• Salihiyyə nədir?
  • Yazılardan istifadə
Salihiyyə
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
SALİHİYYƏ
Nəticə tapılmadı..
Bütün nəticələr
Əsas Səhifə Məqalələr Hədis

Ağlaşma və fəryad ölüyə əzab verir

Salihiyyə
03 Avqust 2021
Hədis
Oxuma müddəti: 15 dəq. oxuma
0 0
A A
0
Ağlaşma və fəryad ölüyə əzab verir
0
PAYLAŞIMLAR
15
BAXIŞLAR
PaylaşPaylaş

“Əsbağ bizə İbn Vəhb’dən rəvayət edir; dedi: Amr mənə Said bin əl-Haris əl-Ənsari’dən, o da Abdullah bin Ömər’dən – radiyallahu anhumə – belə dediyini rəvayət edir: “Sad bin Ubadə xəstələndi və peyğəmbər – salləllahu aleyhi va səlləm – Abdur-Rahmən bin Auf, Sad bin Əbi Vaqqas və Abdullah bin Məsud ilə birlikdə – radiyallahu anhum – onun ziyarətinə gəldilər. İçəri girəndə ailəsi tərəfindən sarıldığını gördü və soruşdu: “Öldümü?” Dedilər: “Xeyr, ey Allahın elçisi!” Bundan sonra peyğəmbər – salləllahu aleyhi va səlləm – ağladı və insanlar peyğəmbərin – salləllahu aleyhi va səlləm – ağlamağını görüb ağladılar. Dedi: “Eşidirsinizmi? Allah nə gözün yaşı, nə də qəlbin hüznünə görə əzab vermir, lakin buna görə əzab verir və ya rəhm edir” və dilinə işarə etdi. “Ailəsinin onun üzərində ağlamasına görə ölü əzab görür.” Ömər – radiyallahu anhu – buna görə əsa ilə vurar, daş atar və üzlərə toz tökərdi.”1

 

Yenə İbn Ömər öz atası– radiyallahu anhumə – vasitəsilə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – belə dediyini rəvayət edir: “Ölü qəbrində üzərindəki ağlaşmaya görə əzab görür.”2

Səhabələr arasından Aişə anamız bu hədisin zahirinin Quranın ayəsinə zidd olduğunu zənn edərək Ömərin bunu doğru hifz etmədiyini söyləmişdir. “Sahih əl-Buxari”də gələn rəvayətdə xəbər verilir ki, İbn Abbas Ömərin nə dediyini onun ölümündən sonra Aişəyə söylədi və Aişə dedi: “Allah Ömərə rəhm etsin! Allaha and olsun ki, Allahın Elçisi – salləllahu aleyhi va səlləm – “ailəsinin üzərində ağlayışı səbəbi ilə möminə əzab edilir” şəklində deməyib, lakin Allahın Elçisi – salləllahu aleyhi va səlləm – deyib: “Ailəsi üzərində ağlaşdıqca Allah kafirin əzabını artırar.” Qurana baxmaq kifayətdir: “Heç bir günahkar başqasının günahını daşımaz.”3

Siddiqa Aişə – radiyallahu anhə – həmçinin bu hədisin ləfzinə bənzər peyğəmbərdən – salləllahu aleyhi va səlləm – eşitdiyi başqa bir hədisi rəvayət edərək deyir: “Məgər Allahın Elçisi – salləllahu aleyhi va səlləm – yalnızca “o, öz günahlarına görə əzab görür və ailəsi onun üzərində ağlaşır” deməmişdirmi?!”4

Bir başqa rəvayətdə isə deyir: “Allah Əbu Abdir-Rahmən’ə rəhm etsin! Bir şey eşidib, lakin yaxşı yadda saxlamayıb. Sadəcə olaraq Allah Elçisinin – salləllahu aleyhi va səlləm – yanında bir yəhudinin cənazəsi keçdi və onlar onun üzərində ağlaşırdılar və (peyğəmbər onlara) dedi: “Siz ağlayırsız, ona isə əzab verilir.”5

Bu rəvayətlər onu göstərir ki, Aişə anamız digər hədisləri özünün eşitdiyi hədislərlə təvil etmiş və digər hədisin doğru anlaşılmadığını demişdir. Başqa cür desək Aişə anamız Ömərin bu hədisini inkar edib və üləmadan bəziləri Aişənin bu sözlərini dəstəkləyərək onun anladığı anlayışın səhih olduğunu deyiblər. Aişənin bu görüşünü doğru sayan alimlər içində ən məşhuru əş-Şafi olmuşdur və onun məşhur katibi və tələbəsi İmam Əbu İbrahim İsmayıl əl-Muzəni – rahiməhullah – deyir: “əş-Şafi dedi: “Aişənin peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət etdiyi Quranın və sünnətin dəlalətinə əsasən daha münasibdir; Allah – Azzə və Cəllə – deyir: “Heç bir günahkar başqasının günahını daşımaz.” Yenə buyurur: “…hər kəs etdiyi əməlin əvəzini alsın.” (Peyğəmbər) – aleyhissələm – bir nəfərə oğlu barəsində dedi: “O, sənin günahına görə cəzalandırılmaz, sən də onun günahına görə cəza görməzsən.” Kafirin əzabının artırılması isə onun özünün buna layiq olması səbəbilədir, yoxsa başqasının günahına görə deyildir.

[əl-Muzəni dedi:] Mənim aldığım xəbərə görə onlar üzərində ağlaşılmasını və fəryad qoparılmasını və ya hər ikisini də vəsiyyət edərdilər və belə bir şey günahdır və kim bu ikisini əmr edərsə və öldükdən sonra (onun vəsiyyətinə) əməl edilərsə bu, onun üçün bir günah olar, beləliklə – əş-Şafi’nin dediyi kimi – başqasının günahına görə deyil, öz günahına görə əzabının artırılması caizdir.”6

Alləmə Bədrud-Din əz-Zərkaşi – rahiməhullah – Aişənin səhabələrə etdiyi etirazları ayrıca bir kitabda toplamış və Aişənin mövqeyini müdafiə etmişdir. Bu məsələdə də Aişənin görüşünü müdafiə edərək İbn Ömərin bu hədisdə xəta etdiyini qeyd edir və ona görə doğru olan budur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – bunu müəyyən bir insan haqqında söyləyib, lakin digər səhabələr bunu ümumən bütün ölülərə aid ediblər.7 əz-Zərkaşi’nin bu izahı Aişə anamızın təqdim etdiyi izahlardan birinə müvafiqdir və bunun eynisi əl-Qadi Əbu Bəkr əl-Baqillani söyləmişdir.

Aişədən gələn fərqli rəvayətlər fərqli izahlara işarə edir. İmam Əbu Hamid əl-Ğazali’yə görə hədislə qəsd olunan budur ki, ölünün ailəsi ölünü dəfn etdikdən sonra onun üzərində ağlaşdığı zaman ölüyə əzab verilir, yəni bu izaha görə hədis əzabın baş verdiyi vaxta işarə edir və ailənin ağlaşması əzabın səbəbi deyil, əzabın baş verdiyi vaxtın izahıdır. Lakin əl-Hafiz İbn Hacər bu cür izahın bir təkəllüf olduğunu deyərək bunu inkar edir.8

əl-Hafiz Əbu Ömər İbn Abdil-Bərr – rahiməhullah – Aişənin bu etirazı haqqında danışıb və bu etiraz ilə razılaşan alimlər arasında həm də İmam Malikin olduğuna işarə edərək deyir: “Bunlar İbn Ömərin dediyi kimi deyən bir qrup səhabədir, İbn Ömərin rəvayət etdiyi kimi hədisi rəvayət ediblər, lakin Ömərin və əl-Muğira bin Şubə’nin rəvayətlərində ağlaşmaq yerinə “hay-küy salmaq, fəryad qoparmaq” sözləri keçir və alimlərdən bu məsələdə Aişəyə müxalif olanlara görə bu ən səhih rəvayətdir. Onların bu məsələdə iki görüşü vardır: birinci: elm əhlindən bir qrup Aişənin İbn Ömərin rəvayətini inkar etməsini doğru sayıblar və onların arasında əş-Şafi və başqaları vardır. Mənə görə bu, Malikin məzhəbindən ortaya çıxan mənadır, çünki o, Aişənin hədisini “əl-Muvatta” kitabında zikr etmiş və bunun əksini heç kəsdən rəvayət etməmişdir.”9

Lakin Aişənin bu iddiasının zəif tərəfi budur ki, bu hədisi Ömərdən başqa çox sayda səhabə rəvayət edib və onların hamısının xəta etməsi mümkün deyildir. Bu barədə Alləmə əl-Qurtubi – rahiməhullah – deyir:

“Aişə – radiyallahu anhə – bunu inkar edib, bunu nəql edənin xəta etdiyini və ya unutduğunu açıq şəkildə ifadə edib və bu hədisi yozaraq özünün hədisi elə eşitmədiyini söyləyib və bunun Allahu Təalənin “Heç bir günahkar başqasının günahını daşımaz” sözlərinə zidd olduğunu deyib. Lakin bu sözlər tənqidə tabedir. Onun bu hədisi inkar etməsinə və bu hədisi rəvayət edən raviyə xəta nisbət etmək uzaq ehtimaldır, aydın və aşkar deyildir və bunu iki baxımdan izah etmək olar; birinci: bu mənanı rəvayət edənlər çoxdur: Ömər, İbn Ömər, əl-Muğira bin Şubə, Qeylə bint Məxramə və onlar rəvayətlərində əmindirlər…”10

əl-Hafiz İbn Abdil-Bərr yuxarıda Aişənin sözləri ilə razılaşanların görüşünü nəql etdikdən sonra deyir: “Başqa alimlər isə – və onların arasında Davud bin Əli və onun əshabı vardır – deyirlər: Ömər, İbn Ömər və əl-Muğira’nın rəvayət etdikləri Aişənin sözündən və rəvayətindən daha münasibdir. Dedilər: “Adil birinin rəvayətini belə bir etiraz ilə dəf etmək caiz deyildir, çünki rəvayət edən, eşidən və isbat edən bunu inkar edən və bilməyənə qarşı hüccətdir.”11

Bu hədisi rəvayət edənlər yalnız İmam əl-Qurtubi’nin sadaladığı səhabə adları ilə məhdud deyildir, əksinə əl-Hafiz Cəmalud-Din əs-Suyuti12 bu hədisi mütəvatir hədislər arasında sayaraq bunu doqquz nəfər səhabədən gətirir. Əbu Abdilləh Muhamməd bin Cafər əl-Kəttani13 isə burada daha bir səhabəni əlavə edərək onların sayını ona çatdırır.

əl-Qurtubi’nin yuxarıdakı cavabına hədisə şərh yazmış əl-Hafiz İbn Hacər, əş-Şəvkani kimi bir çox alim öz kitablarında yer verərək onun səsinə səs qatıblar.

Bunu qeyd etdikdən sonra alimlərin bu hədis barədəki sözlərinə yer verək, bu hədis haqqında alimlər çoxlu izahlar veriblər, lakin bu izahların arasında ümumən qəbul edilmiş iki izahı burada qeyd etməklə kifayətlənəcəyik.

Birinci görüş alimlərin çoxunun görüşüdür. Bu görüşə görə ölü ölmədən əvvəl ailəsinə bunu vəsiyyət edərsə və ya yaşadığı yerdə belə bir əməl adi olarsa və o, ailəsinə bunu qadağan etməzsə və ya özünün etdiyi bir sünnət olarsa buna görə ailəsinin bunu etməsinə görə əzab edilər. Bu görüşdə olan alimlər arasından İmam Muhamməd bin İsmayıl əl-Buxari deyir: “Peyğəmbərin – salləllahu aleyhi va səlləm – “ailəsinin ağlaşmasının bəzisinə görə ölüyə əzab edilir” sözləri, əgər (naşükürlük edərək) ağlaşmaq onun adətindən olduğu hala aiddir, çünki Allahu Təalə deyir: “Özünüzü və ailənizi atəşdən qoruyun!” və peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Hər birini öz rəiyəti üzərində sorumlu bir çonabdır.” Əgər bu, ölən adamın adətindən deyilsə o zaman Aişənin – radiyallahu anhə – dediyi kimidir: “Heç bir günahkar başqasının günahını daşımaz.”14

Bu görüşdə olanlar arasında digər böyük hədis alimi İmam Əbu İsa ət-Tirmizi də vardır. O, bu barədə deyir: “Elm əhlindən bir qrup ölü üzərində ağlamağı məkruh görüblər; onlar deyirlər ki, ailəsinin onun üzərində ağlaşması səbəbilə ölüyə əzab edilir. Onlar bu hədisə əsaslanıblar. İbnul-Mubarək dedi: “Sağ olarkən onlara bu əməli qadağan edirdisə buna görə onun üzərində heç bir günah olmadığını arzu edirəm.”15

Bu görüşdə olanlar arasında İmam Əbu Abdilləh əl-Qurtubi – rahiməhullah – deyir: “Alimlərimiz – Allahın rəhməti üzərilərinə olsun! – deyir: “Alimlərdən bəziləri və ya əksəriyyəti deyir: “Diri birinin ağlaşmasına görə ölü biri yalnız əgər ağlaşma həmin ölünün öz adəti və öz seçimi olarsa əzaba məruz qalır.”16

əl-Qurtubi’nin gətirdiyi bu sözlər əslində İmam Əbu Muhamməd Abdul-Haqq əl-İşbili’nin “əl-Aqibə” adlı kitabında17 söylədiyi sözlərdir.

Alləmə Əbus-Səadət İbnul-Əsir – rahiməhullah – bu barədə deyir: “(Hədis) ərəblərin öz ailələrinə onun üzərində ağlaşmaqlarını və səs-küy qoparmaqlarını, onun ölüm xəbərini dirilər arasında yaymaqlarını vəsiyyət etməkləri halına aid olduğu görünür. Bu isə onların adətlərində məşhur idi. Ölü isə sağ olarkən belə şeyləri əmr etdiyi üçün cəzaya layiqdir.”18 İbnul-Əsir digər kitabında bu şərhi əl-Xattabi’yə aid edir.19

Cumhurun görüşü ilə razılaşanlar arasında İmam ət-Tahavi, İmam ən-Nəvəvi, Bədrud-Din əl-Ayni, əş-Şəvkani kimi alimlər yer alır. Alimlər bu görüşün özünü iki yerə ayırırlar. Birinci görüş olaraq əl-Buxarinin görüşünü qeyd edirlər. Buna əsasən əgər bu əməl ölən insanın öz adətindən, öz həyat tərzindəndirsə ailəsinin onun üzərində ağlaşmasına görə əzab görəcək. İkinci görüşü isə bundan daha xasdır və buna görə əgər ölü ailəsinə bunu vəsiyyət edərsə qəbrindən ailəsinin ağlaşmasına görə əzab görəcəkdir. Bu iki görüş məna baxımından bir-birinə yaxın olduğu üçün bunları bir arada qeyd etdim, lakin dəqiqlik xatirinə qeyd etməliyik ki, daha xüsusi mənada olan ikinci görüş cumhurun görüşü sayılır, daha ümumi mənada olan birinci görüş isə əl-Buxari’nin görüşü olaraq tanınır. əl-Hafiz İbn Hacər – rahiməhullah – ikinci görüş haqqında deyir: “əl-Muzəni, İbrahim əl-Hərbi və digər şafi’i alimləri və başqaları bu görüşə üstünlük verirlər, hətta Əbul-Leys əs-Səmərqəndi deyir ki, “bu, alimlərin hamısının görüşüdür.” ən-Nəvəvi bu şəkildə bu görüşü alimlərin cumhurundan nəql etmişdir.”20

Onlara görə hədisin mövzusu və zahiri mənası bunu tələb edir. əş-Şəvkani cumhurun görüşünün doğru olduğunu deyərkən digər görüşlərin zəifliyinə işarə edərək onlarda təkəllüfün olduğunu qeyd edir.

Digər məşhur görüş isə bir qrup muhaqqiq alimlərin görüşüdür. Onların arasında İbn Cərir ət-Tabəri, İbnul-Murabit, əl-Qadi İyad, İmam əl-Qarafi, Şeyxul-İslam İbn Teymiyyə, İbnul-Qayyim əl-Cəvziyyə, əl-Hafiz əl-İraqi, əl-Əmir əs-San’ani və daha bir çox alim yer alır. Bu alimlərə görə hədisdə keçən “əzab” sözü cəza anlamında deyildir, lakin ağrı, əziyyət anlamındadır, beləliklə hədisdən anlaşılan məna budur ki, ölmüş və ya ölüm ayağında olan insan öz ailəsinin onun üzərində ağlamasını eşidərkən əzab çəkir, ağrıları şiddətlənir.

Şeyxul-İslam – rahiməhullah – deyir: “Ölünün əzab görməsinə gəldikdə isə, (peyğəmbər) ailənin ağlaşmasına görə ölünün cəzalandırılacağını söyləmir, əksinə “əzab görəcəyini” deyir.  Əzab sözünün mənası cəza sözünün mənasından genişdir, belə ki, əzab ağrıdır və hər hansı bir səbəbə görə ağrı çəkən hər bir kəs həmin səbəbə görə cəzalandırılmış sayılmaz, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – deyib: “Səfər əzabın bir parçasıdır, sizin yeməyinizə və içməyinizə mane olar…” Beləliklə səfər etməyi əzab adlandırır və bu, günaha görə cəzalanmaq sayılmır.

İnsanlar da qorxulu səslər, murdar xarakterlər, çirkin hallar kimi hiss etdikləri xoşa gəlməz şeylər vasitəsilə əzab çəkirlər, beləliklə bunları eşitmək, iyləmək və görməklə əzab keçirir. Bu, onun etdiyi əməl deyildir ki, ona görə cəzalanmış sayılsın. O zaman fəryad qoparmaq öz əməli olmasa belə ağlaşma və fəryad etməkdən ölünün əzab çəkdiyini necə inkar etmək olar?!

İnsan öz qəbrində bəzi insanların danışığından əzab çəkir, bəzi insanları görməklə, onların söhbətlərini eşitməklə ağrı keçirir. Buna görə də əl-Qadi Əbu Yalə fətva verərək bildirmişdir ki, ölülərin yanında günah işlər görmək onlara ağrı hiss etdirir, necə ki, bu barədə əsərlər gəlib.”21

İmam Şihəbud-Din Əbul-Abbas Əhməd bin İdris əl-Qarafi əl-Misri əl-Maliki – rahiməhullah – bu barədə geniş bir söhbət açaraq deyir: “Həqiqi anlamdakı fərq isə (hədisdəki) ləfzi öz zahiri mənasına tərk etməklə olur; bu barədə alimlərdən bəzilərinin nəql etdiyi kimi İraqdan bir qadının uşağı ölür, daha sonra bu qadın bəzi məqsədləri üçün Məğribə səfər edir. Bayram günü gəlir və öz ölkəsində (bayram günündəki) adəti məqbərəyə gedib orada uşağının qəbri üzərində ağlamaq idi. Ölkəsində olmayanda yerləşdiyi ölkədəki bir qəbiristanlığa gedib orada öz ölkəsində etdiyini etmək ağlından keçir və bunu edir. Çox-çox ağlayır, ah və fəryad səslərini artırır və sonra yuxuya dalıb yatır. Yuxuda qəbir sahiblərinin həyacanlı halda bir-birilərinə belə bir sual verdiklərini görür: “Bu qadının bizim yanımızda bir uşağımı var? Dedilər: “Xeyr!” Onlardan sual verən sualı soruşduğu kəsə dedi: “O zaman bizim yanımızda bir uşağı olmadığı halda necə gəlib ağlaması və fəryadları ilə bizə əziyət verir?!” Sonra onun yanına gedib ağrılı bir zərbə ilə onu vururlar. Bu zaman (qadın) oyanır və bu zərbədən şiddətli ağrı hiss edir, beləliklə bu, onu göstərir ki, ruhlar dünyada olduğu kimi bərzax həyatında da ağrı verici şeylərdən ağrı hiss edir, ləzzət verici işlərdən isə həzz alırlar və bu, aşkardır. Bu şəkildə də kafirlər öz qəbirlərində əzab edilirlər, necə ki, peyğəmbər – aleyhissalətu vassələm – deyir: “Şübhəsiz ki, yəhudilər qəbirlərində əzab edilirlər.” Bəşəri hallar ruhlarda heç cür dəyişməmişdir, sadəcə olaraq (digər insanlardan) ayrı düşdükləri bir yerə köçüblər, lakin (bəşəri) xüsusiyyətlərdə əvvəlki hallarında qalıblar. Sağ olarkən ruhlar ağlaşma və fəryaddan əziyyət çəkdikləri, canları sıxıldığı kimi öldükdən sonra da eynilə əziyyət çəkirlər; bu zaman öz qəbirləri üzərində və ya başqalarının qəbirləri üzərində ağlaşma qurulması arasında fərq yoxdur, lakin onun üzərində ağlaşma olduğu üçün zülmü daha şiddətlidir, çünki o zaman məruz qalan özüdür. (Rəvayətlərdə) varid olub ki, ölülər dirilərin hallarından, onlara baş verən çətinlik və firavanlıq, kasıblıq və zənginlik və bunun kimi ailələrinin qarşılaşdığı dəyişik hallardan xəbərdar olurlar; ağrılı işlərdən ağrı hiss edir, xoş işlərə görə sevinirlər. Yenə (rəvayətlərdə) varid olub ki, onlar ziyarətlərlə fəxr edir, ziyarətin kəsilməsindən ağrı hiss edirlər. Əgər hal belədirsə o zaman öz ailələrinin və başqalarının onların üzərində ağlaşması səbəbilə ağrı hiss edirlər və ağrı əzab anlamına gəlir. Buna görə də peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Dirinin onun üzərində ağlaşması səbəbilə ölü biri əzab çəkir.”

Bu təqrirə əsasən iki qayda arasındakı fərq belə olmalıdır ki, insana başqasının əməlinə görə əzab verilməz; bununla günahlara görə verilən Axirət əzabı qəsd olunur və ağlaşmanın səbəb olduğu əzab Allahın vəd etdiyi günahlara görə Axirətdə veriləcək əzab deyildir. Əksinə bunun mənası təbii ağrıdır…Mənə görə bu baxış açısı səhih bir fərqdir və bununla (hədisin) sözləri öz zahiri mənalarında qalır və bununla hədisi təvil etməyə və ravini xətalı çıxarmağa ehtiyac qalmır. Cavablar arasında zahiri mənanın dəstəklədiyi cavab ən uğurlu, ən uyğun cavabdır; bu da belədir.”22

əl-Hafiz Abdur-Rauf əl-Munəvi – rahiməhullah – deyir: “Mənası burada fəryad və hüy-küylə müşayiət olunan pislənmiş ağlaşmaqdır və ölünün vəsiyyəti səbəbilə edilmişdir və yaxud da ölü ilə ölüm anında olan biri qəsd olunmuşdur. Əzab ilə qəsd olunan ətrafına toplanmış insanların qışqırması və fəryad etməkləri səbəbilə kədərinin şiddətlənməsi və ölüm ağrılarının artmasıdır, beləliklə bunun səbəbi ilə əzab görmüş olur. əl-İraqi dedi: “Ən uyğun olan belə deməkdir ki, ağlayış səsinin özünü eşitmək əzab verməkdir, necə ki, biz uşaqların ağlaması səbəbilə əzab keçiririk. Hədis isə öz zahiri mənasına uyğundur və heç bir xüsusi məna yoxdur. Bunu əl-Kirmani doğru sayır və deyir ki, digər izahlarda təkəllüf var.”23

əl-Munəvi isə burada ölü ilə ölüm ayağında olanın qəsd edilə biləcəyini söyləyir. Lakin hədisin hər iki halı əhatə etməsi mümkündür, çünki ölüm ayağında olana ailəsinin fəryadı əziyyət verirsə, öldükdən sonra qəbir yanında fəryad etməkləri də əzab verməlidir. Əksi də səhihdir. Bu şərhə əsasən hədisdə əslən heç bir problem yoxdur və hədis Qurana zidd deyildir. Bu şərh dəlillər işığında ən güclü və ən münasibdir. Doğrusunu Allah bilir!

Salihiyyə

Dipnotlar:

  1. əl-Buxari, 1304
  2. əl-Buxari, 1292; Muslim, 927
  3. əl-Buxari, 1226
  4. Muslim, 3/44; Əhməd, 17/390 (24518); “Musannəf İbn Əbi Şeybə”, 4/639; İmam Əhməd və İbn Əbi Şeybə’nin rəvayətindəki ləfz belədir: “Ölünün ailəsi onun üzərində ağlaşır, ölü isə öz günahlarına görə əzab edilir.”
  5. Muslim, 3/44; ən-Nəsai, 4/17
  6. “Muxtəsar əl-Muzəni fi Furu əş-Şafi’iyyə”, səh: 60; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1419/1998
  7. Bax: “əl-İcabə Li İrad mə İstədrakəthu Aişətu aləs-Sahabə”, səh: 102-103; əl-Məktəb əl-İsləmi, Beyrut, ikinci nəşr: 1390/1970
  8. Bax: “Fəthul-Bari bi Şərh Sahih əl-Buxari”, 4/31; Dar Taybə, ər-Riyad, birinci nəşr: 1426/2005
  9. “ət-Təmhid limə fil-Muvatta minəl-Məani val-Əsanid”, 17/279; Vizaratul-Əvqaf va Şuunil-İsləmiyyə, Məğrib, 1406/1986
  10. “əl-Mufhim limə Əşkələ min Təlxisi Kitəbi Muslim”, 3/581; Dar İbn Kəsir/Darul-Kəlimit-Tayyib, Beyrut/Dəməşq; birinci nəşr: 1417/1996
  11. “ət-Təmhid limə fil-Muvatta minəl-Məani val-Əsanid”, 17/280; Vizaratul-Əvqaf va Şuunil-İsləmiyyə, Məğrib, 1406/1986
  12. Bax: “Qatful-Əzhar əl-Mutənəsira fil-Əxbar əl-Mutəvatira”, səh: 123; əl-Məktəbul-İsləmi, Beyrut, birinci nəşr: 1405/1985
  13. Bax: “Nazmil-Mutənasir minəl-Hədisil-Mutəvatir”, səh: 118-119; Darul-Kutubis-Sələfiyyə, Misir, ikinci nəşr
  14.  əl-Buxari, “əl-Cami əs-Sahih”, 2/79; Dar Tauqin-Nəcat, Beyrut, birinci nəşr: hicri 1422
  15. ət-Tirmizi, “əl-Cami əl-Kəbir”, 2/317; Darul-Ğarbil-İsləmi, Beyrut, birinci görüş: miladi 1996
  16. ”Kitəbut-Təzkira bi Əhvalil-Məuta va Umuril-Axira”, 1/327; Məktəbətu Daril-Minhəc, ər-Riyad, birinci nəşr: hicri 1425
  17.  Bax: “əl-Aqibə fi Zikril-Məutə”, 1/165; Məktəbətu Darul-Əqsa, əl-Kuveyt, birinci nəşr: 1406/1986
  18. “ən-Nəhayə fi Ğaribil-Hədis val-Əsər”, 3/195-196; əl-Məktəbə əl-İsləmiyyə, Beyrut, birinci nəşr: 1383/1963
  19. Bax: “Cami əl-Usul fi Əhadis ər-Rasul”, 11/93-94; Məktəbətul-Halvani, 1392/1972;
  20. “Fəthul-Bari bi Şərhi Sahih əl-Buxari”, 4/32; Dar Taybə, ər-Riyad, birinci nəşr: 1426/2005
  21. “Məcmu əl-Fətava”, 24/374
  22.  ”əl-Furuq”, 2/319-321; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1424/2003
  23. ”Feydul-Qadir Şərh Cami əs-Sağir”, 2/397; əl-Məktəbə ət-Ticariyyə əl-Kubra, Misir, ikinci nəşr: 1391/1972
Əvvəlki

“Səhabələrim ulduzlar kimidir” hədisi

Növbəti

Vay atəşdə yanan dabanlara

Oxşar Yazılar

Vay atəşdə yanan dabanlara
Hədis

Vay atəşdə yanan dabanlara

03 Avqust 2021
“Səhabələrim ulduzlar kimidir” hədisi
Hədis

“Səhabələrim ulduzlar kimidir” hədisi

03 Avqust 2021
əl-Əhlas, əs-Sərra və əd-Duheymə fitnələri
Hədis

əl-Əhlas, əs-Sərra və əd-Duheymə fitnələri

03 Avqust 2021
Əbu Hureyra və rəvayətlərinin sayı
Hədis

Əbu Hureyra və rəvayətlərinin sayı

24 Yanvar 2022
Növbəti
Vay atəşdə yanan dabanlara

Vay atəşdə yanan dabanlara

Subscribe
Login
Notify of
guest
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Ən çox oxunanlar

  • Corablara məsh çəkmək (Hədislərə baxış)

    Corablara məsh çəkmək (Hədislərə baxış)

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Niyyəti Dildə Tələffüz Etmək

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Qəbir daşına yazı yazmaq

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Ərəb dilinin əhəmiyyəti

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Təharət – “Sular” fəsli

    0 paylaşım
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • Kateqoriyasız (1)
  • Kitabxana (6)
    • Faydalı Alıntılar (1)
    • Hənbəli Fiqhi (4)
      • Təharət Kitabı (4)
    • Kitab Analizi (1)
  • Məqalələr (74)
    • Ailə (4)
    • Əxlaq və Ədəb (13)
    • Fiqh (21)
    • Hədis (5)
    • Şəxsiyyətlər (6)
    • Şübhələrə Cavab (10)
    • Tarix və İslam Mədəniyyəti (4)
    • Təfsir (1)
    • Ümumi (3)
  • Sual-Cavab (9)
    • Ədəb (2)
    • Əqidəvi suallar (1)
    • Fiqhi suallar (2)
    • Təfsir-Quran (2)
    • Ümumi suallar (1)
    • Üsul (1)
  • Yeni Müsəlman (5)

Etiketlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
Salihiyyə

Salihiyyə - İslami Araşdırmalar Platformasıdır

Daha ətraflı

Kateqoriyalar

  • Kateqoriyasız
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Məqalələr
    • Ailə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Yeni Müsəlman

Açar sözlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
  • Salihiyyə nədir?
  • Yazılardan istifadə

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Tarix və İslam Mədəniyyəti
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Şəxsiyyətlər
    • Hədis
    • Təfsir
    • Ümumi
    • Şübhələrə Cavab
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Kitab Analizi
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
  • Şübhələrə Cavab

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
wpDiscuz
0
0
Yazı haqqında fikirlərinizi bildirin..x
()
x
| Reply
Go to mobile version