• Salihiyyə nədir?
  • Yazılardan istifadə
Salihiyyə
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
SALİHİYYƏ
Nəticə tapılmadı..
Bütün nəticələr
Əsas Səhifə Məqalələr

Maidə 44 ayəsində icma iddiası

Salihiyyə
17 İyun 2021
Məqalələr
Oxuma müddəti: 10 dəq. oxuma
0 0
A A
0
Maidə 44 ayəsində icma iddiası
0
PAYLAŞIMLAR
21
BAXIŞLAR
PaylaşPaylaş

Bir qardaşımızın bizə verdiyi suallardan biri də Maidə surəsinin 44-cü ayəsi haqqındadır. Allahu Təalə deyir: “Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.”

Bizə gələn xəbərlərə əsasən son zamanlar qardaşlarımızdan bəziləri “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir” ayəsində qəsd olunan küfrün kiçik küfr olması haqqında icma olduğunu iddia edirlər. Lakin bu iddia yeni bir iddia deyil. Son zamanlar bu və buna yaxın mövzularda adı hallanan Xalid əl-Anbəri və onun həmrəyləri belə bir icmanın olduğunu kitablarında iddia ediblər. Bu məsələ xeyli müddətdir ki, ağızlarda dolaşsa da və artıq dadını qaçırsa da biz bu məsələdə hər hansı bir görüş bildirmək məqsədi ilə bu kiçik məqaləmizi yazmırıq, lakin mövcud olan bəzi xətalı anlayışlara Allahın izni ilə düzəliş vermək istəyirik. Tövfiq Allahdandır.

Bu anlayış sahibləri öz iddialarını isbat etmək üçün məğribin imamı əl-Həfiz İbn Abdil-Bərr’in bəzi sözlərini nəql edirlər, belə ki, bu böyük alim “ət-Təmhid” kitabında böyük günahlardan danışarkən deyir: “Alimlər icma ediblər ki, hökmdə zülm etmək onu bildiyi halda qəsdən edən üçün böyük günahlardandır. Bu barədə sələfdən sərt əsərlər rəvayət olunub. Allah – azzə va cəllə – deyir: “Allahın nazil etdiyi ilə hökm verməyənlər məhz onlar kafirlərdir”, “zalımlardır” və “fasiqlərdir”. Kitab əhli haqqında nazil olub. Huzeyfə və İbn Abbas dedi: “Bu, bizim haqqımızda da ümumidir.” Dedilər ki, bu ümmətdən biri bunu edərsə Allaha, mələklərinə, kitablarına, elçilərinə və Axirət gününə küfr etməyənə qədər (onun bu etdiyi onu) millətdən (yəni dindən) çıxaran küfr deyildir.”1 Məhz bu sözləri icma isbat etmək üçün nəql edirlər. Lakin həqiqətdə bu sözlərdə məsələ haqqında heç bir icma yoxdur. İcma sadəcə olaraq hökmdə zülm edən kəslərin böyük günah etməsi haqqındadır. Məgər bunun böyük küfr olduğunu deyənlər bu əməlin böyük günahlardan olduğunu inkarmı edirlər? Əlbəttə ki, xeyr! Unutmayaq ki, Allaha şərik qoşmaq da böyük günahlar arasında zikr olunur, beləliklə də şirkin də böyük günah olmasında ümmət icma edib və bu, dindən zəruri olaraq bilinən məsələlərdəndir. İbn Abdil-Bərr’in daha sonra bu barədə ayəni zikr etməsi və ayə haqqında görüşləri nəql etməsi sadəcə olaraq sələfdən bu barədə gəlmiş sərt əsərlərə verdiyi bir misaldır.

Biz deyirik ki, bu məsələdə icma yoxdur, əksinə ixtilaf edilmişdir və bu ixtilafın şahidi olmaq üçün bəzi kitablarda alimlərin sözlərini oxumaq kifayət edir və biz də burada o sözlərdən bizə müyəssər olanları nəql etməklə kifayətlənəcəyik, çünki ixtilafın olduğunu isbat etmək üçün bundan artığı tələb olunmur.

Alləmə Əbul-Fərac Abdur-Rahmən ibn əl-Cəvzi (508-597) deyir: “Birinci ayədə zikr olunan küfr ilə qəsd olunanın (təfsiri) haqqında iki görüş vardır: İkisindən birincinə görə bu, Allahu Təaləyə qarşı küfrdür, ikincisinə görə isə bu, həmin hökmə qarşı küfrdür və dindən çıxaran küfr deyildir.”2

Əbul-Muzaffər əs-Səm’ani deyir: “Ayənin iki təvili vardır: Birincisinə görə (ayənin) mənası (budur ki), Allahın endirdiyi ilə (onu) rədd edərək, inkar edərək hökm etməyənlər – məhz onlar kafirlərdir. İkinci (görüşün) mənası (isə budur ki), Allahın endirdiklərinin heç biri ilə hökm verməyənlər – məhz onlar kafirlərdir. Kafir isə müsəlmandan fərqli olaraq Allahın endirdiklərinin hamısını tərk edən kəsdir.”3 əs-Səm’aninin zikr etdiyi ikinci görüş çox ehtimal ki, İmam əş-Şafi’nin tələbəsi Abdul-Aziz bin Yəhya bin Muslim əl-Kinəni əl-Məkki’nin görüşüdür və onun görüşünə əsasən ayə ümumiyyətlə tövhidi və İslamı tamamilə tərk edən kafirlər haqqındadır, istənilən halda əl-Kinəni’yə görə ayədəki küfr böyük küfrdür, lakin bu, dini tamamilə tərk edənlər haqqındadır. Qarşıda İbnul-Qayyim’in bu görüşü zəif sayması haqqındakı sözləri zikr olunacaq.

Təfsir alimlərindən elələri də vardır ki, ayədəki küfrü mütləq olaraq kiçik küfr kimi təfsir etməyi zəif saymışdır. Fəxrud-Din ər-Razi (hicri 606) deyir: “Ata dedi: “Bu, küfrdən kiçik küfrdür.” Tavus dedi: “Allaha və Axirət gününə küfr edən kimi dindən çıxaran bir küfr deyildir.” Sanki onlar buradakı küfrü dindəki küfrə yox, nemət küfrünə həml ediblər. Bu da zəif görüşdür, çünki küfr sözü bir şeyə bağlı olmadan işlədilərsə dindəki (böyük) küfr mənasını verər.”4 Görünür ki, Əbu Həyyən Muhəmməd əl-Əndəlusi də (vəfatı hicri 745) bu görüşündə ər-Razi ilə razılaşır, belə ki, təfsirində deyir: ”Deyilib ki, qəsd olunan nemətə küfrdür, lakin bu, küfrün bir şeyə bağlanmadan sərbəst şəkildə gəldiyi halda dindəki (böyük) küfrə həml olunması (qaydası) ilə zəif sayılmışdır.”5 Həmçinin Siracud-Din Əbu Həfs Ömər ibn Adil əl-Hənbəli də (vəfatı hicri 775) “əl-Lubəb” adlı təfsirində və Nizamud-Din əl-Həsən bin Muhəmməd ən-Neysəburi (vəfatı hicri 850) “Ğaraibul-Quran” təfsirində ər-Razi ilə razılaşır.

Belə bir icmanın olduğunu iddia edənlər deyirlər ki, ayədəki küfr ilə qəsd olunan kiçik küfrdür və bu, yalnız bu əməlini halal saydıqda böyük küfr olur. Bu iddiaya əsasən bunun böyük küfr olmasını istihlal, yəni halal sayma şərtinə bağlamaq üzərində də icma olmalıdır. Halbuki Şeyxul-İslam İbn Teymiyyə fətvalarının birində deyir: “İnsan, üzərində icma edilmiş haramı halal edərsə və ya üzərində icma edilmiş bir halalı haram edərsə və ya üzərində icma edilmiş bir şəri hökmü dəyişərsə fəqihlərin ittifaqı ilə kafir, mürtəd olar. İki görüşdən birinə əsasən (Allahın) “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir” sözləri bunun eynisi haqqında nazil olub; yəni ki, o, Allahın endirdiyindən başqası ilə hökm etməyi halal sayır.”6 Buradan anlayırıq ki, “halal sayma” görüşü yeganə görüş deyildir, əksinə iki görüşdən biridir. Bu da ayənin təfsirində ixtilaf olduğuna dəlalət edir.

əl-Həfiz İbn Kəsir – rahiməhullah – bu ayəni zikr etdikdən sonra deyir: “Bu barədə iki görüş vardır ki, qarşıda gələcək…” və sonra ayəni bir daha zikr etdikdən sonra ayə haqqında görüşləri qeyd edərək buyurur: “(Birinci görüş: ) İbn Cərir həmçinin dedi: Yaqub bizə rəvayət etdi: Huşeym bizə rəvayət etdi: Abdul-Məlik bin Əbi Süleyman bizə Sələmə bin Kuheyl’dən, o isə Alqamə və Məsruq’dan xəbər verdi ki, onlar ikisi də İbn Məs’uddan rüşvət barəsində soruşdular. Dedi: “Haram yolla əldə olunandır.” İkisi yenə soruşdu: “Bəs hökmdə?” Dedi: “Bu, küfrdür” və bu ayəni oxudu: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” əs-Suddi dedi: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” (Allah) deyir: Kim endirilən ilə hökm vermirsə, qəsdən onu tərk edirsə və ya bilərəkdən zülm edirsə o, kafirlərdəndir.” (İkinci görüş: ) Əli bin Əbi Talha, İbn Abbas’dan onun bu sözünü rəvayət etdi: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” Dedi: “Kim Allahın endirdiyini inkar edərsə küfr etmişdir, lakin kim təsdiq edərsə lakin hökm etməzsə o, zalımdır, fasiqdir. Bunu İbn Cərir rəvayət etmişdir.”7 Buradan anlaşılır ki, İbn Kəsir bu iki görüşü fərqli görüşlər olaraq qeyd etmiş və birinci görüşü özlüyündə böyük küfr olaraq zikr etmişdir. Allahın izni ilə məqalənin sonunda İbn Məs’ud və əs-Suddi’dən gələn bu rəvayətləri böyük küfr olaraq təfsir etmiş alimlərin sözü təqdim olunacaq.

Bu ayəni müzakirə edənlərdən biri də Alləmə əl-Həfiz İbnul-Qayyim əl-Cəvziyyə’dir. O, “Mədəricus-Səlikin” adlı mübarək kitabında deyir: “Allahın nazil etdiyi ilə hökm verməyənlər məhz onlar kafirlərdir.” İbn Abbas dedi: millətdən çıxaran küfr deyildir, əksinə əgər bunu edərsə bu, ona (yəni hökmə) küfrdür və Allaha, Axirət gününə küfr edən kimi deyildir. Tavus da belə deyib. Ata dedi: “Küfrdən kiçik küfrdür, zülmdən kiçik zülmdür, fisqdən kiçik fisqdir.” Onlardan kimisi ayəni Allahın endirdiyini onu inkar edərək tərk etmək üzərinə təvil etmişdir və bu, İkrimə’nin görüşüdür və bu, mərcuh bir təvildir, çünki onu inkar etmək hökm edib etməməsindən asılı olmayaraq özlüyündə küfrdür. Onlardan kimisi də Allahın endirdiklərinin hamısını tərk etmək üzərinə təvil etmişdir; dedi: “Bura tövhid və İslam ilə hökm etmək də daxildir”. Bu isə Abdul-Aziz əl-Kinəni’nin təvilidir və bu da (haqdan) uzaq bir təvildir, çünki (ayədəki) təhdid, endirilmiş ilə hökm etməmək barəsindədir və bu, həm hökmü tamamilə tərk etməyə, həm də bir hissəsini tərk etməyə aiddir. Onlardan kimisi də bunu nassa müxalif şəkildə, nassın olmağından cahil olmadan və təvildə xəta etmədən qəsdən hökm etmək üzərinə təvil edib. Bunu əl-Bəğavi alimlərdən ümumən nəql edib. Onlardan kimisi də bunu kitab əhlinə aid olmaq üzərinə təvil edib və bu, Qatədə, Dahhək və bu ikisindən başqalarının görüşüdür. Bu da (haqdan) uzaqdır və ləfzin zahirinə müxalifdir, ona görə də bu görüş götürülməz. Onlardan kimisi də bunu dindən çıxaran küfr saymışdır.”8 Gördüyümüz kimi İbnul-Qayyim məsələdə ixtilaf nəql etmişdir. Diqqətimizi çəkən tərəf budur ki, İbnul-Qayyim bu görüşlərdən bəzilərinin zəifliyinə diqqət çəksə də axırıncı görüşün zəifliyi haqqında bir söz söyləməmişdir. Bəziləri Allahın endirdiyi ilə hökm etməməyi yalnız həmin hökmü cuhud etdikdə, yəni inkar etdikdə böyük küfr saymışdır və İbnul-Qayyim bu görüşün mərcuh, yəni zəif olduğunu deyir; bunun üzərində düşünmək lazımdır.

Onu da qeyd edək ki, İbnul-Qayyim burada İkrimə’nin görüşünü zəif saysa da Fəxrud-Din ər-Razi, Əbu Abdilləh əl-Qurtubi, əl-Xatib əş-Şirbini və digərləri onun görüşünü doğru görüş hesab ediblər.

Bunun böyük küfr olması görüşü səhabələrdən Abdullah ibn Məs’uddan nəql olunub və yuxarıda İbn Kəsir bunu ondan isnadı ilə rəvayət etmişdir. Alləmə əl-Mufəssir Əbu İshaq Əhməd bin Muhəmməd əs-Sə’ləbi (vəfatı hicri 427) ayənin təfsirində digər görüşləri zikr etdikdən sonra deyir: “Bəziləri bunu zahiri mənasına uyğun qəbul ediblər. İbn Məs’ud və əs-Suddi dedi: “Hökmdə rüşvət qəbul edən və onda Allahın hökmündən başqası ilə hökm edən kafirdir”.”9 əs-Sə’ləbi isə – rahiməhullah – İbn Abdil-Bərr’dən öncə yaşayıb və təfsirində gördüyümüz kimi ixtilafın olduğunu zikr edir və İbn Məs’ud ilə əs-Suddi’nin ayəni böyük küfr olaraq təfsir etdiklərini zikr edir. Həmçinin digər təfsir alimi Əbul-Həsən Əli əl-Vahidi ən-Neysəburi (vəfatı hicri 468) deyir: “İbn Məs’ud, əl-Həsən və əs-Suddi dedi: “Bu ayətlər həm yəhudilər, həm də bu ümmət üçün ümumidir, kim rüşvət alarsa və hökmü dəyişərsə, beləliklə Allahın hökmündən başqası ilə hökm edərsə küfr etmişdir.”10 Diqqət edək ki, əl-Vahidi bu görüşü zikr etmədən öncə bunun kiçik küfr olduğunu deyənlərin sözlərini zikr edir və axırda İbn Məd’ud və əs-Suddi’nin görüşünü ayrılıqda qeyd edir. Həmçinin əl-Xazin adı ilə tanınmış Aləud-Din Əli bin Muhəmməd əş-Şihi deyir: “İbn Məs’ud, əl-Həsən və ən-Nəxai dedi: “Bu üç ayə yəhudilər və bu ümmət haqqında ümumidir, hər kim rüşvət alarsa və hökmü dəyişərsə, beləliklə Allahın hökmündən başqası ilə hökm edərsə küfr etmiş, zülm etmiş və fisq etmişdir. əs-Suddi də bu görüşü götürmüşdür, çünki bu, (ayədəki) xitabın zahiri mənasıdır.”11

İbn Battal əl-Məliki deyir: “İsmayıl bin İshaq (əl-Qadi) dedi: “Ayətlərin zahiri ona dəlalət edir ki, kim (yəhudilərin) etdiyinin eynisini edərsə, Allahın hökmünə müxalif bir hökm çıxarar və onu onunla əməl edilən bir din edərsə, istər hakim olsun, istərsə qeyrisi olsun, yəhudilərə aid olan vaid (təhdid) ona da aid olacaqdır.”12

Üstəlik bir çox alim bu ayənin müsəlmanlar haqqında deyil, yəhudilər haqqında nazil olduğunu deyirlər və sözsüz ki, onların görüşünə əsasən ayədə qəsd olunan küfr elə zahirinə uyğun olaraq böyük küfrdür. Misal üçün Əbu Cafər Əhməd bin Muhəmməd ən-Nəhhəs (vəfatı hicri 338) “İ’rabul-Quran” kitabında bu görüşü güclü saymış və onu müdafiə etmişdir. Həmçinin Əhməd əl-Kəraci əl-Qassab (vəfatı hicri 360) və əx-Xatib əl-İskəfi “Durratut-Tənzil” kitabında bu nöqtədə ən-Nəhhəs ilə eyni görüşdədir.

Biz bura qədər nəql etdiklərimiz ilə doğru görüşü təsbit etməyi yox, lakin məsələdə ixtilafın olduğunu isbat etməyi qarşımızda məqsəd qoymuşduq və düşünürəm ki, ayədəki küfr sözünün təfsirində ittifaq yox, ixtilafın olduğuna şahid oldunuz. Tövfiq Allahdandır.

Salihiyyə

Dipnotlar:

  1. “ət-Təmhid limə fil-Muvatta minəl-Məani val-Əsənid”, 5/74-75; Vazəratu Umumil-Əvqaf va Şuunil-İsləmiyyə, 1396/1976, Məğrib
  2. “Zədul-Məsir fi ’İlmit-Təfsir”, 1/553; Dar əl-Kitəb əl-Arabi, birinci nəşr: hicri 1422, Beyrut
  3. “Təfsirus-Səm’ani”, 2/42; Darul-Vatan, birinci nəşr: 1418/1997, Riyad
  4. “Məfətihul-Ğeyb”, 12/367; Dar İhyə ət-Turas əl-Arabi, üçüncü nəşr: hicri 1420, Beyrut
  5. “əl-Bəhr əl-Muhit”, 4/270; Darul-Fikr, hicri 1420, Beyrut
  6. “Məcmu əl-Fətəva”, 3/267-268;
  7. “Təfsir İbn Kəsir”, 3/119; Dar Taybə, ikinci nəşr: 1420/1999, Riyad
  8. “Mədəricus-Səlikin”, 1/345-346; Dar əl-Kitəb əl-Arabi, üçüncü nəşr: 1416/1996, Beyrut
  9. “əl-Kəşf val-Bəyən an Təfsir əl-Quran”, 4/71; Dar İhyə ət-Turas əl-Arabi, birinci nəşr: 1422/2002, Beyrut
  10. “əl-Vasit fi Təfsiril-Quranil-Məcid”, 2/192; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: 1415/1994, Beyrut
  11. “Lubəbut-Təvil fi Məanit-Tənzil”, 2/48; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: hicri 1415, Beyrut
  12. “Şərh Sahih əl-Buxari”, 8/213; Məktəbətur-Rüşd, ikinci nəşr: 1423/2003, Riyad
Əvvəlki

İmanın şöbələri haqqında xülasə

Növbəti

Allahdan qeyrisinə and içmək

Oxşar Yazılar

İfk ayəsi və şiələr
Şübhələrə Cavab

İfk ayəsi və şiələr

15 Mart 2026
Özünüdərk: Nəfsin Eyiblərini Tanıma Yolları
Əxlaq və Ədəb

Özünüdərk: Nəfsin Eyiblərini Tanıma Yolları

17 Fevral 2026
Peyğəmbərin qızları
Şübhələrə Cavab

Peyğəmbərin qızları

17 Fevral 2026
Şubənin gizli hədisi
Şübhələrə Cavab

Şubənin gizli hədisi

17 Fevral 2026
Hənbəli məzhəbinin müxtəsər tarixi və qaynaq kitabları
Fiqh

Hənbəli məzhəbinin müxtəsər tarixi və qaynaq kitabları

26 İyun 2022
Səfərin müddəti
Fiqh

Səfərin müddəti

24 May 2022
Növbəti
Allahdan qeyrisinə and içmək

Allahdan qeyrisinə and içmək

Subscribe
Login
Notify of
guest
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Ən çox oxunanlar

  • Corablara məsh çəkmək (Hədislərə baxış)

    Corablara məsh çəkmək (Hədislərə baxış)

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Niyyəti Dildə Tələffüz Etmək

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Qəbir daşına yazı yazmaq

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Ərəb dilinin əhəmiyyəti

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Təharət – “Sular” fəsli

    0 paylaşım
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • Kateqoriyasız (1)
  • Kitabxana (6)
    • Faydalı Alıntılar (1)
    • Hənbəli Fiqhi (4)
      • Təharət Kitabı (4)
    • Kitab Analizi (1)
  • Məqalələr (74)
    • Ailə (4)
    • Əxlaq və Ədəb (13)
    • Fiqh (21)
    • Hədis (5)
    • Şəxsiyyətlər (6)
    • Şübhələrə Cavab (10)
    • Tarix və İslam Mədəniyyəti (4)
    • Təfsir (1)
    • Ümumi (3)
  • Sual-Cavab (9)
    • Ədəb (2)
    • Əqidəvi suallar (1)
    • Fiqhi suallar (2)
    • Təfsir-Quran (2)
    • Ümumi suallar (1)
    • Üsul (1)
  • Yeni Müsəlman (5)

Etiketlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
Salihiyyə

Salihiyyə - İslami Araşdırmalar Platformasıdır

Daha ətraflı

Kateqoriyalar

  • Kateqoriyasız
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Məqalələr
    • Ailə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Yeni Müsəlman

Açar sözlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
  • Salihiyyə nədir?
  • Yazılardan istifadə

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Tarix və İslam Mədəniyyəti
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Şəxsiyyətlər
    • Hədis
    • Təfsir
    • Ümumi
    • Şübhələrə Cavab
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Kitab Analizi
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
  • Şübhələrə Cavab

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
wpDiscuz
0
0
Yazı haqqında fikirlərinizi bildirin..x
()
x
| Reply
Go to mobile version