• Salihiyyə nədir?
  • Yazılardan istifadə
Salihiyyə
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
SALİHİYYƏ
Nəticə tapılmadı..
Bütün nəticələr
Əsas Səhifə Məqalələr Əxlaq və Ədəb

Elm tələbi üçün evliliyi təxirə salmaq

Salihiyyə
03 Avqust 2021
Əxlaq və Ədəb
Oxuma müddəti: 6 dəq. oxuma
0 0
A A
0
Elm tələbi üçün evliliyi təxirə salmaq
0
PAYLAŞIMLAR
19
BAXIŞLAR
PaylaşPaylaş

Allaha həmd olsun ki, bu mübarək dini öyrənməyə həvəsli olan gənclərimiz çoxdur. Şəriət elmləri insanın həm bu dünyada, həm də Axirətdə xoşbəxt olması üçün ən önəmli elmlərdir və bu elmi erkən yaşlardan tələb etməyə səy göstərmək çox əhəmiyyətlidir. Biz də cavan qardaşlarımızı həvəsləndirmək istəyirik. Onların tutduqları bu şərəfli yol haqqında, bu yolun xeyri və bərəkəti haqqında eninə-boluna danışmaq olar. Bu yazımızda isə biz yalnız bir məsələyə toxunmaq istəyirik.

 

Toxunmaq istədiyimiz məsələ insanı elm tələbindən məşğul edən evlilik məsələsidir. Evliliyin müsəlmanı necə elm tələbindən məşğul etməsi haqqında bəzi faydaları zikr etmək istəyirik və ümid edirik ki, elm tələb etmək həvəsində olan cavan qardaşlarımız evlənməyə tələsməzlər və elm öyrənməyə üstünlük verərlər.

İmam Əhməd “əl-Müsnəd”də və ət-Tirmizi “əl-Cami” kitabında qopuq bir sənəd ilə mübarək səhabə qadın Xaulə bint Həkim’dən – radiyallahu anhə – rəvayət edir ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – qızının övladlarından birini qucağında tutaraq çıxdı və bu zaman belə deyirdi: “Allaha and olsun ki, siz xəsis edirsiz, qorxaq edirsiz və cahil edirsiz. And olsun ki, siz Allahın reyhanlarındansız.”1

“əl-Həkim “əl-Müstədrək”də və Nurud-Din əl-Heysəmi “Məcməuz-Zəvaid”də əl-Əsvad bin Xaləf’dən – radiyallahu anhu – rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – Həsəni götürdü və öpdü və sonra onlara yaxınlaşıb dedi: “Sözsüz ki, övlad məbxalə’dir, məchələ’dir, məcbənə’dir.” əl-Heysəmi deyir: “əl-Bəzzər rəvayət edib və raviləri siqadır.“2 əl-Hakimin rəvayətində əlavə olaraq “məhzənə” sözü də keçir.3

“Məbxalə” paxıl, xəsis edən, “məchələ” cahil edən, “məcbənə” qorxaq edən, “məhzənə” isə hüznlü, kədərli edən deməkdir. əz-Zəməxşəri “əl-Fəiq” kitabında bu sözləri izah edərək deyir: “Mənası budur ki, övlad atasını qorxaqlığa salır; atası öldürülməkdən, öldürüldükdən sonra övladının zay olmasından qorxur. Həmçinin atasının malını onun üçün saxlamasına səbəb olaraq onu xəsisliyə götürür və elm tələb etməsinə mane olaraq onu cahilliyə götürür.”4

Xəlifə Ömərin – radiyallahu anhu – belə dediyi səhihdir: “Təsvid edilmədən öncə fiqh öyrənin!”5 Təsvid sözü hərfi mənada “seyyid etmək”, yəni ağa etmək, ağalaşdırmaq anlamındadır. Həzrəti Ömərin burada nəyi qəsd etməsi haqqında fərqli görüşlər bildirilib. “əl-Qamus əl-Muhit” kitabının sahibi əl-Feyruzabadi yazır: “ət-Təsəvvud evlilik deməkdir.”6 Bunu şərh edən Murtəda əz-Zəbidi bu sözlərin arxasınca buyurur: “Ömər bin əl-Xattabın – radiyallahu anhu – sözündə “təsvid edilmədən öncə fiqh öyrənin” deyilir. Şəmir dedi: “Mənası budur ki, evlənərək ev sahibi olmadan, başınız evliliyə qarışıb elmdən yayınmadan öncə fiqh öyrənin! Bu, ağaların arasında evləndikdə (ərəblərin) “adam ağa oldu” sözündən gəlir.”7

Şəmir’in dediyi bu məna Ömərin sözündəki mənanın bir hissəsi üçün doğrudur, alimlərin əksəriyyəti Ömərin sözündəki “təsəvvud” sözünü başçılıq, liderlik, ağalıq kimi təfsir ediblər. Bu alimlərdən biri Əbu Ubeyd əl-Qasim bin Səlləm’dir və o, “Ğaribul-Hədis” kitabında deyir: “İnsanların nəzər saldıqları ağalara, başçılara çevrilmədən öncə nə qədər ki, yaşınız azdır elm öyrənin! Əgər bundan öncə öyrənməsəniz böyük olduqdan sonra elm almaqdan utanacaqsız, beləliklə cahil qalacaqsız. Kiçiklərdən götürəcəksiz, bununla da sizi ələ salacaqlar.”8 əl-Hafiz İbn Həcər – rahiməhullah – “əl-Fəth” kitabında Əbu Ubeyd’in bu təfsirini zikr edib və onu təsdiqləyib. O, deyir: “Dilçi alim Şəmir bunu evlilik olaraq təfsir edib, belə ki, evləndikdə, xüsusilə də övladı olduqdan sonra ailəsinin ağası olur. Lakin Ömərin sözünü evliliyə xas qılmağın heç bir əsası yoxdur, çünki ağalıq bundan daha geniş mənadadır, çünki ağalıq bəzən evlilik ilə olur, bəzən də sahiblərini elm almaqdan yayındıran məşğul edici digər işlərlə də olur.”9

əl-Hafiz əl-Xatib əl-Bəğdədi – rahiməhullah – deyir: “Elm tələbəsi üçün imkan olduğu müddətdə subay olmaq müstəhəbdir ki, evlilik haqları ilə, ailəni dolandırmaqla məşğul olmaq kamil şəkildə elm almağın qarşısını kəsməsin.”10 Alləmə əl-Qadi Bədrud-Din İbn Cəmə’a əl-Həməvi deyir: “Sufyan əs-Səvri deyib: “Kim evlənərsə gəmiyə minmişdir, əgər bir uşağı dünyaya gələrsə onunla gəmisi sınar.” Bir sözlə evliliyə ehtiyacı olmayana və ya buna qadir olmayana,  xüsusilə də sərmayəsi ideyalar toplamaq, qəlbi sakitləşdirmək və fikrini işə salmaq olan elm tələbəsi üçün evlənməyi təxirə salmaq daha yaxşıdır.”11

əl-Hafiz İbnul-Cəvzi – rahmətullahi aleyhi – “Saydul-Xatir” kitabında deyir: “Elm tələb etməyə yeni başlayanlar üçün imkan olduğu qədər evlilikdən uzaq durmaqlarını uyğun görürəm, çünki Əhməd bin Hənbəl qırx yaşı tamamlanana qədər evlənmədi və bunu elmi toplamaq üçün etdi.”12

əl-Xatib və İbnul-Cəvzi’nin sözlərindəki doğruluğu bir çox alimin evlənib xoşbəxt ailə həyatı qurmaqlarına baxmayaraq elm tələbindən uzaq düşməklərinə peşman olmaqlarında görmək olar. əz-Zəhəbi “Təzkiratu-l-Huffəz” kitabında İmam İbnu Ziyəd ən-Nisəburi haqqında danışarkən deyir: “Hafiz, təcvid alimi Alləmə Əbu Bəkr Abdullah bin Muhamməd bin Ziyəd bin Vasil ən-Nisəburi şafi’i fəqihidir, bir çox kitabın sahibidir, 238-ci ildə anadan olub və 324-cü ildə vəfat edib. əl-Həkim dedi: “İraqdakı şafi’ilərdən əsrinin imamı idi və fiqhi məsələri, səhabələrin ixtilaflarını ən yaxşı bilənlərdən idi.” əd-Dəraqutni deyir: “İbn Ziyəd’dən daha hafiz birini görmədim, mətnlərdəki əlavə sözləri bilərdi və hədis oxumaq üçün oturduqda deyərdilər: “Hədis rəvayət et!” Deyərdi: “Siz soruşun!” Bəzi hədislər soruşulardı və cavab verərək imla edərdi.” Yusuf əl-Qavvas deyir: “Əbu Bəkr ən-Nisəburi’ni belə deyərkən eşitdim: “Qırx il gecələr yatmayıb namazda duran, hər gün beş buğda ilə qidalanan və sonuncu axşam namazının dəstəmazı ilə sübh namazını qılan birini tanıyırsan?” Sonra dedi: “O, mənəm və bunların hamısı Abdur-Rahmən’in anasını tanımadan öncə idi. Məni evləndirənə indi mən nə deyim?!” Sonra dedi: “O, (mənim üçün) xeyirdən başqa bir şey diləməyib.”13

Bizdən heç kəs inkar edə bilməz ki, məşğuliyyətlər çoxaldıqda insanı elmdən və onun təhsilindən yayındırır. Evlilik, zövcə və övladlarla bağlı məşğuliyyətlər insanı bu cür işlərdən ən çox yayındıran məşğuliyyətlərdəndir, hətta bir çox insanı elmdən tamamilə uzaqlaşdırır. Hətta buna görə Bişr əl-Həfi məşhur sözünü söyləmişdir: “Elm, qadınların budları arasında itdi.”14 Bununla evliliyin bir çox alimin yolunu kəsdiyinə işarə etmişdir. Belə alimlərdən biri Mə’mər bin Raşid əl-Bəsri olmuşdur. Bir ölkədən digər ölkəyə səfər edərək peyğəmbərin – salləllahu aleyhi va səlləm – hədislərini öyrənər və öyrədərdi. Ondan Abdullah ibn əl-Mubərak hədis rəvayət edib, lakin belə böyük bir alim Yəmənə daxil olduqda yəmənlilər onun o torpaqları tərk etməsini istəmədilər və onlardan biri dedi: “Onu bağlayın! Bağlayın onu!” Beləliklə onu yəmənli bir qız ilə evləndirdilər və hicri 153-cü ildə vəfat edənə qədər Sana şəhərində qaldı.

Bu və digər səbəblərə görə elm tələb etmək həvəsində olan qardaşlara imkan olduğu müddətcə özlərini elmə həsr etməklərini nəsihət edirik və bu, həm də cavan olarkən özünü ibadətə həsr etmək növündəndir. Doğrusunu Allah bilir!

 

Salihiyyə

Dipnotlar:

  1. Əhməd, 6/409; ət-Tirmizi, 3/212 (1910); Bunu Ömər bin Abdil-Aziz – rahiməhullah – Xaulə’dən rəvayət edir, lakin Ömərin ondan hədis eşitdiyi bilinmir.
  2. “Məcməu-z-Zəvaid va Mənbəu-l-Fəvaid”, 8/155; Məktəbətul-Qudsi, 1414/1994, Qahirə
  3. ”əl-Müstədrak aləs-Sahiheyn”, 3/335; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1411/1990, Beyrut
  4.  “əl-Fəiq fi Ğaribil-Hədis”, 1/185; İsa əl-Bəbi əl-Hələbi, ikinci nəşr
  5. Bunu əl-Buxari mualləq olaraq cəzm ilə  “əs-Sahih” kitabının elm bölməsində (1/151) rəvayət etmişdir. Bunu İbn Əbi Şeybə “əl-Musannəf”də və əl-Beyhəqi “əş-Şuab”da Muhamməd bin Sirin vasitəsilə əl-Əhnəf bin Qeys’dən, o da Ömərdən rəvayət edir. İsnadı səhihdir. İsnadının səhih olduğunu əl-Hafiz İbn Hacər ”Fəthul-Bəri”də və əs-Səxavi “əl-Məqasidul-Həsənə” kitabında (səh: 158) deyir.
  6. ”əl-Qamus əl-Muhit”, 1/290; Muəssəsətur-Risələ, səkkizinci nəşr: 1426/2005, Beyrut
  7. “Təcu-l-Arus”, 8/231; Darul-Hidəyə,
  8.  “Ğaribul-Hədis”, 3/369; Mətbəətu Dəiratul-Məarifil-Usməniyyə, birinci nəşr: 1384/1965, Heydərabad
  9.  “Fəthul-Bəri”, 1/166; Darul-Mərifə, 1379, Beyrut
  10. “əl-Cəmi li Əxləqi-r-Ravi va Ədəbi-s-Səmi”, səh: 150; Muəssəsətur-Risələ, üçüncü nəşr: 1416/1996, Beyrut
  11. “Təzkiratu-s-Səmi va-l-Mutəkəllim fi Ədəbi-l-Alimi va-l-Mutəallim”, səh: 172; Məktəbətu İbn Abbəs, birinci nəşr: 1425/2005, Misir
  12. “Saydu-l-Xatir fi-t-Təxalli minə-l-Əmradi-n-Nəfsiyyə”, səh: 193; Darul-Qaləm, birinci nəşr: 1425/2004, Dəməşq
  13. “Təzkiratu-l-Huffəz”, 3/28; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1419/1998, Beyrut
  14.  “əl-Əsrar əl-Mərfuah” (270)
Əvvəlki

Ərəb dilinin əhəmiyyəti

Növbəti

Əbu Hureyra və rəvayətlərinin sayı

Oxşar Yazılar

Özünüdərk: Nəfsin Eyiblərini Tanıma Yolları
Əxlaq və Ədəb

Özünüdərk: Nəfsin Eyiblərini Tanıma Yolları

17 Fevral 2026
Ərəb dilinin əhəmiyyəti
Əxlaq və Ədəb

Ərəb dilinin əhəmiyyəti

03 Avqust 2021
Saqqal və valideynlərin ixtiyarındakı gəlin
Əxlaq və Ədəb

Saqqal və valideynlərin ixtiyarındakı gəlin

03 Avqust 2021
Haqqını halal et
Əxlaq və Ədəb

Haqqını halal et

03 Avqust 2021
Sabah və axşam zikrlərinin vaxtı
Əxlaq və Ədəb

Sabah və axşam zikrlərinin vaxtı

24 Yanvar 2022
İnsanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüzü unudursunuz?
Əxlaq və Ədəb

İnsanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüzü unudursunuz?

03 Avqust 2021
Növbəti
Əbu Hureyra və rəvayətlərinin sayı

Əbu Hureyra və rəvayətlərinin sayı

Subscribe
Login
Notify of
guest
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Ən çox oxunanlar

  • Corablara məsh çəkmək (Hədislərə baxış)

    Corablara məsh çəkmək (Hədislərə baxış)

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Niyyəti Dildə Tələffüz Etmək

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Qəbir daşına yazı yazmaq

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Ərəb dilinin əhəmiyyəti

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Təharət – “Sular” fəsli

    0 paylaşım
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • Kateqoriyasız (1)
  • Kitabxana (6)
    • Faydalı Alıntılar (1)
    • Hənbəli Fiqhi (4)
      • Təharət Kitabı (4)
    • Kitab Analizi (1)
  • Məqalələr (74)
    • Ailə (4)
    • Əxlaq və Ədəb (13)
    • Fiqh (21)
    • Hədis (5)
    • Şəxsiyyətlər (6)
    • Şübhələrə Cavab (10)
    • Tarix və İslam Mədəniyyəti (4)
    • Təfsir (1)
    • Ümumi (3)
  • Sual-Cavab (9)
    • Ədəb (2)
    • Əqidəvi suallar (1)
    • Fiqhi suallar (2)
    • Təfsir-Quran (2)
    • Ümumi suallar (1)
    • Üsul (1)
  • Yeni Müsəlman (5)

Etiketlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
Salihiyyə

Salihiyyə - İslami Araşdırmalar Platformasıdır

Daha ətraflı

Kateqoriyalar

  • Kateqoriyasız
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Məqalələr
    • Ailə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Yeni Müsəlman

Açar sözlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
  • Salihiyyə nədir?
  • Yazılardan istifadə

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Tarix və İslam Mədəniyyəti
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Şəxsiyyətlər
    • Hədis
    • Təfsir
    • Ümumi
    • Şübhələrə Cavab
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Kitab Analizi
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
  • Şübhələrə Cavab

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
wpDiscuz
0
0
Yazı haqqında fikirlərinizi bildirin..x
()
x
| Reply
Go to mobile version