• Salihiyyə nədir?
  • Yazılardan istifadə
Salihiyyə
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
SALİHİYYƏ
Nəticə tapılmadı..
Bütün nəticələr
Əsas Səhifə Məqalələr Fiqh

Təqlid və müctəhidin fətvası

Salihiyyə
27 Aprel 2022
Fiqh
Oxuma müddəti: 11 dəq. oxuma
0 0
A A
0
Təqlid və müctəhidin fətvası

An old and historic Islamic scientist is working in his studio writing, reading and exploring.

0
PAYLAŞIMLAR
23
BAXIŞLAR
PaylaşPaylaş

Sıravi müsəlmanlara alimləri təqlid etmək vacibdir. Bu barədə illər boyu eninə və uzununa dəfələrcə yazmağımıza baxmayaraq inadkarlar görməməzlikdən gəlirlər və özlərinə etibar edən qafil müsəlmanları da aldatmağa davam edirlər. Halbuki həqiqət həddindən artıq bəsitdir və həqiqət budur ki, sıravi müsəlmanlara alimləri təqlid etmək vacibdir. Dediyimiz bu söz əhlus-sünnət alimlərinin ittifaqla qəbul etdikləri bir həqiqətdir. Bunu sübut etmək üçün alimlərdən sitat gətirmək istəsək onların sözlərini sayıb qurtara bilmərik. Lakin burada bəzi qəlbləri mütməin etmək üçün onlardan sitatlar gətirəcəyik.

Qadi Əbu Muhəmməd əl-Huseyn bin Muhəmməd əl-Mərvarruzi deyir: “Ammiyə gəldikdə isə Kitab və sünnətin dəlaləti ilə ona fərz olan təqliddir …”[1] Qadi Hüseyn bundan sonra Qurandan və sünnətdən dəlilləri zikr edir. İmam İbn Abdilbərr deyir: “Alimlər ixtilaf etməyiblər ki, avama alimlərini təqlid etmək vacibdir.”[2] Alləmə Xətib əl-Bağdadi deyir: “Amminin təqlid etməyinə gəldikdə isə cavabı budur ki, ona fərz olan ictihad əhlinə təqlid etməsidir …”[3] İmam Əbul-Muzaffər Səm’ani deyir: “Təqlid ammidən başqasına vacib deyildir.”[4] Əbu Həmid əl-Ğazəli deyir: “Ammiyə fətva soruşmaq və alimlərə tabe olmaq vacibdir.”[5] Əbu Bəkr əş-Şəşi əl-Qaffəl deyir: “Ammiyə fərz olan şəriət hökmlərində təqlid etməkdir və elmdə ictihad əhlindən ən elmli, ən təqvalı olanı təqlid etməlidir.”[6] Muhyis-Sunnə Əbu Muhəmməd əl-Huseyn bin Məsud əl-Bəğavi deyir: “Ammiyə və ictihad rütbəsinə çatmayanlara gəldikdə isə onlara fərz olan təqlid etmək və elm əhlinin sözünü götürməkdir.”[7]

Hənəfi fəqihlərindən Aləuddin əs-Səmərqandi deyir: “… çünki ammiyə alimi təqlid etmək vacibdir.”[8] Əbu Əli Sənəd bin Annən əl-Əzdi əl-Məliki deyir: “Ammiyə alimə təqlid etməyi vacib görürük.”[9] Muvaffəquddin İbn Qudəmə deyir: “Buna görə də furu məsələlərində təqlid caizdir, hətta bu, ammiyə vacibdir.”[10] Əbul-Həsən əl-Amidi deyir: “Şər’i hökmlər isə fərqlidir, çünki burada amminin alimin görüşünü götürməsi vacibdir.”[11] Əbu Amr Təqiyyuddin İbn Saləh deyir: “… çünki ona (yəni ammiyə) fərz olan təqliddir.”[12] İzzuddin bin Abdissələm kitabında müctəhidlərə təqlidin haram olduğunu qeyd etdikdən sonra deyir: “Avam kütlə bundan istisna olunur, çünki ictihad yolu ilə hökmləri  bilməkdən aciz olduqları üçün onların vəzifəsi təqlid etməkdir.”[13]

Əbu Abdilləh Qurtubi deyir: “Alimlər ixtilaf etməyiblər ki, avama alimlərini təqlid etmək vacibdir.”[14] Şihəbuddin əl-Qarafi deyir: “İbnul-Qassar dedi: Malik dedi: “Avama hökmlərdə müctəhidləri təqlid etmək vacibdir.”[15] Alləmə Nəcmuddin ət-Tufi əl-Hənbəli deyir: “Ammiyə müctəhidi təqlid etmək ittifaq ilə vacibdir.”[16] Əbus-Sənə Şəmsuddin əl-Əsfəhəni deyir: “Avama müftinin görüşü ilə əməl etmək vacibdir.”[17] Siracuddin Ömər bin Əli ən-Nu’məni “əl-Lubəb fi Ulumil-Kitab” adlı təfsirində “Ammiyə təqlidin vacib olması” adlı bir bölmə açır və orada deyir: “Qurtubi (radiyallahu anhu) dedi: Dinindən bilmədiklərində əhliyyəti olmadığı üçün üsul qaydalarından istifadə edərək hökmləri istinbat edə bilməyən ammiyə fərz olan və onun ehtiyacı olan ölkəsində zamanının ən elmlisinə getmək, qarşılaşdığı məsələ ilə bağlı ona sual vermək və onun fətvası ilə əməl etməkdir.”[18]

Bədruddin əz-Zərkəşi deyir: “(Təqlidin) ammiyə vacib olmağına gəldikdə isə bu, Allahu təalənin bu sözünə görədir: “Əgər bilmirsizsə zikr əhlindən soruşun!”[19]. Cələluddin əl-Məhəlli (h. 864) deyir: “(Qeyri-müctəhid) istər ammi olsun, istərsə də olmasın, ona müctəhidi təqlid etmək lazımdır.”[20] Əbu Abdilləh əl-Huseyn bin Əli ər-Racraci deyir: “Avama təqlidin vacib olduğunu deyən cumhurun hüccəti Allahın bu sözüdür: “Əgər bilmirsizsə zikr əhlindən soruşun!”[21]. İbn Nuceym əl-Misri əl-Hənəfi deyir: “Ammiyə alimi təqlid etmək vacibdir.”[22] Beləliklə də bu nəqllər bizə bir həqiqəti isbat etmiş olur: “İctihad əhliyyəti olmayan müsəlmanlara müctəhidləri təqlid etmək zəruridir”

Alimin fətvası cahil üçün dəlildirmi?

Cahil müsəlmanların arasında yayılmış inanca görə alimin sözü dəlil deyildir. Bu inanc ümumilikdə doğru olsa da hər bir hal üçün doğru deyildir. Həqiqətən də alimin sözü heç bir halda dəlil deyildirmi? Bu sualın bir mənalı cavabı yoxdur. Alimlərimizin özlərinə görə onların fətvaları cahillər üçün dəlildir. Cahillər üçün alimlərin müxtəlif fətvaları müctəhid üçün şəriətin fərqli hökmləri tələb edən fərqli dəlilləri kimidir.

Bu barədə Əbul-Vafə İbn Aqil deyir: “Biz müfti və fətva soruşanın vəsfi mövzusunu ona görə fiqh-üsuluna daxil etdik ki, çünki (müftinin) fətvası onun üçün bir halda əməl edilməsi vacib, bir başqa halda isə caiz olan dəlildir. Beləliklə də nass, zahir, icma və qiyas alim üçün necə dəlillərdirsə müctəhidin fətvası da ammi üçün elə bir dəlil olur. Bunlar alimlər üçün hökmlərin dəlilləri olduğu üçün üsulul-fiqh elmində öyrənilməsi vacib olduğu kimi eləcədə müftilərin fətvalarının da avamlar üçün hökmlərin dəlilləri olduğu üçün üsulul-fiqh elminin bir hissəsi olması vacibdir.”[23] İbn Aqilin qarşıya qoyduğu və izah etməyə çalışdığı bu fikri demək olar ki, ondan sonra yaşamış ən böyük üsul alimləri təsdiq ediblər. Onlardan biri Şihəbuddin Əbul-Abbas Əhməd bin İdris əl-Qarafi deyir: “Çünki muqallidə nisbətdə müctəhidin sözləri müctəhidə nisbətdə şəriətin sahibinin sözləri kimidir, ona görə də müctəhidin ümumi sözü xüsusi sözü, mütləq olanı muqayyəd olan sözü, nəsx edicisi mənsux olan sözü, sarih (aydın) olanı möhtəməl olan sözü işığında yozulur, necə ki, şəriətin sahibinin sözləriylə də belə edilir.”[24]

Safiyyuddin Muhəmməd bin Abdirrahim əl-Ərməvi əl-Hindi deyir ki, “Müctəhidin sözü avama nisbətdə müctəhidlərə nisbətdə nass / şəri dəlil kimidir; nassın hüccət olmaması müctəhidlərin razılığından asılı olmadığı kimi eləcə də müctəhidlərin fətvalarının (avam üçün) hüccət olması avamın razılığından asılı deyildir.”[25] Bir başqa kitabında isə deyir: “Ammiyə nisbətdə bir müctəhidin sözü müctəhidə nisbətdə Allahın elçisinin sözü kimidir …”[26] Eləcə də Əbus-Sənə Şəmsuddin Mahmud bin Abdirrahmən əl-Əsfəhəni “Bəyənul-Muxtəsar” kitabında deyir: “Müftilərin görüşləri muqallidə nisbətdə dəlillər kimidir.”[27] Təcuddin Əbu Nəsr Abdulvahhəb bin Əli əs-Subki deyir: “Muqallidlərə nisbətdə bir müctəhidin bir-birindən fərqli iki görüşünün olması müctəhidlərə nisbətdə zənni dəlillərin bir-birinə qarşı olması kimidir.”[28] Digər şafi’i alimi Cəməluddin əl-İsnəvi də bunun bənzərini “Nihəyətus-Sul” kitabında deyir. Əbu Abdilləh Bədruddin Muhəmməd bin Bəhədir əz-Zərkəşi deyir: “… və çünki müctəhidin sözü avama nisbətdə nassın/şəri dəlilin müctəhidə nisbəti kimidir …”[29].

“əl-Bəhrul-Muhit” adlı ensiklopedik fiqh-üsulu kitabında da  İmam Zərkəşi bu mənanı təsdiqləyərək deyir: “Məzhəb sahiblərinə gəldikdə isə şəriət sahibinin sözləri müctəhidlərin nəzərində nə mərtəbədədirsə o məzhəbə tabe olanların sözləri də – əgər furu məsələlərindədirsə – muqallidlərə nisbətdə eyni mərtəbəyə qoyulur.”[30] Əbu Abdilləh Şəmsuddin İbn Əmir Həcc əl-Hənəfi deyir: “Muqallidə nisbətdə müctəhidlərin sözlərinin bir-birinə zidd gəlməsi müctəhidə nisbətdə qiyasların bir-birinə qarşı gəlməsi kimidir.”[31] Bir çox kitabda misal olaraq “qiyası” xüsusiləşdiriblər, lakin hər bir halda bu alimlərin qəsdi budur ki, qiyas müctəhid üçün dəlil sayıldığı kimi müctəhidlərin sözləri də avam üçün dəlildir. Şeyx Abdullah bin İbrahim əl-Aləvi əş-Şənqiti məşhur “Məraqi əs-Suud” mətninin şərhində deyir: “Təqlid edənə nisbətdə müctəhidin sözü müctəhidə nisbətdə şəri dəlil kimidir.”[32]

Bu sitatları çoxaltmaq mümkündür, çünki üsul alimlərinin böyük əksəriyyəti özlərindən əvvəlki üsulçuların sözlərini təsdiqləyərək nəql ediblər. “əl-İtisam” və “əl-Muvafəqat” kimi məşhur kitabların sahibi Əbu İshaq İbrahim bin Musa əl-Ləxmi əş-Şatibi bunu gözəl bir şəkildə izah edərək deyir: “Avama nisbətdə müctəhidlərin fətvaları müctəhidlərə nisbətdə şəri dəlillər kimidir. Bunun dəlili isə budur ki, muqallidlərə nisbətdə (şəri) dəlillərin mövcud olub olmaması arasında bir fərq yoxdur, çünki onlardan heç bir fayda çıxara bilmirlər. Dəlillərə nəzər salmaq və onlardan istinbat etmək onların işi deyildir və ümumilikdə bu əsla onlar üçün icazəli deyildir. Allah ﷻ deyir: “Bilmirsizsə zikr əhlindən soruşun!” Muqallid isə alim deyildir, ona görə də onun haqqında zikr əhlindən soruşmaqdan başqa heç bir şey doğru deyildir. Onun dini hökmlərdə qayıdış nöqtəsi qeydsiz-şərtsiz onlardır /zikr əhlidir. Deməli o zaman onlar onun üçün şəriət sahibinin yerinə keçmiş olurlar və onların sözləri də şəriət sahibinin sözlərinin yerinə keçmiş olur. Həmçinin müftinin olmaması mükəlləfiyyəti aradan qaldırırsa o zaman bu, dəlilin olmamasına bərabərdir, çünki mükəlləfiyyət yalnız bir dəlil ilə mümkündür. Belə ki, əgər əməl etmək üçün dəlil yoxdursa o əməllə mükəlləfiyyət də aradan qalxır. Eyni şəkildə əgər əməl etmək üçün (soruşmağa) müfti yoxdursa o/fətva axtar o əməllə mükəlləf olmaz. Beləliklə də müctəhidin sözünün amminin dəlili olması sübut olundu. Doğrusunu Allah bilir.”[33]

İmam Şatibinin izahı həm əqli dəlillərə, həm də şəri dəlillərə əsaslanır. Onun izah etdiyi bu mənanı demək olar ki, üsul alimləri ümumilikdə qəbul edirlər. Hətta bu mənanı Şeyxul-İslam İbn Teymiyyə də təsdiqləyərək deyir: “Amma caiz olan məsələlərdə alimi təqlid etməyə gəldikdə isə bu, əhəd xəbər və qiyas kimi zənni-ğalib olan dəlillərə tabe olmaq mərtəbəsindədir, çünki muqallid xəbər verənin doğru danışdığına qane olduğu kimi müctəhid alimin (fətvasında) doğruya isabət etdiyinə də qanedir.”[34]

İbn Teymiyyənin tələbəsi İbn Muflih öz şeyxindən bu mənanı təsdiqləyən başqa bir sözü nəql edir. “əl-Furu” kitabında deyir: “Şeyximiz dedi: “Müftinin sözünü başa düşməkdə xəta edən müctəhidin şəri mətnləri başa düşməkdəki xətasına bənzəyir.”[35] İbn Teymiyyənin hər iki sözündən yuxarıda üsul alimlərinin təsdiqlədiyi məna anlaşılır. Sözündən anlaşılır ki, əhəd xəbər və qiyas bir müctəhid üçün zənni dəlil olduğu kimi müftinin fətvası da muqallid üçün zənni bir dəlildir. Çünki əhəd xəbərdə ravilərin doğru danışdığına inanmağımız sadəcə zənnə əsaslanır, ona görə də bunu dəlil olaraq qəbul edirik, eyni şəkildə müctəhidin ictihadında haqqı dediyinə inanmağımız da zənnə əsaslanır. Məhz buna görə də müctəhid hansısa dəlili anlamaqda xətaya yol verdikdə günah qazanmadığı kimi muqallid də hansısa müctəhidin sözünü xətalı anlayaraq əməl etdiyinə görə günah qazanmaz. Bütün bunlar əsrlər boyunca analiz edilmiş, nəzərdən keçirilmiş islamın elmi irsinin bizə öyrətdikləridir. Bu gün cahil müsəlmanların ümmətin alimlərinin, fəqih imam və müctəhidlərinin sözləri üçün “bizim üçün dəlil deyildir” deməsi bu baxımdan çox gülməlidir. Lakin töhmət onların üzərinə düşmür, töhmət onların müəllimlərinə və onlara bunu öyrədən kəslərin üzərinə düşür. Xətalı təsəvvürləri düzəltmək isə vacibdir və bu mövzuda da müsəlmanlar arasında xətalı təsəvvürlər vardır. Bu təsəvvürləri düzəltmək üçün birlikdə çalışmağımız lazımdır. Doğru təsəvvürə sahib olmaq bizim üçün vaxta və enerjiyə qənaət etməyi asanlaşdırır.

 

 

 

[1] “ət-Tə’liqa”, 1/133

[2] “Cəmi’u Bəyənil-İlmi va Fədlihi”, 2/114-115

[3] “əl-Fəqih val-Mutəfəqqih”, 2/124

[4] “Qavati’ul-Ədillə fil-Usul”, 2/366

[5] “əl-Mustasfə”, səh: 372

[6] “Hilyətul-Uləmə fi Mərifəti Məzəhib əl-Fuqahə”, 1/54

[7] “ət-Təhzib”, 1/130

[8] “Tuhfətul-Fuqahə”, 1/363

[9] “İdaətul-Həlik”, səh: 158

[10] “Ravdatun-Nəzir va Cunnətul-Munəzir”, 2/383

[11] “əl-İhkəm fi Usulil-Əhkəm”, 1/211

[12] “Fətəva İbnis-Saləh”, 1/90

[13] “Qavaidul-Əhkəm va Məsalihul-Ənəm”, 2/158

[14] “Təfsirul-Qurtubi”, 11/272

[15] “Şərhu Tənqihil-Fusul”, səh: 430

[16] “Şərhu Muxtəsarir-Ravda”, 3/188

[17] “Bəyənul-Muxtəsar Şərh Muxtəsar İbnil-Həcib”, 1/677

[18] “əl-Lubəb fi Ulumil-Kitəb”, 3/162

[19] “əl-Bəhrul-Muhit”, 8/330

[20] “Həşiyətul-Attar alə Şərhil-Cələl əl-Məhəlli”, 2/433

[21] “Raf’un-Niqab an Tənqihiş-Şihəb”, 6/43

[22] “əl-Bəhrur-Raiq”, 2/315

[23] “əl-Vadih fi Usulil-Fiqh”, 1/266

[24] “Şərhu Tənqih əl-Fusul”, səh: 419

[25] “Nihəyətul-Vusul ilə Dirayətil-Usul”, 6/2650

[26] “əl-Fəiq fi Usulil-Fiqh”, 2/406

[27] “Bəyənul-Muxtəsar”, 3/369

[28] “əl-İbhəc fi Şərhil-Minhəc”, 3/202

[29] “Təşnif əl-Məsami bi Cəm’il-Cəvami”, 3/82

[30] “əl-Bəhrul-Muhit fi Usulil-Fiqh”, 7/108

[31] “ət-Təqrir vat-Təhbir alə Təhrir əl-Kəməl bin əl-Huməm”, 3/350

[32] “Nəşrul-Bunud alə Məraqi əs-Suud”, 2/275

[33]  “əl-Muvafəqat”, 5/336-337

[34] “Məcmu əl-Fətəva”, 20/17

[35] “əl-Furu va Təshihul-Furu”, 6/56

Salihiyyə

Etiketlər: alimləri təqlid etməkcahil kimdircahil və alimtəqlid etmək
Əvvəlki

Qəsdən tərk olunan namazın qəzası

Növbəti

Bayram namazı ilə bağlı üç sual

Oxşar Yazılar

Hənbəli məzhəbinin müxtəsər tarixi və qaynaq kitabları
Fiqh

Hənbəli məzhəbinin müxtəsər tarixi və qaynaq kitabları

26 İyun 2022
Səfərin müddəti
Fiqh

Səfərin müddəti

24 May 2022
Bayram namazı ilə bağlı üç sual
Fiqh

Bayram namazı ilə bağlı üç sual

01 May 2022
Qəsdən tərk olunan namazın qəzası
Fiqh

Qəsdən tərk olunan namazın qəzası

22 Aprel 2022
Üç və daha çox şəxsin camaat namazında duruşu
Fiqh

Üç və daha çox şəxsin camaat namazında duruşu

18 Aprel 2022
İki nəfərin camaat namazında duruşu
Fiqh

İki nəfərin camaat namazında duruşu

07 Aprel 2022
Növbəti
Bayram namazı ilə bağlı üç sual

Bayram namazı ilə bağlı üç sual

Subscribe
Login
Notify of
guest
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Ən çox oxunanlar

  • Corablara məsh çəkmək (Hədislərə baxış)

    Corablara məsh çəkmək (Hədislərə baxış)

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Niyyəti Dildə Tələffüz Etmək

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Qəbir daşına yazı yazmaq

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Ərəb dilinin əhəmiyyəti

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Təharət – “Sular” fəsli

    0 paylaşım
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • Kateqoriyasız (1)
  • Kitabxana (6)
    • Faydalı Alıntılar (1)
    • Hənbəli Fiqhi (4)
      • Təharət Kitabı (4)
    • Kitab Analizi (1)
  • Məqalələr (74)
    • Ailə (4)
    • Əxlaq və Ədəb (13)
    • Fiqh (21)
    • Hədis (5)
    • Şəxsiyyətlər (6)
    • Şübhələrə Cavab (10)
    • Tarix və İslam Mədəniyyəti (4)
    • Təfsir (1)
    • Ümumi (3)
  • Sual-Cavab (9)
    • Ədəb (2)
    • Əqidəvi suallar (1)
    • Fiqhi suallar (2)
    • Təfsir-Quran (2)
    • Ümumi suallar (1)
    • Üsul (1)
  • Yeni Müsəlman (5)

Etiketlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
Salihiyyə

Salihiyyə - İslami Araşdırmalar Platformasıdır

Daha ətraflı

Kateqoriyalar

  • Kateqoriyasız
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Məqalələr
    • Ailə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Yeni Müsəlman

Açar sözlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
  • Salihiyyə nədir?
  • Yazılardan istifadə

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Tarix və İslam Mədəniyyəti
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Şəxsiyyətlər
    • Hədis
    • Təfsir
    • Ümumi
    • Şübhələrə Cavab
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Kitab Analizi
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
  • Şübhələrə Cavab

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
wpDiscuz
0
0
Yazı haqqında fikirlərinizi bildirin..x
()
x
| Reply
Go to mobile version