• Salihiyyə nədir?
  • Yazılardan istifadə
Salihiyyə
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
SALİHİYYƏ
Nəticə tapılmadı..
Bütün nəticələr
Əsas Səhifə Məqalələr Fiqh

Alacağın qida məhsulunun dadına baxmaq

Salihiyyə
29 İyul 2021
Fiqh
Oxuma müddəti: 5 dəq. oxuma
0 0
A A
0
Alacağın qida məhsulunun dadına baxmaq
0
PAYLAŞIMLAR
27
BAXIŞLAR
PaylaşPaylaş

Çoxlarımız alış-veriş edərkən meyvə, tərəvəz və müxtəlif növ ərzaq məhsulları almaq istədikdə onların dadına baxmağa önəm veririk, çünki malın qiyməti onun keyfiyyətinə görə təyin olunur. O zaman belə bir sual verə bilərlər ki, malın dadına baxmaq istədikdə hər dəfə satıcıdan izn almaq olmur, belə halda izn almadan dadına baxmaq olarmı? Bu sual həm qadınlara, həm də kişilərə maraqlı olmalıdır.

Fəqihlər kitablarında bu məsələyə toxunublar. Biz bu kiçik yazımızda yalnız hənbəli fəqihlərinin bu məsələ barədə dediklərinə yer verəcəyik, çünki məsələ xüsusi bir araşdırma tələb edən məsələlərdən deyildir. Bu barədə alimlərin ictihadını bilmək kifayət edir.

İlk öncə qeyd etməliyik ki, bu barədə İmam Əhməd’dən iki görüş gəlmişdir. Birinci görüşə görə dadına baxmaq üçün satıcıdan izn almaq vacib deyildir. İkinci görüşə görə isə yalnız satıcıdan izn aldıqdan sonra dadına baxmaq olar. Əbu Abdilləh Şəmsud-Din Muhəmməd bin Muflih deyir: “Alarkən dadına baxmaqda heç bir problem yoxdur.  (İmam Əhməd) bunu açıq sözlərlə söyləyib. Həmçinin (bir başqa rəvayətdə) deyib: “Bilmirəm, yalnız izn alarsa.”1 Qeyd etmək lazımdır ki, İbn Muflih’in “əl-Furu” kitabında birinci olaraq zikr etdiyi görüş bir qayda olaraq hənbəli məzhəbinin görüşü sayılır. Digər hənbəli alimi Burhənud-Din Əbu İshaq İbrahim bin Muhəmməd ibn Muflih deyir: “Alarkən dadına baxmaqda heç bir problem yoxdur. (İmam Əhməd) bunu açıq sözlərlə söyləyib. Bunu həm də İbrahim ən-Nəxai söyləyib. Sufyan dedi: “İffət daha xoşdur.” Hərb (isə İmam Əhmədin belə dediyini) nəql edib: “Bilmirəm, yalnız ondan izn alması ilə olar.”2 Alləmə Aləud-Din Əbul-Həsən əl-Mərdəvi deyir: “Alış zamanı alınan şeyin dadına baxmaqda heç bir problem yoxdur. İbn Abbasın sözünə əsasən (İmam Əhməd) bunu bir mənalı bildirmişdir. İmam Əhməd bir digər yerdə isə demişdir: “Bilmirəm, yalnız izn alması ilə olar.”3 Mənsur bin Yunus əl-Buhuti “ər-Ravd əl-Murbi” kitabında deyir: “Alarkən dadına baxmaqda heç bir problem yoxdur.”4 Məzhəbdəki ən məşhur görüşə əsasən izn almaq vacib deyildir, hənbəli alimlərinə əsasən bu görüş mötəməd sayılır. Lakin əl-Həccəvi “əl-İqna” kitabında izn almağı şərt kimi zikr etmişdir, belə ki, o, kitabında deyir: “Alarkən izn almaqla birlikdə alınan malın dadına baxmaqda heç bir problem yoxdur.”5 Burada izn almağı zikr etməsi onu göstərir ki, əl-Həccəvi’yə görə izn alması lazımdır. Amma qeyd etdiyimiz kimi məzhəbdə mötəməd sayılan görüş digər görüşdür. Buna görə də əl-Buhuti “əl-İqna” kitabının şərhində deyir: “[Alarkən alınan malın dadına baxmaqda heç bir problem yoxdur] İbn Abbasın sözlərinə əsasən və adətdə belə qəbul olunduğuna əsasən (İmam Əhməd) bunu açıq sözlərlə söyləyib. Hərb (isə Əhməddən belə dediyini) nəql etmişdir: “Bilmirəm, yalnız izn alması ilə olar.” Buna görə də (əl-Həccəvi) dedi: [izn almaqla birlikdə], sanki o, (İmam Əhməddən gəlmiş) iki rəvayətin arasını birləşdirmişdir, lakin “əl-Furu”, “əl-Mubdi”, “əl-İnsaf” və digər kitablarda birinci görüş birinci olaraq zikr olunur.”6 əl-Buhuti’nin işarə etdiyi kitablardakı sözləri biz yuxarıda təqdim etdik. Ona görə Mustafa ər-Ruheybəni “Ğayətul-Muntəhə” kitabının şərhində Mər’i bin Yusuf əl-Kərmi’nin sözlərini – parantez içində təqdim edəcəyimiz sözlər ona aiddir –  şərh edərkən deyir: “[Bir şey alarkən (satıcıdan) izn almadan] (mal haqqında) bilgi [əldə edəcək şəkildə alacağı malın dadına baxmasında (İmam Əhmədin) aşkar sözlərinə əsasən heç bir problem yoxdur]. İbn Abbasın sözlərinə, həm də adətdə bu cür qəbul olunduğuna görə. “əl-Furu”, “əl-Mubdi”, “əl-İnsaf” və digər kitablarda bu (görüş) birinci olaraq zikr olunur. [Ondan fərqli olaraq], yəni “əl-İqna” kitabının müəllifindən fərqli olaraq; belə ki, o, “(satıcının) izni ilə” demişdir. İmam [Əhməd bir başqa yerdə dedi: Bilmirəm,] yalnız ondan izn alması ilə olar. Məzhəbin görüşü birinci görüşdür, ikinci görüş ilə əməl etmək isə təqvaya uyğundur.”7 Buraya qədər yazdıqlarımızdan anlaşılan budur ki, hənbəli məzhəbinin görüşünə görə izn almaq vacib deyildir və bunun üçün iki dəlilə əsaslanıblar:

Birinci: İbn Abbasın sözləri; onun sözlərini hədis kitablarında axtarsam da tapa bilmədim. Lakin İbn Qudəmə “əl-Muğni” kitabında deyir: “İbn Abbas dedi: “Yeməyin, sirkənin və almaq istədiyi şeyin dadına baxmasında heç bir problem yoxdur.”8 İbn Duveyyən bunu “Mənərus-Səbil” kitabında gətirir və Şeyx əl-Albani bu kitabın hədislərini təxric etdiyi “İrvaul-Ğalil” kitabında9 bunun həsən olduğunu demişdir. Lakin Şeyxin bu barədə gətirdiyi rəvayətlərin heç birində “almaq istədiyi” sözü keçmir. Doğrusunu Allah bilir. Bu görüş həmçinin tabiin nəslindən əl-Həsən əl-Bəsri’dən rəvayət olunub. Bədrud-Din əl-Ayni deyir: “Oruclunun almaq məqsədi ilə yaxşısını və pisini bilmək üçün bal və ya yeməyin dadına baxmasında bir problem yoxdur ki, dadına baxmadığı halda aldanmış olmasın. Bu, əl-Həsən əl-Bəsri’dən rəvayət olunub.”10

İkinci: Bu, adətdə qəbul olunmuş bir əməldir. Fəqihlərin sözlərindən anlaşılan budur ki, səhabə zamanında bu vaxta qədər bu əməl insanların adətlərində keçərli olmuşdur və əgər bu, münkər bir əməl olsaydı Allahın elçisi – salləllahu aleyhi va səlləm – və səhabələr bunu inkar edərdilər. Onların bunu inkar etməməkləri bu əməldə heç bir problemin olmadığını göstərir.

Bura qədər zikr olunanlar mal almaq istəyənlərə aiddir, yoxsa malı almaq məqsədi olmayan birinin vəziyyətdən istifadə edərək satılan ərzağın dadına baxması halal deyildir. İnsanlardan elələri də vardır ki, məhz bu yolla qarınlarını doyurmaq üçün bazarı ziyarət edirlər. Fayda üçün onu da zikr edək ki, ərəblər bu cür adamlara “qalləş” deyirlər. ən-Nəvəvi deyir: “Qalləş dadlara baxandır və o, almaq istəmədiyi halda dadına baxmaq üçün yalandan üzdə yeməyi alacağını göstərən kəsdir.”11 Bu isə sözsüz ki, pis bir xüsusiyyətdir və şəriət belə bir şeyi caiz görmür. Bunu isə ona görə qeyd etdik ki, bəzi kəslər bu yazımızı əllərində bayraq edib həddi aşmasınlar.

Salihiyyə

Dipnotlar:

  1. “əl-Furu va Təshihul-Furu”, 6/123-124; Muəssəsətur-Risələ, birinci nəşr: 1424/2003, Beyrut
  2. “əl-Mubdi fi Şərhil-Muqni”, 4/6; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1418/1997, Beyrut
  3. “əl-İnsaf”, 4/265; Dar İhyə ət-Turas əl-Arabi, ikinci nəşr
  4. “ər-Ravd əl-Murbi Şərh Zadil-Mustəqni”, 1/305; Darul-Muəyyəd/Muəssəsətur-Risələ
  5. “əl-İqna”, 2/57; Darul-Mərifə, Beyrut
  6. “Kəşşəful-Qina an Mətnil-İqna”, 3/149; Darul-Kutubil-İlmiyyə, Beyrut
  7. “Mətalibu Ulin-Nuhə”, 3/10; əl-Məktəb əl-İsləmi, ikinci nəşr: 1415/1994, Beyrut
  8. “əl-Muğni”, 4/369; Dar Aləmil-Kutub, üçüncü nəşr: 1417/1997, Riyad
  9. Bax: “İrvaul-Ğalil”, 4/85-86 (937); əl-Məktəb əl-İsləmi, birinci nəşr: 1399/1979, Beyrut
  10. “Umdətul-Qari Şərh Sahih əl-Buxari”, 11/12; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut
  11. “Ravdatut-Talibin”, 8/186; əl-Məktəb əl-İsləmi, üçüncü nəşr: 1412/1991, Beyrut
Əvvəlki

Yeni doğulmuş uşaqla bağlı bəzi sünnətlər

Növbəti

Namazda qeyri ərəbcə dua

Oxşar Yazılar

Hənbəli məzhəbinin müxtəsər tarixi və qaynaq kitabları
Fiqh

Hənbəli məzhəbinin müxtəsər tarixi və qaynaq kitabları

26 İyun 2022
Səfərin müddəti
Fiqh

Səfərin müddəti

24 May 2022
Bayram namazı ilə bağlı üç sual
Fiqh

Bayram namazı ilə bağlı üç sual

01 May 2022
Təqlid və müctəhidin fətvası
Fiqh

Təqlid və müctəhidin fətvası

27 Aprel 2022
Qəsdən tərk olunan namazın qəzası
Fiqh

Qəsdən tərk olunan namazın qəzası

22 Aprel 2022
Üç və daha çox şəxsin camaat namazında duruşu
Fiqh

Üç və daha çox şəxsin camaat namazında duruşu

18 Aprel 2022
Növbəti
Namazda qeyri ərəbcə dua

Namazda qeyri ərəbcə dua

Subscribe
Login
Notify of
guest
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Ən çox oxunanlar

  • Corablara məsh çəkmək (Hədislərə baxış)

    Corablara məsh çəkmək (Hədislərə baxış)

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Niyyəti Dildə Tələffüz Etmək

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Qəbir daşına yazı yazmaq

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Ərəb dilinin əhəmiyyəti

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Təharət – “Sular” fəsli

    0 paylaşım
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • Kateqoriyasız (1)
  • Kitabxana (6)
    • Faydalı Alıntılar (1)
    • Hənbəli Fiqhi (4)
      • Təharət Kitabı (4)
    • Kitab Analizi (1)
  • Məqalələr (74)
    • Ailə (4)
    • Əxlaq və Ədəb (13)
    • Fiqh (21)
    • Hədis (5)
    • Şəxsiyyətlər (6)
    • Şübhələrə Cavab (10)
    • Tarix və İslam Mədəniyyəti (4)
    • Təfsir (1)
    • Ümumi (3)
  • Sual-Cavab (9)
    • Ədəb (2)
    • Əqidəvi suallar (1)
    • Fiqhi suallar (2)
    • Təfsir-Quran (2)
    • Ümumi suallar (1)
    • Üsul (1)
  • Yeni Müsəlman (5)

Etiketlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
Salihiyyə

Salihiyyə - İslami Araşdırmalar Platformasıdır

Daha ətraflı

Kateqoriyalar

  • Kateqoriyasız
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Məqalələr
    • Ailə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Yeni Müsəlman

Açar sözlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
  • Salihiyyə nədir?
  • Yazılardan istifadə

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Tarix və İslam Mədəniyyəti
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Şəxsiyyətlər
    • Hədis
    • Təfsir
    • Ümumi
    • Şübhələrə Cavab
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Kitab Analizi
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
  • Şübhələrə Cavab

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
wpDiscuz
0
0
Yazı haqqında fikirlərinizi bildirin..x
()
x
| Reply
Go to mobile version