olunduğu kimi Kitab, Sünnət, icma, qiyas və istishab ən-nəfy əl-əsli’dir1.

Haqqa gəldikdə isə Kitab və Sünnət ilə əməl etmək haqdır, bunda heç bir şübhə ola bilməz. Məgər fiqh kitabları Kitab və Sünnətin qaymağından, icmali və təfsilatlı dəlillər ilə və bu ikisinə qiyas etməklə (əldə olunan) fəri hökmlərlə bağlı olan şeylərdə bu ikisinin səmərəsindən başqa bir şeydirmi?! Bunların hamısının mənbəyi aləmlərin Rəbbidir, çünki Kitab Onun Kəlamıdır, Sünnət (Kitabının) izahıdır, icma nassa dəlalət edir. Bunların hamısının müəllimi Allahın Elçisidir, salləllahu aleyhi va səlləm, çünki Allahdan – Azzə Şənuhu va Təalə Sultanuhu – (bizə) təbliğ edən odur.

Üçüncü

Sual verənin – “Bu iddia bir müctəhidin iddiası sayılırmı?” – sualı

Cavab olaraq deyirik: Bəli! Lakin o, şəriəti aradan qaldırmaqda, müsəlmanların yolundan başqası ilə getməkdə bir müctəhiddir. Belə bir zamanda belə bir insanın ictihad iddiası yalançı peyğəmbər Museyləmə’nin iddiası kimidir. Həmçinin (əl-Əsvad) əl-Ansi, əs-Səccəh və onların əmsalından peyğəmbərlik iddiasında olanlar da belədir.

Hər kim ictihad rütbəsi istərsə pak sünnət, onun növlərinin təfsilatı, onlardan hökm çıxarmaq marifəti və digər elmlər haqqında yazılmış çox cildli kitabları əldə etmək üçün yorğan-döşəyi tərk edər, qadınlardan və övladlardan uzaq düşər və bütün ölkələrə səyahət edər.

Əgər bu dediklərimizi bildinsə belə bir insanın sözünə əhəmiyyət verməyin, parlaq nuru tərk edib onun zülmətində həlak olmağın caiz olmaması tam bir həqiqətlə aşkara çıxmış olur.

Sual verənin – “üzərinə düşən nədir?” – sualına gəldikdə; biz bildik ki, bu insan ictihad yollarından xəbərdar olmadığı üçün sapıqdır və başqalarını da yoldan azdırır, hətta icma və qiyası da bir kənara atıb, bu isə müflisliyin ən yuxarı həddidir.

İctihad iddia edən birinə gəldikdə isə ondan açıq-aşkar dəlil gətirməsi tələb olunmalıdır, lakin onda belə bir şey hardan olsun?! Xüsusilə “fiqh kitabları ilə əməl etmək caiz deyildir” sözünün məzmunundan çıxan mənada ümmətin sələfinə və böyük imamlara tənə etdiyinə görə onu və onun əmsalını bu işdən çəkindirəcək şəkildə ədəbləndirmək lazımdır.

Dördüncü

Sual verənin ictihadın şərtləri haqqındakı sualı

Bil ki, müctəhidlər dörd qisimdir: Mütləq müctəhid, (muqayyəd müctəhid), hər hansı bir əməl növündə2 müctəhid və (o əməllə bağlı) bir məsələdə və ya bir neçə məsələdə müctəhid.

Bu cahil və qafil insanın sözündən anlaşılan onun (guya) mütləq müctəhid olmasıdır. İbn Həmdən – və o, məzhəbimizin imamlarındandır deyir və onun dediyini başqaları da deyir:

“Mütləq müctəhid şəriətin ümumi və xüsusi dəlilləri vasitəsilə şəriətin hökmlərini və sonradan çıxan işlərdə şəriətin hökmlərini müstəqil şəkildə dərk edən, fiqhin çoxunu bilən kimsədir. Kitab və Sünnəti, onlardan hökmlərlə əlaqəli olanları, onun həqiqətini və məcazını, onun əmri ilə qadağasını, mucməl olan ilə təfsilatlı olanı, muhkəm ilə mutəşabih olanı, xüsusi ilə ümumi olanı, mütləq ilə qeyd bağlanmış olanı, nəsx edən ilə nəsx edilmişi, istisna edən ilə istisna ediləni, sünnətin səhihi ilə zəifini, mütəvatiri ilə əhəd olanı, mürsəl ilə musnəd olanı, sənədi tam olan ilə qırıq olanı, hər bir əsrdə və hər bir ölkədə fiqhi əhkamla bağlı məsələlərdə (alimlərdan) razılaşanlar ilə ixtilaf edənləri, onların arasındakı dəlilləri, şübhələri və firqələri, qiyası, şərtlərini və bununla bağlı işləri, Hicazda, Şamda, Yəməndə, İraqda və onların ətrafında yaşayan ərəblərin danışdığı, istifadə etdikləri ərəb dilini və bundan başqa elmləri bilməsi vacibdir.”3

Deyirəm: Kim bu zamanlarda ictihad arzu edərsə və ya öz nəfsi ona bunu söylərsə, mümkün olmayan bir şeyi arzu etmiş, nəfsi isə ona batil və zəlalət olan bir şey söyləmişdir.4 Yaxşılıq sahibi Allahdır!

Beşinci

Adi müsəlmana bu yalançının sözünə əhəmiyyət verməmək, ondan və onun görüşündən üz çevirmək, hökmləri çıxarmaqda zəhmət çəkmiş, (nəticədə) bütün insanlar üçün bir dirəyə çevrilmiş dörd tabe olunan imamdan birinə təqlid etmək vacibdir. Beləliklə ümmətdən heç kimsəyə onların görüşlərindən kənara çıxmaq caiz deyildir, bu, tövfiq əhli və ayıq insanlara görə haqqında ixtilaf olmayan bir məsələdir.

Hər bir imama və fəqihə insanları belə bir sapıqdan, yol azdıran səfehdən uzaq durmalarını tapşırması lazımdır, çünki ümmət məzhəbləri ən gözəl şəkildə qələmə alıblar və ən gözəl şəkildə izah ediblər.

Bu cahil axı nə bilir? Kitabı və Sünnəti mi bilir?! Halbuki İmam Əhməd – radiyallahu anhu – deyir: “Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət olunan hədislərdən yeddi milyon hədis səhihdir.” İmam İbnul-Cəuzi deyir: “Bununla (hədisin) rəvayət yollarını qəsd etmişdir.”

O, – radiyallahu anhu – altmış min suala “bizə rəvayət etdi, bizə xəbər verdi” deyərək cavab vermişdir və əs-Sarsari (şerində) buna işarə etmişdir.

Altmış min məsələdə cavab vermiş

Kitablardan nəqllə deyil, “bizə xəbər verdi” deyərək5

 

əl-Hafiz İbn Hacərin dediyi kimi bütün sünnəti əhatə etmişdir və başqa biri haqqında belə bir şey iddia etmək olmaz. İnsanların hifz etdikləri onun hifz etdiklərinin bir hissəsidir, necə ki, buna əl-Cələl əs-Suyuti “əl-Muntəhət” kitabında işarə etmişdir.

İstənilən halda dörd imamdan başqasını təqlid etmək səfehlik və zəlalətdir.6 Doğrusunu Allah bilir!

əs-Səfərini’nin şeyxi əş-Şihəb əl-Mənnini cavab haqqında yazdı

Bütün həmdlər Allahu Təaləyə aiddir. Bu cavab haqq mənhəci və doğru yol üzərindədir. Onun dediyini dəstəkləyən əl-İzz bin Abdis-Sələm’in ona verilmiş suala verdiyi cavabdır:

“Səhih və etibarlı fiqh kitablarına etimad etməyə gəldikdə isə alimlər bu əsrdə onlara etimad etməyin və istinad etməyin caizliyində ittifaq ediblər. Çünki rəvayətdə olduğu kimi bu kitablarda da etibarlılıq hasil olmuşdur. Buna görə də insanlar qrammatika, dil, tibb və digər elmlərdə məşhur kitablara etimad ediblər, çünki o kitablarda etibarlılıq və aldanmadan əminlik hasil olmuşdur.”

Kim insanların xəta üzərində ittifaq etdiyinə etiqad edərsə xətaya onlardan daha layiqdir. Əgər buna etimad etmək caiz olmasaydı onunla bağlı bir çox məsləhətlər yerinə yetirilməmiş qalardı. Şəriəti gətirən təbiblərin sözlərinə müraciət edərdi, halbuki onların kitabları əsl etibarı ilə kafirlərdən götürülüb. Lakin onlarda aldatma ehtimalı uzaq olduğu üçün onlara etimad ediblər, necə ki, dil elmində ərəblərin şerlərinə arxalanıblar, çünki aldatma ehtimalı uzaqdır.

Ağla gələn budur ki, bu adamın sözü şiələrin qoyduğu qaydalara əsaslanır. Onlar ki, məsum imamdan başqa heç kəsdən şəriətin fəri hökmlərini götürməyi qadağan edirlər və öz terminlərinə əsasən onların məsum olduqlarını iddia edirlər. Onlardan başqa imamları təqlid etməyi caiz görmürlər. Allah – Subhənəhu va Təalə – daha yaxşı bilir!

Salihiyyə

Dipnotlar:

  1. ”İstishəb ən-Nəfy əl-Əsli” şəriətin məsdərlərindən biridir. Şəriət bir dəlil ilə hər hansı bir məsələ haqqında susubsa, o zaman onun haqqında əqli dəlilə əsaslanaraq sonradan əlavə edilən hökmləri ondan uzaq tutmaq lazımdır. Bəzən “şəriət bir şeyi qadağan etməyibsə o, halaldır” şəklində söz eşidirik və bu, bu növ dəlilləndirməyə aiddir.
  2. Yəni hər hansı bir mövzuda. Misal üçün İslamda miras elmi mövzusunda müctəhid.
  3. Bax: İbn Həmdən, “Sifətul-Fətva val-Mufti val-Mustəfti”, səh: 16; əl-Məktəb əl-İsləmi, birinci nəşr: hicri 1380; Kitabın özündən sözlər bir qədər fərqlənir, biz tərcüməmizdə sitatın doğruluğu üçün kitabın əsli ilə uyğunlaşdırdıq.
  4. Burada Alləmə əs-Səfərini’nin qəsd etdiyi mütləq ictihaddır, yoxsa muqayyəd olan ictihad hər əsrdə mövcud olacaqdır.
  5. ”Divan əs-Sarsari”, səh: 457
  6. Bunu bir çox alim açıq şəkildə bəyan edib. Bu alimlərdən biri də məşhur hənbəli alimi İmam İbn Rəcəbdir. O, “ər-Raddu alə Mən İttəbəa Ğayral-Məzəhib əl-Ərbəa” adlı risaləsində dörd məzhəbdən başqasına tabe olanların əməlini tənqid edir. Allah müyəssər etsə onun bu risaləsini də öz ana dilimizə tərcümə edəcəyik.
Əvvəlki

“Təsvib”i Ömərin uydurması şübhəsi

Növbəti

Quran katibləri xəta ediblərmi?

Oxşar Yazılar

İfk ayəsi və şiələr
Şübhələrə Cavab

İfk ayəsi və şiələr

15 Mart 2026
Peyğəmbərin qızları
Şübhələrə Cavab

Peyğəmbərin qızları

17 Fevral 2026
Şubənin gizli hədisi
Şübhələrə Cavab

Şubənin gizli hədisi

17 Fevral 2026
Dirar Məscidi
Şübhələrə Cavab

Dirar Məscidi

01 Avqust 2021
Quran katibləri xəta ediblərmi?
Şübhələrə Cavab

Quran katibləri xəta ediblərmi?

19 İyul 2021
“Təsvib”i Ömərin uydurması şübhəsi
Şübhələrə Cavab

“Təsvib”i Ömərin uydurması şübhəsi

03 Fevral 2022
Növbəti
Quran katibləri xəta ediblərmi?

Quran katibləri xəta ediblərmi?

Subscribe
Login
Notify of
guest
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Ən çox oxunanlar

  • Corablara məsh çəkmək (Hədislərə baxış)

    Corablara məsh çəkmək (Hədislərə baxış)

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Niyyəti Dildə Tələffüz Etmək

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Qəbir daşına yazı yazmaq

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Ərəb dilinin əhəmiyyəti

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Təharət – “Sular” fəsli

    0 paylaşım
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • Kateqoriyasız (1)
  • Kitabxana (6)
    • Faydalı Alıntılar (1)
    • Hənbəli Fiqhi (4)
      • Təharət Kitabı (4)
    • Kitab Analizi (1)
  • Məqalələr (74)
    • Ailə (4)
    • Əxlaq və Ədəb (13)
    • Fiqh (21)
    • Hədis (5)
    • Şəxsiyyətlər (6)
    • Şübhələrə Cavab (10)
    • Tarix və İslam Mədəniyyəti (4)
    • Təfsir (1)
    • Ümumi (3)
  • Sual-Cavab (9)
    • Ədəb (2)
    • Əqidəvi suallar (1)
    • Fiqhi suallar (2)
    • Təfsir-Quran (2)
    • Ümumi suallar (1)
    • Üsul (1)
  • Yeni Müsəlman (5)

Etiketlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
Salihiyyə

Salihiyyə - İslami Araşdırmalar Platformasıdır

Daha ətraflı

Kateqoriyalar

  • Kateqoriyasız
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Məqalələr
    • Ailə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Yeni Müsəlman

Açar sözlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
  • Salihiyyə nədir?
  • Yazılardan istifadə

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Tarix və İslam Mədəniyyəti
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Şəxsiyyətlər
    • Hədis
    • Təfsir
    • Ümumi
    • Şübhələrə Cavab
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Kitab Analizi
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
  • Şübhələrə Cavab

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
wpDiscuz
0
0
Yazı haqqında fikirlərinizi bildirin..x
()
x
| Reply
Go to mobile version