• Salihiyyə nədir?
  • Yazılardan istifadə
Salihiyyə
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
SALİHİYYƏ
Nəticə tapılmadı..
Bütün nəticələr
Əsas Səhifə Kitabxana Hənbəli Fiqhi Təharət Kitabı

Təharət – “Qablar” fəsli

Salihiyyə
15 Fevral 2023
Təharət Kitabı
Oxuma müddəti: 14 dəq. oxuma
0 0
A A
0
Təharət – “Qablar” fəsli
0
PAYLAŞIMLAR
19
BAXIŞLAR
PaylaşPaylaş

Qablar fəsli    

      Hər bir təmiz qabın, qiymətli metaldan hazırlanmış olsa belə saxlanması və istifadəsi mübahdır. Qızıl, gümüş və bu ikisinin suyuna salınmış qablar isə istisnadır . Qızıl, gümüş və bu ikisinin suyuna salınmış və qəsb olunmuş qablarda alınan təharət səhihdir. Bəzək məqsədi olmadan az miqdarda gümüş ilə lehimlənmiş[1] qabın istifadəsi mübahdır.

      Kafirlərin paltarları və qablarından nəcis olması bilinmiyənlər təmizdir. Bir şeyin nəcis olduğu bilinmədiyi təqdirdə  şübhə ilə natəmiz (nəcis) olmaz.

      Əti yeyilən heyvanlar, pişik və siçan kimi əti yeyilməyən heyvanlar təmizdir.

      Leşin sümüyü, buynuzu, dırnağı, vətəri, dərisi, südü və s. hissələri nəcisdir. Ölmüş heyvanın dərisi aşılanma ilə təmizlənmir. Əti yeyilən heyvanların dərisi aşılandıqdan sonra quru halda istifadə etmək icazəlidir. Sağ olarkən təmiz sayılan heyvanların leşlərindəki tük, yun və lələylər təmizdir. Əti yeyilən quşların öldükdən sora içalatindan çıxan yumurta qabığ bağlamişsa nəcis hesab olunmur. Heyvanın bədənindən ayrılıb qopmuş hissəsi həmin canlının ölüsünün hökmündədir.

       Qabların üstünün örtülməsi, tuluqların ağzının bağlanması sünnətdir, həmçinin yatmamışdan əvvəl qapıları bağlamaq və işıqları söndürmək müstəhəbdir. Yatmazdan öncə dəstəmaz almaq, yatağına uzanan kəsin yatağını silkələməsi, sağ tərəfi üstə üzü qibləyə yataraq sünnətdə varid olan zikri deməsi müstəhəbdir. Üzü və arxası üstə yatmaq, həmçinin sübh və asrdan sonra yatmaq, günəş və kölgə arasında oturmaq və yatmaq məkruhdur.

 

Fəqihlər təharət fəslində sular ilə əlaqəli məsələləri izah etdikdən sonra təharətdə istifadə olunan qablardan bəhs edirlər, çünki hədəsi aradan qaldırarkən suyu götürmək və saxlamaq üçün qablara ehtiyac vardır. İslam şəriəti hansı qablardan istifadə etmənin icazəli, hansıların istifadəsinin qadağan olmasını bəyan edib.

Hər bir təmiz qabın, qiymətli metaldan hazırlanmış olsa belə saxlanması və istifadəsi mübahdır.

Təharətdə istifadə olunan qablar üçün bəzi şərtlər vardır. Bu şərtlər aşağıdakılardır:

◾️ Təharətdə istifadə olunan qablar təmiz olmalıdır nəcis (natəmiz) olmamalıdır

◾️ Təharətdə istifadə olunan qablar mübah olmalıdır yəni kimdənsə oğurlanmış, qəsb edilmiş və icazəsiz götürülmüş olmamalıdır

◾️ Təharətdə istifadə olunan qablar qızıl, gümüş və bu ikisinin yəni qızıl və gümüşün suyuna salınmış və ya bu ikisindən biriylə lehimlənmiş olmamalıdır

◾️ Təharətdə istifadə olunan qabların tərkibində və ya da bəzi hissələrində qızıl və ya gümüşün olması qadağandır (bu şərtdə bəzi istisnalar vardır və həmin istisnaların izahı irəlidə veriləcəkdir)

Saxlamaq: İnsanın qızıl, gümüş qablar, qızıl və gümüşdən biriylə lehimlənmiş qablar, qızıl və ya gümüşün suyuna salınmış olan qablar xaric digər metalardan olan qablara yiyələnməsi, bəzək və s. üçün özündə saxlaması icazəlidir. Məsələn, misdən hazırlanmış bir qabı saxlamaq icazəlidir.

İstifadə etmək: İnsanın qızıl, gümüş qablar, qızıl və gümüşdən biriylə lehimlənmiş qablar, qızıl və ya gümüşün suyuna salınmış qablar xaric digər metalardan olan qabları ehtiyac olduqda yəni su içərkən, dəstəmaz alarkən və s. istifadə etməsi caizdir. Məsələn, bir kişi qadına aid bir zinət əşyasını alarsa, aldığı zinət əşyasını özündə saxlamaq ona icazəli olacaq o özü bu zinət əşyasını istifadə edə bilməsə də ailə üzvlərindən olan xanımlar istifadə edə bilərlər. Qadının qızıl zinət əşyaları ilə bəzənməsi icazəli olduğundan onun saxlanılması da caizdir. Qızıl və gümüş qabların istifadəsi qadağan olduğuna görə onların saxlanılması və istifadəsi icazəli deyil. Bir şeyin saxlanılması onun istifadəsinə yol aça bilər. Bəzən saxlamaq istifadəyə yol açdığı üçün saxlamağa da icazə verilmir. Buna dəlil olaraq üsul alimlərinin qoyduqları “İstifadəsi haram olan şeyin saxlanılması da haramdır” qaydası əsas alınır.

Huzeyfə ibn Yəmən (Allah ondan razı olsun) Allah Rəsulunun (ﷺ) belə buyurduğunu rəvayət etmişdir “Qızıl və gümüş qablarda yeyib-içməyin, çünki həmin qablar onlar üçün dünyada sizin üçün axirətdədir”[2] , Ummu Sələmədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Allah Rəsulu (ﷺ) buyurmuşdur: “Gümüş qabda (yeyib) içən kimsənin qarnında cəhənnəm odu çalxalanar”[3] Bu hədislər “bir şeyin istifadəsi qadağandırsa (haramdırsa), onun saxlanılması da qadağandır (haramdır)” üsul qaydasına dəlildir. Hənbəli fəqihlər Allah Rəsulundan (ﷺ) varid olan hədislərdə qadağanın yalnız tərkibi xalis qızıl və gümüşdən olan qablara aid olmadığını yəni qadağanın həmçinin qabın özü tam qızıl və gümüş olmasa belə, tərkibində qızıl və gümüş olan qablara, qızıl və gümüşlə lehimlənmiş qabları, qızıl və ya gümüşün suyuna salınmış qabları,  qabın bir hissəsi qızıl və gümüş olan qabları da şamil edildiyini bildirmişlər.

Qızıl, gümüş və bu ikisinin suyuna salınmış və qəsb olunmuş qablarda alınan təharət səhihdir.

Böyük və kiçik hədəsi aradan qaldırmaq üçün qızıl, gümüş və bunların ikisinin suyuna salınmış və qəsb olunmuş qablardan istifadə haramdır, istifadə edən günah qazansa da dəstəmaz və qüsl keçərlidir.

Bəzək məqsədi olmadan az miqdarda gümüş ilə lehimlənmiş qabın istifadəsi mübahdır

Qızıl, gümüş və yaxud da bu ikisindən biriylə lehimlənmiş olan qabların təharətdə istifadə icazəli deyil. “Ehtiyac olduqda bəzək məqsədi olmadan az miqdarda gümüş ilə lehimlənmiş qab” istisna olunur və istisna hal üçün bu dörd şərt vardır:

Lehimləmə üçün olmalıdır: Sınmış qabın təmiri üçün edilməlidir.

Az miqdarda olmalıdır: Lehimlənmədə istifadə olunan gümüş az miqdar olmalıdır və həmin lehimlənmiş yer qabın böyük bir hissəsini əhatə etməməlidir.

Ehtiyac üçün olmalıdır bəzək üçün yox: Ehtiyac olduğu zaman yəni lehimləmə sınmış yerin təmiri üçün olmalıdır. Bəzək üçün edilərsə istifadəsi icazəli deyil.

Lehimləmə gümüşdən olmalıdır: Sınmış qab yalnız gümüşlə lehimlənməsi icazəlidi. Qızılla sınmış qabı lehimləməsi caiz deyil. Sınmış qabı dəmir və mislə lehimləmək olar.

Ehtiyac olmadan lehimləmək məkruhdur

Hənbəlilər bu şərtələr üçün Ənəs ibn Məlikin (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədisi dəlil gətirirlər: “Allah Rəsulunun (ﷺ) qədəhi qırılmışdı və o qədəhini gümüşlə azca lehimləmişdi”[4]

Kafirlərin paltarları və qablarından nəcis olması bilinmiyənlər təmizdir. Bir şeyin nəcis olduğu bilinmədiyi təqdirdə  şübhə ilə natəmiz (nəcis) olmaz.

Kafirlərin paltarlarının və qablarının hökmü müsəlmanların paltarları və qablarının hökmü kimidir. Qablarda əsl olan qayda təmiz olmalarıdır. İstər müsəlmanların istərsə də kafirlərin paltarlarının və qablarının təmiz olması dəqiq bir şəkildə bilinirsə təmiz, əgər nəcis olması dəqiq məlumdursa nəcis (natəmiz) hesab edilir və yuyulub təmizləndikdən sonra istifadə edilməsi icazəlidir. Nəcis olması bilinmədikdə isə, məsələ əslinə qaytarılır və “bir şeyin nəcis (natəmiz) olduğu bilinmədiyi təqdirdə şübhə ilə nəcis hesab olunmur” qaydasına görə paltarlar və qablar təmiz hesab olunur. Hənbəli fəqihlər “Allah Rasulunun kafirlərin qablarından yeyib-içib, dəstəmazda istifadə etməsini və bu qabları istifadədən öncə yumayıb”[5] hədisini dəlil olaraq gətirirlər.

Əti yeyilən və pişik və siçan kimi əti yeyilməyən heyvanlar təmizdir

Əti yeyilən heyvanlar, pişik, siçan, nəcisdən törəməyən və axıcı qanı olmayan həşəratlar təmiz sayılırlar.

Leşin sümüyü, buynuzu, dırnağı, vətəri, dərisi, südü və s. hissələri nəcisdir. Ölmüş heyvanın dərisi aşılanma ilə təmizlənmir. Əti yeyilən heyvanların dərisi aşılandıqdan sonra quru halda istifadə etmək icazəlidir

Dərilərdən, suyu və digər mayeləri, həmçinin bir çox qida maddələrini saxlamaq üçün “tuluq” adlanan qablar hazırlanırdı. Nəcis olan heyvanların məsələn, donuz və itin dərisindən hazırlanan tuluqlar icma ilə nəcis hesab olunur və istifadəsi qadağandır. Həmçinin əti yeyilməyən heyvanların dərisi də nəcis hesab olunur və istifadəsi qadağandır. Əti yeyilən heyvanların dərisi İslam şəriətinə uyğun qaydada kəsilərsə aşılandıqdan sonra istifadəsi icazəlidir, əks təqdirdə yəni əti yeyilən heyvan İslam şəriətinə uyğun qaydada kəsilməyibsə və ya əti yeyilən heyvan öz əcəli ilə ölmüşsə belə heyvanın dərisini istifadə etmək qadağandır. Əti yeyilən heyvanların dərisi İslam şəriətinə uyğun qaydada kəsilərsə aşılandıqdan sonra quru formada istifadə etmək icazəlidir, tərkibində maye və rütübət olan şeylərdə isə istifadə etmək olmaz. Quru halda istifadəyə kəmər, çanta kimi əşyaların istifadəsini nümunə göstərmək olar. Həmçinin tərkibində rütubət olmayan dənli bitkiləri saxlamaq üçün əti yeyilən heyvanların dərisini aşıladıqdan sonra istifadə etmək olar. Maye və duru şəkildə olan ərzaqlar üçün isə istifadə etmək qadağandır. Hənbəli fəqihləri ölmüş heyvanın dərisinin aşılanmaqla təmiz olmadığına Abdullah bin Ukeymin (Allah ondan razı olsun) rəvayət etdiyi “Allah Rəsulu (ﷺ) vəfatından bir-iki ay əvvəl, ölmüş heyvanın dərisi və vətərindən istifadə etməyə qadağa qoymuşdur” hədisini dəlil gətirmişlər[6]. İmam Əhməd bu hədisin ölmüş heyvanın dərisinin aşılansa belə caiz olmasına dair hədisləri nəsx etdiyini (hökmünü aradan qaldırdığını) deyir. Fəqihlərin cumhuru isə Abdullah bin Ukeymin hədisində zəiflik olduğu üçün İmam Əhməddən fərqli yəni “ölmüş heyvanın dərisinin aşılanmaqla təmiz olduğuna” hökm vermişlər. Hənbəli məzhəbi dərinin aşılandıqdan sonra təmizlənmədiyi üçün satışına da icazə vermir. Heyvanı, dərisinindən istifadəyə görə kəsmək olmaz.

Sağ olarkən təmiz sayılan heyvanların leşlərindəki tük, yun, lələylər təmizdir

Ölmüş və ya şəriətə uyğun kəsilməmiş bir heyvanın tükü, yunu və lələyindən başqa bütün cəsədi nəcisdir. Tük, yun və lələyin hökmü heyvanın sağ olarkən olduğu hökmü kimidir. Məsələn, it və donuzun hökmü sağ olarkən nəcis olduğundan öldükdən sonra da nəcisdir. Əti yeyilən heyvan – məsələn qoyun, keçi, dəvə sağ olarkən təmiz olduğu üçün öldükdən sonra da təmiz sayılır. Hənbəli fəqihləri buna dəlil olaraq hənbəli fəqihləri Nəhl sürəsinin 80-ci ayəsini gətirirlər:

وَاللَّهُ جَعَلَ لَكُمْ مِنْ بُيُوتِكُمْ سَكَنًا وَجَعَلَ لَكُمْ مِنْ جُلُودِ الْأَنْعَامِ بُيُوتًا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ ۙ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَا أَثَاثًا وَمَتَاعًا إِلَىٰ حِينٍ

 “Allah evlərinizi sizin üçün bir hüzur yeri etdi və heyvanların dərilərindən sizin üçün köç vaxtı və bir yerdə qaldığınız zaman rahatlıqla daşıya biləcəyiniz evlər, yunundan, tükündən və qılından da müəyyən bir vaxta qədər (istifadə edəcəyiniz) ev əşyası və ticarət malı meydana gətirdi”.

Ayədə Allah ﷻ heyvanın diri yaxud ölü olması arasında fərq qoymadan hökmü ümumi bildirmişdir. Ayədə “lələk” kəliməsi qeyd olunmamasina baxmayaraq fəqihlər lələyi zikr olunan “yun” sözünə qiyas etmişlər.

Əti yeyilən quşların öldükdən sora içalatindan çıxan yumurta qabığ bağlamişsa nəcis hesab olunmur

Ölmüş toyuq, qaz, ördək, hinduşka kimi əti yeyilən heyvanların öldqkdən sonra içalatindan çıxan yumurta qabığ bağlamişsa nəcis hesab olunmur və yeyilməsi icazəlidir.

Heyvanın bədənindən ayrılıb qopmuş hissəsi həmin canlının ölüsünün hökmündədir

Əti yeyilən hər hansı bir heyvanın bədənindən qopmuş hissə həmin canlının ölüsünün hökmündədir, məsələn keçinin ətdən bir parça kəsilsə həmin kəsilmiş hissə nəcis sayılır. Balıq diri olarkən quyruğu kəsilsə, kəsilən həmin quyruğun hökmü təmizdir. İnsan bədəninin bir hissəsi qəza nəticəsində kəsilərsə və ya qopub düşərsə həmin kəsilmiş hissə təmizdir.

Əsli nəcis olan bir şey istihalə prosesindən sonra da nəcis sayılır.

Qabların üstünün örtülməsi, tuluqların ağzının bağlanması sünnətdir

Buna, Əbu Hüreyrənin (Allah ondan razı olsun) “Allah Rəsulu (ﷺ) bizə qabların üstünü örtməyi və tuluqların ağzını bağlamağı əmr etdi ”[7] və Cabirin (Allah ondan razı olsun)  rəvayət etdiyi “Qabların ağzını bağla və Allahın adını zikr et” hədisini dəlil olaraq gətirirlər[8]. Şeyx İbn Nəccar əl-Futuhi “Muntəhəl-İradət” kitabında qabların üstünü örtmək və tuluğların ağzını bağlamağı gecə və ya gündüz olmasından asılı olmayaraq sünnət, Şeyx Şərəfuddin əl-Həccəvi isə “əl-İqna” kitabında qabların üstünü örtmək və tuluğların ağzını bağlamağı yalnız gecə edilməsinin sünnət olmasını bildirmişdir.

Həmçinin yatmamışdan əvvəl qapıları bağlamaq və işıqları söndürmək müstəhəbdir

Fiqh mətnlərində “yanan lampa və ya şamları söndürmək müstəhəbdir” ibarəsi keçir və söndürərkən Allahın adını zikr edərək üfürmədən söndürmək qeyd olunub. Üfürməkdən çəkindirməyə səbəb bu əməlin edilməsinin unutqanlığa səbəb olmasıdır.

“Yanan lampaları” söndürməyə səbəb lampanın içindəki neftin yanğına səbəb ola bilmə ehtimalıdır, əgər yanğın təhlükəsindən əminlik varsa söndürməyə ehtiyac yoxdur.

Yatmazdan öncə dəstəmaz almaq, yatağına uzanan kəsin yatağını silkələməsi, sağ tərəfi üstə üzü qibləyə yataraq sünnətdə varid olan zikri deməsi müstəhəbdir

Yatmazdan öncə dəstəmaz alaraq yatağına uzanan kəsin yatağını silkələməsinin səbəbi əziyət verici nəsə olarsa onu aradan qaldırmaqdır. Yatarkən sağ tərəfi üstə üzü qibləyə yataraq sünnətdə varid olan bu zikri edilir:

اللَّهُمَّ أَسْلَمْتُ وَجْهِي إِلَيْكَ و فَوَّضْتُ أَمْرِي إِلَيْكَ وأَلْجَأْتُ ظَهْرِي إِلَيْكَ رَهْبَةً و رَغْبَةً إِلَيْكَ لَا مَلْجَأَ و لَا مَنْجَا مِنْكَ إِلَّا إِلَيْكَ. آمَنْتُ بِكِتَابِكَ الَّذِي أَنْزَلْتَ و نَبِيُّكَ  الَّذِي أَرْسَلْتَ

“Allahım üzümü sənə yönəltdim, işimi sənə həvalə etdim və sənə güvəndim. Səndən qorxar və səndən istiyirəm, səndən qaçıb qurtulacaq heç bir yer yoxdur və yenə sənə doğru qaçaram (yönələrəm). Endirdiyin kitaba və göndərdiyin Rəsula (peyğəmbərə) iman etdim”[9]

Yatarkən sağ tərəfi üstə üzü qibləyə yatmaq – insan vəfat edərkən də qəbrə sağ tərəfi üstə üzü qibləyə qoyulur. Bu əməlin sünnət olmasını hənbəli fəqihlər səhabə Bəra bin Azibin (Allah ondan razı olsun) Allah Rəsulundan ﷺ rəvayət etdiyi hədisdən istidlal etmişlər

Üzü və arxası üstə yatmaq, sübhdən və asrdan sonra yatmaq məkruhdur

Üzü üstə yatmağın məkruh olmasının səbəbi şeytanın belə yatmasıdır, arxası üstə yatmağın məkruh olmasına səbəb gözə ziyan olmasıdır. Yatmadan arxası üstə uzanmaqda hökm cəhətdən bir problem yoxdur.

Sübhdən və asrdan sonra yatmaq məkruhdur

Sübh namazından sonra günəş çıxana kimi olan zaman dilimi “ğaylulə” (غَيْلُولَةٌ) adlanır. Bu vaxt yatmağın məkruh olmasının səbəbi Allah Rəsulundan ﷺ rəvayət edilən bu – “Sübh namazından sonra yatmaq ruziyə maneədir”[10] hədisdir. Hədisdən də anlaşıldığı kimi həmin vaxt “ruzi paylanan” vaxtdır və yatan birisi bu xeyirdən məhrum olur.

Asr namazından sonra günəş batana kimi olan zaman dilimi “fəylulə” (فَيْلُولَةٌ) adlanır. Asr namazından sonra günəş batana kimi yatmağın məkruh olmasının səbəbi Allah Rəsulundan ﷺ rəvayət edilən bu hədisdir: “Asrdan sonra yatan ağlında bir naqislik görsə özünü qınasın”[11].

Zöhr namazından asra kimi olan vaxt ərzində qısa müddətlik yatmaq “qaylulə” (قَيْلُولَةٌ) adlanır və qaylulə etmək sünnətdir.

Günəş və kölgə arasında oturmaq və yatmaq məkruhdur.

Bureydə ibn Husayb (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə: “Allah Rəsulu ﷺ Günəş və kölgə arasında oturmağı qadağan etmişdir”[12] və belə yerdə oturmağa və yatmağın qadağan olmasının səbəbi Allah Rəsulunun ﷺ bu yeri “şeytanin oturduğu yer” adlandırmasıdır.

 

✍🏼 Afsana Mahdy

 

 

[1] Lehimləmə: Hər hansı bir qabın sinmiş yerini gümüş və ya qızıl ilə təmiri belə adlanır

[2] Buxari,5633; Muslim,2067 (Muttafəqun aleyh)

[3] Buxari,5634; Muslim,2065 (Muttafəqun aleyh)

[4] Buxari, 3109, 5638

[5] Buxari, Muslim (Muttafəqun aleyh)

[6] İmam Əhməd 31/74,80; Əbu Davud, 4127, Təbərani, “əl-Əvsat” 104

[7] İmam Əhməd 14/400; Əbu Davud, 3694; İbn Macə, 3411

[8] Buxari, 3280; Müslim, 2012

[9] Buxari,244; Muslim,2710

[10] Beyhəqi, 1 / 276

[11] Əbu Ya’lə, “Müsnəd” 4918

[12] Əhməd bin Hənbəl, “Müsnəd” III / 413

Salihiyyə

Etiketlər: dəstəmaz qabıqablarqablar fəslitəharəttəharət babı
Əvvəlki

Təharət – “Sular” fəsli

Növbəti

İki nəfərin camaat namazında duruşu

Oxşar Yazılar

İstinca, İsticmar və Təharətlə bağlı hökmlər
Təharət Kitabı

İstinca, İsticmar və Təharətlə bağlı hökmlər

16 Fevral 2023
Təharət – “Sular” fəsli
Təharət Kitabı

Təharət – “Sular” fəsli

19 Yanvar 2025
İstinşaq, isticmar və əlləri üç dəfə yumaq
Təharət Kitabı

Təharət: Müqəddimə

19 Yanvar 2025
Növbəti
İki nəfərin camaat namazında duruşu

İki nəfərin camaat namazında duruşu

Subscribe
Login
Notify of
guest
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Ən çox oxunanlar

  • Corablara məsh çəkmək (Hədislərə baxış)

    Corablara məsh çəkmək (Hədislərə baxış)

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Niyyəti Dildə Tələffüz Etmək

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Qəbir daşına yazı yazmaq

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Ərəb dilinin əhəmiyyəti

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Təharət – “Sular” fəsli

    0 paylaşım
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • Kateqoriyasız (1)
  • Kitabxana (6)
    • Faydalı Alıntılar (1)
    • Hənbəli Fiqhi (4)
      • Təharət Kitabı (4)
    • Kitab Analizi (1)
  • Məqalələr (74)
    • Ailə (4)
    • Əxlaq və Ədəb (13)
    • Fiqh (21)
    • Hədis (5)
    • Şəxsiyyətlər (6)
    • Şübhələrə Cavab (10)
    • Tarix və İslam Mədəniyyəti (4)
    • Təfsir (1)
    • Ümumi (3)
  • Sual-Cavab (9)
    • Ədəb (2)
    • Əqidəvi suallar (1)
    • Fiqhi suallar (2)
    • Təfsir-Quran (2)
    • Ümumi suallar (1)
    • Üsul (1)
  • Yeni Müsəlman (5)

Etiketlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
Salihiyyə

Salihiyyə - İslami Araşdırmalar Platformasıdır

Daha ətraflı

Kateqoriyalar

  • Kateqoriyasız
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Məqalələr
    • Ailə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Yeni Müsəlman

Açar sözlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
  • Salihiyyə nədir?
  • Yazılardan istifadə

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Tarix və İslam Mədəniyyəti
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Şəxsiyyətlər
    • Hədis
    • Təfsir
    • Ümumi
    • Şübhələrə Cavab
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Kitab Analizi
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
  • Şübhələrə Cavab

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
wpDiscuz
0
0
Yazı haqqında fikirlərinizi bildirin..x
()
x
| Reply
Go to mobile version