• Salihiyyə nədir?
  • Yazılardan istifadə
Salihiyyə
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
SALİHİYYƏ
Nəticə tapılmadı..
Bütün nəticələr
Əsas Səhifə Məqalələr Şəxsiyyətlər

Muhəmməd bin əl-Hüseyn əl-Əcurri (?-360)

Salihiyyə
20 İyun 2021
Şəxsiyyətlər
Oxuma müddəti: 5 dəq. oxuma
0 0
A A
0
Muhəmməd bin əl-Hüseyn əl-Əcurri (?-360)
0
PAYLAŞIMLAR
10
BAXIŞLAR
PaylaşPaylaş

Muhəmməd bin əl-Hüseyn bin Abdilləh əl-Əcurri əl-Bəğdədi məşhur alimdir. Kunyəsi Əbu Bəkr’dir. əl-Əcurri adı Bağdad şəhərinin Dərb əl-Əcurr məhəlləsinə nisbətdir. Tarix kitabları onun doğum tarixini zikr etmir. Lakin onun ölüm tarixi və neçə yaşında ölməsi qeyd olunur. Bütün tarixi qaynaqlar onun ölümünün hicri 360-cı ildə baş verdiyini qeyd edir. Lakin neçə yaşında ölməsinə gəldikdə isə bu barədə iki fərqli məlumat gəlib. əz-Zəhəbi onun ölərkən səksən yaşının olduğunu deyir. Buna əsasən onun 280-ci ildə doğulmuş olması lazımdır. Təqiyyud-Din əl-Fəsi əl-Məkki isə “əl-İqdus-Səmin” kitabında deyir: “İbn Raşid “ər-Rihlə” kitabında deyir: Şeyximin əl-Xatib əs-Saleh Əbu Abdilləh bin Saleh’in əl yazısından bu sözləri oxudum: Əbu Cafər Əhməd bin Muhəmməd bin Meymun ət-Tuleytili’nin əl yazısında bu sözlərin yazıldığı görülüb: Əbul-Fədl Muhəmməd bin Əhməd əl-Bəzzər’dən soruşuldu: “əl-Əcurri nə zaman öldü?” Dedi: “O – Allah ona rəhmət etsin! – Məkkədə üç yüz altmışıncı ildə, muharrəm ayının ilk günü, cümə günü vəfat etdi və orada dəfn olundu. Ömrünün doxsan altı yaşına çatmışdı.”1 Buna əsasən əl-Əcurri hicri 264-cü ildə doğulub.

Bağdad şəhərində böyümüş və orada yetişmişdir. Tarixi mənbələrə əsasən orada hicri 330-cu ilə qədər qalmışdır. Sonra isə Məkkə şəhərinə köçmüş və vəfat edənə qədər Məkkədə qalmışdır. Onun müasirlərindən olan hədis əhlinin elm tələbi üçün müxtəlif ölkələrə səfər etməsi o zamanın adəti olsa da əl-Əcurri’nin bu məqsədlə fərqli ölkələrə səfər etməsi haqqında heç bir məlumat gəlməyib. Lakin əl-Əcurri özü qeyd edir ki, şeyxi Əbu Cafər Əhməd bin Xalid əl-Bərdə’idən hicri 299-cu ildə Məkkədə hədis eşitmişdir. Bu isə onu göstərir ki, daha əvvəllər də Bağdad şəhərindən çıxmışdır. Lakin o dövrdə Bağdad şəhəri elə bir şəhər idi ki, bütün alimlər ora axışırdı və elm axtarışında olanlar da ora gəlirdirlər. İbn Kəsirin dediyi kimi “O zaman Bağdadın alimləri bütün dünya idi.”

Şeyxləri və tələbələri

əl-Əcurri’nin şeyxləri çoxdur. Onların arasında Hafiz Əbu Bəkr Cafər bin Muhəmməd əl-Firyəbi, Hafiz Əbu Bəkr Abdullah bin Əbi Davud əs-Sicistəni, Əbu Bəkr Abdullah bin Muhəmməd bin Abdil-Həmid əl-Vasiti, Qadi Əbu Cafər Əhməd bin İshaq bin əl-Bəhlul ət-Tənuxi, məşhur azərbaycanlı alim Əbu Cəfər Əhməd bin Xalid əl-Bərdəi, Əbu Abdilləh Əhməd bin Muhəmməd bin Şəhin əş-Şeybəni, Əbu Yaqub İshaq bin İbrahim əl-Ənməti, Əbu Abdilləh Cafər bin İdris əl-Qazvini, məşhur hənbəli alimi əl-Xiraqi’nin atası Əbu Əli əl-Hüseyn bin Abdilləh bin Əhməd əl-Xiraqi, Əbu Muhəmməd Abdullah bin əl-Abbas ət-Tayəlisi, Əbu Bəkr Abdullah bin Muhəmməd bin Ziyəd ən-Nisəburi və daha başqa alimlər, imamlar, hafizlər vardır.

əl-Əcurri’nin tələbələri də çoxdur. Bağdad və Məkkə kimi şəhərdə yaşamış bir alimin tələbələrinin çox olması təbiidir. Onun tələbələri arasında Əbu Nueym əl-Əsbəhəni, Əhməd bin Muhəmməd əl-Məkki əl-Bəzzər, Ubeydullah bin Muhəmməd bin Bəttah əl-Ukbəri, Əbu Abdilləh Muhəmməd bin Xalifə əl-Bələvi, Əbul-Hüseyn Muhəmməd bin əl-Hüseyn bin əl-Fədl əl-Qattan əl-Əzraq, Muhəmməd bin Əbi Əli Əhməd bin Abdir-Rahmən əl-Həmədəni əz-Zəkvani əl-Əsbəhəni kimi alimlər yer alır.

Kitabları

əl-Əcurri çoxlu əsər yazmış alimlər arasında sayılır. Onun yazdığı kitablardan bir çoxu zamanımızda çap olunmuşdur. Bu çap olunmuş kitablar arasında “Kitəbuş-Şəriah”, “Kitəbul-Ərbəin hədisən”, “Əxləqu Həmələtil-Quran”, “Əxləqul-Uləmə”, “Təhrimun-Nərd vaş-Şətranc val-Mələhi”, “Əxbəru Ömər bin Abdil-Aziz”, “Sifətul-Ğurabəi minəl-Muminin”, “ət-Təsdiqu bin-Nəzari iləllahi Təalə fil-Əxira” kimi kitabları zikr etmək olar. Onun bundan başqa “Əhkəmun-Nisə”, “Əxləqu Əhlil-Birri vat-Tuqa”, “Ədəbun-Nufus”, “əl-Əmru bi Luzumil-Cəməa va Tərkil-İbtidə”, “Təhrimul-Livati vaz-Zinə”, “ət-Təfərrudu val-Uzlə”, “Kitəbut-Tövbə”, “Kitəbut-Təhəccud”, “Fədlul-İlm” və daha bir çox kitabları vardır.

Şəxsiyyəti

əl-Əcurri böyük bir imam olmuşdur. Onu zikr edən alimlər onu mədh etmək, şanını ucaltmaq, elminə və imamlığına şahidlik etmək üzərində ittifaq ediblər. Onu fəqih, mühəddis, siqa, hafiz, dindar, saleh, dürüst, sünnət və tabeçilik sahibi, əsərlərə tabe olan biri kimi adlarla vəsf ediblər. İbnul-Bənnə deyir: “Səmimi bir imam idi, Allahdan qorxan saleh biri idi.” İbnul-Əsir onu mühəddislərin hafizləri arasında zikr edir. İbnul-Qayyim onun “hədisdə və fiqhdə əsrinin imamı” olduğunu deyir.

Fiqhi məzhəbi

əl-Xatib əl-Bəğdədi, əz-Zəhəbi, İbn Kəsir kimi alimlər onun haqqında yazarkən fiqhdəki məzhəbi haqqında heç bir şey demir. Lakin İbnun-Nədim, Yəqut əl-Həməvi, İbn Xallikən, əs-Safədi, əs-Subki onun şafii alimi olduğunu deyiblər. Lakin onun şafii olması mübahisəli bir məsələyə çevrilmişdir, İbnul-Cəvzi, əl-Uleymi, İbnul-İməd kimi hənbəli alimləri onun hənbəli olduğunu deyiblər. əl-İsnəvi onun haqqında İbn Xallikən’in onun şafii olması yönündə söylədiyi sözləri zikr etdikdən sonra deyir: “Bəziləri onun şafii olmasında müxalif olublar və hənbəli olduğunu iddia edib.” Təqiyyud-Din əl-Fəsi isə kitabında İbn Xallikən’in sözlərini zikr etdikdən sonra deyir: “İbn Xallikən’in əl-Əcurri’nin şafii olduğunu zikr etməsi zəifdir, çünki o, hənbəlidir.” əl-Uleymi onun hənbəli olmasına dair dəlil olaraq zikr edir ki, İbn Muflih “əl-Furu” kitabında əl-Əcurri’nin “ən-Nəsihə” kitabından nəqllər edərək onun üstünlük verdiyi görüşləri zikr edir və İbn Muflih adətən o kitabında yalnız hənbəli alimlərinin görüşlərini zikr edir. Lakin bu, onun hənbəli olması üçün tutarlı bir dəlil deyildir.

Əqidəsi

Əqidədə hədis əhlinin etiqadı üzərində olmuşdur, sələfdən gələn əsərlərə şiddətlə tabe olmuşdur. Kəlam elmindən çox uzaq biri idi. Onun “əş-Şəriah” kitabı etiqadda izlədiyi məzhəbin hədis əhlinin məzhəbi, sünnət əhlinin məzhəbi olduğunu aşkar şəkildə göstərir. Ona görə də əz-Zəhəbi onu “sünnət və ittiba sahibi” olaraq vəsf etmişdir.

Vəfatı

İmam əl-Əcurri ilk əvvəldə deyildiyi kimi hicri 360-cı ildə Məkkədə vəfat etmişdir. Allah rəhmət etsin!

Salihiyyə

Dipnotlar:

  1. “əl-İqdus-Səmin fi Tərixil-Bələdil-Əmin”, 2/3-4; Muəssəsətur-Risələ, ikinci nəşr: 1406/1986, Beyrut
Əvvəlki

İmamul-Harameyn əl-Cuveyni (419-478)

Növbəti

Hafiz Əbul-Həsən əd-Dəraqutni (306-385)

Oxşar Yazılar

Muhamməd bin Əli əş-Şəvkani
Şəxsiyyətlər

Muhamməd bin Əli əş-Şəvkani

14 Fevral 2022
Əhməd ibn Hənbəl əş-Şeybəni
Şəxsiyyətlər

Əhməd ibn Hənbəl əş-Şeybəni

14 Fevral 2022
Muhamməd bin İdris əş-Şafi
Şəxsiyyətlər

Muhamməd bin İdris əş-Şafi

14 Fevral 2022
Hafiz Əbul-Həsən əd-Dəraqutni (306-385)
Şəxsiyyətlər

Hafiz Əbul-Həsən əd-Dəraqutni (306-385)

20 İyun 2021
İmamul-Harameyn əl-Cuveyni (419-478)
Şəxsiyyətlər

İmamul-Harameyn əl-Cuveyni (419-478)

20 İyun 2021
Növbəti
Hafiz Əbul-Həsən əd-Dəraqutni (306-385)

Hafiz Əbul-Həsən əd-Dəraqutni (306-385)

Subscribe
Login
Notify of
guest
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Ən çox oxunanlar

  • Corablara məsh çəkmək (Hədislərə baxış)

    Corablara məsh çəkmək (Hədislərə baxış)

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Niyyəti Dildə Tələffüz Etmək

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Qəbir daşına yazı yazmaq

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Ərəb dilinin əhəmiyyəti

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Təharət – “Sular” fəsli

    0 paylaşım
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • Kateqoriyasız (1)
  • Kitabxana (6)
    • Faydalı Alıntılar (1)
    • Hənbəli Fiqhi (4)
      • Təharət Kitabı (4)
    • Kitab Analizi (1)
  • Məqalələr (74)
    • Ailə (4)
    • Əxlaq və Ədəb (13)
    • Fiqh (21)
    • Hədis (5)
    • Şəxsiyyətlər (6)
    • Şübhələrə Cavab (10)
    • Tarix və İslam Mədəniyyəti (4)
    • Təfsir (1)
    • Ümumi (3)
  • Sual-Cavab (9)
    • Ədəb (2)
    • Əqidəvi suallar (1)
    • Fiqhi suallar (2)
    • Təfsir-Quran (2)
    • Ümumi suallar (1)
    • Üsul (1)
  • Yeni Müsəlman (5)

Etiketlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
Salihiyyə

Salihiyyə - İslami Araşdırmalar Platformasıdır

Daha ətraflı

Kateqoriyalar

  • Kateqoriyasız
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Məqalələr
    • Ailə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Yeni Müsəlman

Açar sözlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
  • Salihiyyə nədir?
  • Yazılardan istifadə

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Tarix və İslam Mədəniyyəti
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Şəxsiyyətlər
    • Hədis
    • Təfsir
    • Ümumi
    • Şübhələrə Cavab
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Kitab Analizi
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
  • Şübhələrə Cavab

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
wpDiscuz
0
0
Yazı haqqında fikirlərinizi bildirin..x
()
x
| Reply
Go to mobile version