• Salihiyyə nədir?
  • Yazılardan istifadə
Salihiyyə
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
SALİHİYYƏ
Nəticə tapılmadı..
Bütün nəticələr
Əsas Səhifə Məqalələr

İmanın şöbələri haqqında xülasə

Salihiyyə
17 İyun 2021
Məqalələr
Oxuma müddəti: 5 dəq. oxuma
0 0
A A
0
İmanın şöbələri haqqında xülasə
0
PAYLAŞIMLAR
24
BAXIŞLAR
PaylaşPaylaş

Hicri 1420-ci ilin ramazan ayının son on günündə Haram məscidində görüşlə bağlı bir qrup alimin işlərinin çap olunduğu risalələr toplusuna nəzər saldıqda orada məşhur hənəfi alimi əl-Murtəda əz-Zəbidi’nin (1145-1205) imanın şöbələri haqqında yazdığı kiçik bir risaləsi ilə qarşılaşdıq.

Risalə gözəl tərtibdə və çox müxtəsər şəkildə yazılıb. Bunu dilimizə tərcümə etməyin çox vaxt tələb etməyəcəyini və müsəlmanlar üçün faydalı olacağını nəzərə aldığımız üçün onu burada təqdim edirik.Risalə “Darul-Bəşəirul-İsləmiyyə” kitab evi tərəfindən çap olunub. Əlyazmanı təhqiq etmiş Nizam bin Muhəmməd Saleh Yəqubi qeyd edir ki, əlyazmanı “Darul-Kutubil-Misriyyə” kitabxanasında tapıb. Əlyazmanı köçürən Muhəmməd Əbun-Nəsr Həşim əl-Cafəri ən-Nəblusi olmuşdur və bunu İbnut-Tələmid əş-Şənqiti adı ilə tanınan şəriət və ərəb dili alimi Şeyx Muhəmməd Mahmud ət-Turkuzi’nin (vəfatı hicri 1322) tələbi ilə hicri 1321-ci ildə, cumədəs-səniyə ayının 16-sı etmişdir.

əl-Murtəda əz-Zəbidi deyir:

“Bütün təriflər fəzl və ihsan sahibi olan, bizə iman nemətini verən Allaha aiddir. Adnan oğullarının ağası, mövlamız, ağamız Muhəmmədin, onun irfan sahibi olan ailəsinin, yaxın dostları olan səhabələrinin və sevimlilərinin, sirlərinin varisləri olan qardaşlarının və onlara xeyirdə tabe olanların üzərinə tam və kamil şəkildə salavat və salam olsun!

Əmmə bə’d:

Bu kiçik və dəqiq qeydlərdə imanın şöbələrini topladım; bunları toplamağı məndən bəzi bəsirət və yəqinlik sahibləri istədi. Bunun adını “İqdul-Cumən fi Bəyəni Şu’abil-İmən”1 adlandırdım.

Təvəkkülüm Allahadır və yalnız Ondan yardım istənilər.

Bil ki, alimlər imanın şöbələrini bəyan etməkdə geniş bir ixtilaf ediblər, bunun təfsilatında geniş bir izahat veriblər.

Görüşlərin icmalını bu qeydimdə zikr edirəm və geridə qalanların hamısı yenə bura aiddir, belə ki, bu şöbələr – çox olmaqlarına baxmayaraq – üç əsas üzərində durur:

Allaha iman, bu dünyadakı həyata iman və Axirətə iman.

Bunlardan birincisi özü də iki qisimdir:

  1. Allahın Zatı və Onun sifətləri ilə bağlı olan şeylərə iman etmək; misal üçün Yaradanın – cəllə Cələluhu – mövcud olmasına, onun həyat, elm, iradə, qüdrət, eşitmə, görmə və danışma kimi sifətlərinə2 iman etmək.
  2. Allahu Təalənin feli və hökmü ilə bağlı olan şeylərə iman etmək; misal üçün Onun mələklərinə, elçilərinə, kitablarına, aləmin yaradılmış olmasına, xeyri və şərri ilə qədərə iman etmək.

 

İkincinə gəldikdə isə – və bu, bu dünyadakı həyata iman etməkdir –  o da iki qismə bölünür:

 

  • Nəfs ilə bağlı olan xüsusiyyətlərdir; “nəfsani xüsusiyyətlər” adlanır və onlar ya batini olur, ya da zahiri olur;

Batini isə ya təhliyə olur, ya da təxliyyə olur;
Təhliyə olanlara gəldikdə bunlar tövbə, qorxu, ümid, həya, şükr, vəfa, səbr, ixlas, məhəbbət, təvəkkül, Allahın qəzasına razılıq kimidir.

Təxliyyə isə malı, şan-şöhrəti, dünyanı sevmək, kin, həsəd, riya, nifaq, özünü bəyənmə.

Zahiri də iki qisimdir; qövli və feli.

Qövli olanlara gəldikdə bura şəhadət kəlimələrini tələffüz etmək, sözündə doğru danışmaq, Quranın tilavəti, şəriəti öyrənmək və öyrətmək kimi şeylər aiddir.

Feli olanlar isə misal üçün təharət, övrəti örtmək, namazı qılmaq, zəkatı vermək, cənazələrin işi ilə məşğul olmaq, oruc, həcc, nəzirə vəfalı olmaq, imanı öyrətmək, kəffarələri ödəmək.

  • Nəfsdən başqa şeylərlə bağlı olanlara gəldikdə isə; bunlar da iki qisimdir: mənzili və mədəni.3

Mənzili olanlara gəldikdə; (bura) zinadan təmiz olmaq, nikah bağlamaq, nikahın hüquqlarını ödəmək, valideynə yaxşılıq etmək, övladları tərbiyə etmək, qohumluq bağlarını qorumaq, böyüklərə itaət etmək, kölələrə xeyirxahlıq etmək (aiddir).

Mədəni olanlara əmirlik vəzifəsini yerinə yetirmək, camaata tabe olmaq, əmr sahiblərinə tabe olmaq, yaxşılıq və təqva üzərində köməkləşmək, dini prinsipləri dirçəltmək, yaxşılıqları əmr edib pisliklərdən çəkindirmək, öldürmək və vuruşmaq vasitəsi ilə dini qorumaq, cinayətlərdən uzaq olmaqla və bədən xəsarətləri ilə bağlı hədləri yerinə yetirməklə nəfsi qorumaq, sərxoş edici şeyləri və çirkin işləri qadağan edərək əqli qorumaq, malın haqqını tələb etməklə və haqqını ödəməklə onu qorumaq, zina ilə, kimisə əxlaqsızlıqda ittiham etmək ilə bağlı hədləri və təziri tətbiq etməklə irzi qorumaq4, müsəlmanlardan zərəri dəf etmək (aiddir).

Axirətə iman etməyə gəldikdə isə bu, üçüncü qisimdir; yenidən dirilməyə, Allahu Təalənin qarşısında durmağa, hesaba çəkilməyə, tərəziyə, sirat körpüsünə, şəfaətə, Cənnətə və onunla bağlı olan işlərə, Cəhənnəmə və onunla bağlı olanlara iman etmək kimi.

Bura qədər zikr etdiklərim İmam Əbu Bəkr Əhməd bin əl-Hüseyn əl-Beyhəqi’nin və əl-Qasri adı ilə tanınan İmam Əbu Muhəmməd Abdul-Cəlil bin Musə bin Abdil-Cəlil əl-Ənsari əl-Əvsi’nin “Şuabul-İmən” adlanan kitablarında zikr etdiklərinin xülasəsidir. Burada qeyd etdiklərimizin təfsilini bilmək istəyənlərə işarə etdiyimiz bu iki kitaba baxmasını tövsiyə edirik; muradına qovuşacaq, öncə zikr etdiyimiz ən gözəl xüsusiyyətlərin üzərinə, səadət qübbəsinə üstlənəcək.

Va huvallahu lə iləhə ğayruhu va lə xayra illə xayruhu va salləllahu alə seyyidinə Muhəmməd va əlihi va sahbihi va səlləm!

Müəllif, Allahu Təaləyə möhtac qulu əl-Murtəda əl-Hüseyni adı ilə məşhur olan Seyyid Muhəmməd bin Muhəmməd bin Muhəmməd bin Muhəmməd əl-Vasiti əz-Zəbidi əl-Hənəfi bu qeydlərini Allaha həmd edərək, (peyğəmbərinə) salavat və salam gətirərək və (Allahdan) bağışlanma diləyərək muhərram ayının altısı, hicri 1179-cu ildə Misirdə Davudiyyə məktəbində bitirdi.”

Salihiyyə

Dipnotlar:

  1. “İmanın şöbələrinin izahında bir dürdanə boyunbağısı”
  2. Burada yalnız bu yeddi sifəti zikr etməsi müəllifin əşari etiqadı üzərində olması ilə bağlıdır, yoxsa biz Allahın Kitabında və səhih sünnətində sabit olmuş bütün sifətlərinə təvil etmədən, mənalarını inkar etmədən, məxluqata bənzətmədən iman edirik.
  3. “Mənzili” və “mədəni” müəllifin işlətdiyi terminologiyadır. Bizim dilimizdə buna ən yaxın olan “şəxsi” və “ictimai” sözləri bu iki sözü əvəz edə bilər. Çünki diqqət etsəniz “mənzili” olan işlər ailə və qohumlarla bağlıdır və bu, şəxsi planda edilən işlərdir. Mədəni olanlar isə ümumən ictimaiyyətə aiddir.
  4. Dini, canı, malı, əqli və irzi qorumaq şəriətin məqsədləri mövzusunda zikr olunan beş məqsəddir. Çünki alimlər deyirlər ki, İslam şəriəti bu beş şeyi qorumaq məqsədi ilə gəlmiş və şəriətin əhkamları arxasındakı hikmət də bununla bağlıdır.
Əvvəlki

Dəvət və əqidə

Növbəti

Maidə 44 ayəsində icma iddiası

Oxşar Yazılar

İfk ayəsi və şiələr
Şübhələrə Cavab

İfk ayəsi və şiələr

15 Mart 2026
Özünüdərk: Nəfsin Eyiblərini Tanıma Yolları
Əxlaq və Ədəb

Özünüdərk: Nəfsin Eyiblərini Tanıma Yolları

17 Fevral 2026
Peyğəmbərin qızları
Şübhələrə Cavab

Peyğəmbərin qızları

17 Fevral 2026
Şubənin gizli hədisi
Şübhələrə Cavab

Şubənin gizli hədisi

17 Fevral 2026
Hənbəli məzhəbinin müxtəsər tarixi və qaynaq kitabları
Fiqh

Hənbəli məzhəbinin müxtəsər tarixi və qaynaq kitabları

26 İyun 2022
Səfərin müddəti
Fiqh

Səfərin müddəti

24 May 2022
Növbəti
Maidə 44 ayəsində icma iddiası

Maidə 44 ayəsində icma iddiası

Subscribe
Login
Notify of
guest
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Ən çox oxunanlar

  • Corablara məsh çəkmək (Hədislərə baxış)

    Corablara məsh çəkmək (Hədislərə baxış)

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Niyyəti Dildə Tələffüz Etmək

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Qəbir daşına yazı yazmaq

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Ərəb dilinin əhəmiyyəti

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Təharət – “Sular” fəsli

    0 paylaşım
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • Kateqoriyasız (1)
  • Kitabxana (6)
    • Faydalı Alıntılar (1)
    • Hənbəli Fiqhi (4)
      • Təharət Kitabı (4)
    • Kitab Analizi (1)
  • Məqalələr (74)
    • Ailə (4)
    • Əxlaq və Ədəb (13)
    • Fiqh (21)
    • Hədis (5)
    • Şəxsiyyətlər (6)
    • Şübhələrə Cavab (10)
    • Tarix və İslam Mədəniyyəti (4)
    • Təfsir (1)
    • Ümumi (3)
  • Sual-Cavab (9)
    • Ədəb (2)
    • Əqidəvi suallar (1)
    • Fiqhi suallar (2)
    • Təfsir-Quran (2)
    • Ümumi suallar (1)
    • Üsul (1)
  • Yeni Müsəlman (5)

Etiketlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
Salihiyyə

Salihiyyə - İslami Araşdırmalar Platformasıdır

Daha ətraflı

Kateqoriyalar

  • Kateqoriyasız
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Məqalələr
    • Ailə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Yeni Müsəlman

Açar sözlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
  • Salihiyyə nədir?
  • Yazılardan istifadə

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Tarix və İslam Mədəniyyəti
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Şəxsiyyətlər
    • Hədis
    • Təfsir
    • Ümumi
    • Şübhələrə Cavab
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Kitab Analizi
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
  • Şübhələrə Cavab

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
wpDiscuz
0
0
Yazı haqqında fikirlərinizi bildirin..x
()
x
| Reply
Go to mobile version