• Salihiyyə nədir?
  • Yazılardan istifadə
Salihiyyə
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Əqidə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Şübhələrə Cavab
Nəticə tapılmadı..
Bütün nəticələr
SALİHİYYƏ
Nəticə tapılmadı..
Bütün nəticələr
Əsas Səhifə Məqalələr Fiqh

Qan Nəcisdir

Salihiyyə
08 Aprel 2022
Fiqh
Oxuma müddəti: 17 dəq. oxuma
0 0
A A
0
Qan Nəcisdir
0
PAYLAŞIMLAR
21
BAXIŞLAR
PaylaşPaylaş

Qanın hökmü nədir?

Alimlər qanın nəcis olmasına dəlil olaraq Allahu Təalənin bu sözlərini göstərirlər:

قُلْ لَا أَجِدُ فِي مَا أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٍ يَطْعَمُهُ إِلَّا أَنْ يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَسْفُوحًا أَوْ لَحْمَ خِنْزِيرٍ فَإِنَّهُ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ ۚ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَ لَا عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَحِيمٌ

De: “Mənə vəhy olunanların içində murdar (rics) olmaları səbəbilə leş, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvan istisna olmaqla, yemək yeyən bir kimsəyə haram edilmiş bir şey görmürəm. Kim məcburiyyət qarşısında qalarsa, həddi aşmadan zəruri ehtiyacını ödəyəcək qədər (yeyərsə, bilsin ki), sənin Rəbbin həqiqətən, bağışlayandır, rəhmlidir! (Ənam, 145)

Müfəssirlərin imamı Əbu Cafər Muhamməd bin Cərir ət-Təbəri (rahiməhullah) deyir: “Allahın – cəllə sənəuhu – qullarına qanın haramlığını bəyan edərkən onun axar qan olmasını şərt qoşması açıq-aşkar bir dəlildir ki, qanlar içində axar olmayan nəcis deyil, halaldır.”[1]

Ənam sürəsi 145-ci ayəsinin tərcüməsinin digər versiyası: “De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan (rics) donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona günah gəlməz). Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.”

Əgər diqqət etsəniz iki tərcümə arasında fərq olduğunu görəcəksiz. Birinci tərcümədə ayədə haram olaraq zikr olunmuş ölü heyvan, axar qan, donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş heyvan “rics”, yəni murdar sayılmış, ikinci tərcümədə isə yalnız donuz əti murdar sayılmışdır. Bu, ayədəki rics hökmünün bunların hamısına yoxsa yalnız donuz ətinə aid olması haqqında təfsir alimlərinin ixtilaf etməsi ilə bağlıdır. Təfsir alimləri bu ayədə iki fərqli görüş qeyd ediblər. Bununla əlaqədar olaraq Əbul-Leys əs-Səmərqəndi Hənəfi deyir: “Bəzi alimlər deyir ki, ayədə önə keçirmək və təxir etmək üslubu işlənmişdir ki, bunun mənası belə olacaq; ölü hayvan, axar qan, donuz əti və Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisnadır, çünki o, murdardır, yəni ayədə zikr olunanların hamısı ricsdir. Murdarlığın xüsusilə donuz ətinin vəsfi olduğu da söylənmişdir.”[2]

Bəydavinin öz təfsirindəki[3] sözlərinin zahiri göstərir ki, ona görə burada “rics” kəliməsi donuz ətinə aiddir. Əbu Həyyan, İbn Qayyim və digərləri də bu görüşdədir.

Alləmə Muhamməd Tahir İbn Aşur deyir: “Allahın “çünki o, murdardır” sözləri bir cümlənin arasına daxil edilmiş yeni bir cümlədir, alimlərdən bəzilərinə görə oradakı əvəzlik donuz ətinə aiddir. Lakin bunun əvvəl sayılanların hamısına aid olması daha doğru görüşdür. Əvəzliyin tək halda gəlməsi isə “məzkur” sözü ilə təvil edilməsinə dayanır, yəni “çünki məzkur (zikr olunan) murdardır”, necəki “Bunu edən kimsə cəzalandırılar” ayəsində işarə əvəzliyi tək halda gəlmişdir.”[4] Ayədəki əvəzliyin bunların hamısına aid olduğunu eləcədə Müasir sələfi şeyxlərindən olan Şeyx Muhamməd bin Saleh Useymin də demişdir.[5]

Əgər ayənin iki cür təvili mümkündürsə o zaman bu təvillərdən hansının başqa dəlillərlə dəstəkləndiyinə baxmaq lazımdır. Bu zaman ilk növbədə peyğəmbərin ﷺ sünnətinə nəzər yetirməliyik.

 

Sünnətdəki dəlillər

Birinci: Əsma bint Əbu Bəkr (radiyallahu anhə) deyir: “Bir qadın peyğəmbərin ﷺ yanına gəldi və dedi: “Bizdən birimizin paltarına heyz qanı bulaşır, onunla nə edək?” Dedi: “Onu ovalasın, sonra su ilə qaşısın, sonra su ilə yuyub onda namaz qılsın!”[6] Bu hədisdəki dəlil budur ki, peyğəmbər ﷺ həmin qadına paltarındakı qanı yumağı əmr etmişdir, əgər qan murdar olmasaydı yumağı əmr etməzdi. İmam Muhamməd bin İdris əş-Şafi Əsmanın bu hədisini gətirdikdən sonra deyir: “əş-Şafi (rahiməhullah) dedi: “Bu hədisdə heyz qanının nəcis olmasına dair dəlil vardır, bundan başqa qanlar da bunun kimidir.”[7] İmam Buxari (rahiməhullah) bu hədisi gətirdiyi babın adını “qanı yumaq babı” adlandırmışdır. Hədisdə heyz qanının zikr olunması istisna deyildir, əksinə qan bədənin harasından gəlməsindən asılı olmayaraq qandır. İmam Buxari kitabın başqa yerində eyni hədisi rəvayət etdikdən sonra həmin babın adını “heyz qanını yumaq babı” adlandırmışdır. Bununla bağlı olaraq əl-Hafiz İbn Həcər (rahiməhullah) deyir: “Onun “heyz qanını yumaq babı” sözləri; onun burada baba bu cür ad verməsi dəstəmaz kitabında “qanı yumaq” şəklində verdiyi addan daha xüsusidir. Orada Əsmanın bu hədisi haqqında söz edildi. Orada bunu Yəhya bin əl-Qattanın Hişamdan rəvayəti olaraq gətirmişdir və bu rəvayətin isnadı da əvvəlki kimi şeyxindən savayı hamılıqda mədinəlilərdən ibarətdir. Bu hədisdə əvvəlki rəvayətdə olmayan faydalar vardır: qadın zikr etməyə utandığı bir şey haqqında soruşa bilər və zərurət üçün murdar qəbul olunan şeyin adını aşkar şəkildə demək olar və bir də heyz qanı yumağın vacibliyində digər qanlar kimidir. Həmçinin burada yuyulmasının asan olması üçün quru nəcasəti qaşımağın müstəhəb olmasına dair dəlil vardır.”[8] Hafiz Əbu Ömər Yusuf bin Abdulləh İbn Abdilbərr (rahiməhullah) yuxarıdakı hədis barədə deyir: “Xəbər onu göstərir ki, nəcasət olması səbəbi ilə onu yumaq vacibdir və bütün qanların hökmü heyz qanının hökmü ilə eynidir. Lakin az miqdarda qanda güzəşt edilmişdir, çünki Allah ﷻ qanın nəcisliyi üçün axar olmasını şərt qoşmuşdur. O zaman qan rics sayılır və rics nəcasətdir.”[9] Yenə “Muvatta” əsərində gəlmiş eyni hədisin şərhində deyir: “Bu hədis, paltarlardan nəcasətlərin yuyulmasında əsas götürülən dəlildir, çünki qan əgər axar qan olarsa nəcisdir, axar dedikdə isə qəsd olunan çoxlu şəkildə axmasıdır.”[10] Şeyx Muvaffəquddin İbn Qudamə (rahiməhullah) deyir: “Qan nəcisdir, çünki Əsmanın hədisində peyğəmbər ﷺ qan haqqında demişdir: “Onu su ilə yu!” Muttəfəqun aleyh Üstəlik Quranın aşkar sözünə əsasən qan özlüyündə haram buyurulmuşdur, bununla da ölü heyvana bənzəyir.”[11]

İkinci: Yenə bir digər hədisdə Aişə (radiyallahu anhə) rəvayət edir ki, Ummu Həbibə bint Cəhş Allahın Elçisindən ﷺ fətva soruşaraq dedi: “Mən istihazəliyəm”. (Peyğəmbər) dedi: “Bu sadəcə damardır, qüsl al və namazını qıl!”[12] İstihazə qanı peyğəmbərin ﷺ sözünə əsasən damar qanıdır. İmam Nəvəvi bu hədisin şərhində deyir: “Bu hədisdə nəcasətin təmizlənməsi əmri, qanın nəcis olması və namazın sadəcə heyzin kəsilməsi ilə vacib olması barədə dəlil vardır. Doğrusunu Allah bilir!”[13] Bu hədisdən çox alim qanın nəcis olması hökmünü çıxarmışdır. Onlar heyz qanı ilə digər qanlar arasında fərq qoymayıblar, çünki belə bir fərqi tələb edən dəlil yoxdur. Alləmə Əbu Muhamməd İbn Həzm (rahiməhullah) yuxarıdakı hədisin şərhində deyir: “Bu, peyğəmbərdən ﷺ gəlmiş qanın bütün növlərini əhatə edən ümumi bir mənadır və əgər peyğəmbərin ﷺ cavabı suala bağlı əvəzliklə mərdud deyilsə, özlüyündə sabitdirsə, sualın nəylə bağlı olmasına əhəmiyyət vermirik.”[14] Bu sözlərin mənası budur ki, ibrət səbəbin xüsusiliyində deyil, mənanın ümumiliyindədir, çünki peyğəmbər ﷺ qadına “üstündəki qanı təmizlə” demişdir və burada sadəcə qan sözünü işlətmişdir.

Üçüncü: İmam Malik (rahiməhullah) “Muvatta” əsərində nəql edir ki, “Abdullah ibn Ömərin burnundan qan gələndə çıxardı və həmən dəstəmaz alardı. Sonra gəlib davam edər və danışmazdı”[15]. Bir digər rəvayətdə isə Malik (rahiməhullah) “Yezid bin Abdilləh bin Quseyt əl-Leysidən rəvayət edir ki, o, Said bin Musəyyəbi namaz qılarkən burnu qanamış halda gördü və həmən peyğəmbərin ﷺ xanımı Ummu Sələmənin evinə gəldi və ona dəstəmaz suyu gətirdilər və dəstəmaz aldı. Sonra geri döndü və əvvəl qıldığı namazın davamını qıldı.”[16] Malik bundan sonra Said bin Musəyyəbdən daha bir rəvayət gətirmişdir və İmam əl-Qadi Əbu Valid Süleyman bin Xaləf əl-Bə’ci (vəfatı hicri 494) həmin rəvayətin şərhində deyir: “Burada onun tərk etməsinin mənası namazını kəsməsidir və qanı yuduqdan sonra namazını yenidən qılmasıdır, çünki namazdan çıxarkən üzərində nəcasət daşıyırdı və namazı bununla batil olmuşdur.”[17]

Bu, Quran və səhih sünnətdən mövzu ilə əlaqədar zikr etdiyimiz dəlillərdir. Şeyx Muhamməd bin Muhamməd Muxtar əş-Şənqiti “Zadul-Mustəqni” kitabını şərh edərkən mövzu ilə əlaqədar olaraq deyir: “Qan nəcisdir və bu, alimlərin böyük əksəriyyətinin (rahmətullahi aleyhim) görüşüdür, çünki peyğəmbər (aleyhissalətu vassələm) deyir: “Üzərindəki qanı yu!” Eləcədə istihazəli qadının qanı haqqında buyurmuşdur: “Bu sadəcə olaraq damardan gələn qandır.” Alimlər deyirlər ki, istihazə qanı damardan gəldiyi kimi insandakı digər qanlar da əslində damardan gəlir. Quranın zahiri mənası da qanın nəcis olmasına dəlalət edir, çünki Allahu Təalə deyir: “və ya axar qan” və sonra deyir: “çünki o, ricsdir.” Axar qan isə heyvanı öldürərkən və kəsərkən olur və həmçinin insanda da olur və o, canlı sağ olarkən cəsəddən çıxan qandır.”[18] Şeyx Muxtar Şənqiti burada böyük əksəriyyət deməklə Şevkani, Siddiq Xan kimi alimlərin müxalif olmaqlarını da nəzərə almışdır, yoxsa həqiqətdə Şəvkanidən əvvəl heç bir alim qanın təmiz olduğunu deməmişdir. Növbəti bölmədə Allahın izni ilə alimlərin bu barəcə icma etdiyini isbat edəcəyik.

 

Məsələ barədə nəql olunmuş icma

Bu barədə çox sayda alim icma nəql etmişdir. Bu barədə nəql olunmuş icma o qədər qəti və əvəzsizdir ki, bunda şəkk və şübhə etmək heç bir alimə yaraşmaz. Şeyx Atiyyə Muhəmməd Səlim (vəfatı hicri 1420) deyir: “Müsəlmanlar hər əsrdə nəsilbənəsil qanın nəcis olduğunu deməyə davam ediblər və bizim bu günümüzə qədər xələf bu məsələdə sələfdən icma nəql ediblər. Müxalifət və ixtilaf bir yana qalsın bunda heç bir qaranlıq məqam, şəkk və tərəddüd yoxdur.”[19] Diqqət etmək lazımdır ki, üsul alimlərinin çoxuna görə icma dəlillər içində ən güclü dəlil sayılır və əgər bu belədirsə, o zaman icmanı isbat etmək çox əhəmiyyətli bir məsələdir. Allahın izni ilə bu barədə icma nəql etmiş alimlərin sözlərini bir-bir nəql etməyə çalışacağıq.

Birinci: Hafiz İbn Qayyim əl-Cəvziyyə (rahiməhullah) “İğasətul-Ləhfən” adlı kitabında və Şeyxul-İslam İbn Teymiyyə “Şərhul-Umdə” adlı kitabında İmam Əhmədin (164 – 241) bu sözlərini nəql edirlər:b“Əhməddən (rahiməhullah) soruşdular: “Sənə görə qan ilə irinin (iltihabın) hökmü eynidir?” Dedi: “Xeyr! Qan haqqında müsəlmanlar ixtilaf etməyiblər, irin haqqında isə müsəlmanlar ixtilaf ediblər.”[20]

İkinci: Hafiz İbn Abdilbərr Maliki (368 – 463) deyir: “Heç bir ixtilaf yoxdur ki, axar qan rics və nəcisdir və axmayan az miqdarda qan bağışlanılmışdır.”[21] “ət-Təmhid” kitabında deyir: “Bu müsəlmanların icma etməsidir ki, axar qan rics və nəcisdir.”[22]

Üçüncü: Alləmə Əbu Muhamməd Əli İbn Həzm Əndəlusi əz-Zahiri (384 – 456) deyir: “Alimlər ittifaq ediblər ki, nəyin qanı olmasından asılı olmayaraq – yalnız çəyirtkə və qanı axmayan heyvanlar istisnadır – çox miqdarda qan nəcisdir.”[23]

Dördüncü: əl-Qadi Əbu Bəkr Muhamməd bin Abdullah ibn Arabi Maliki (468 – 543) deyir: “Alimlər qanın haram və nəcis olmasında, onu yeməyin və ondan faydalanmağın caiz olmamasında ittifaq ediblər.”[24]

Beşinci: Alləmə Əbu Valid Muhamməd bin Əhməd İbn Rüşd Maliki (520 – 595) deyir: “Nəcasətin növlərinə gəldikdə isə, alimlər bunlardan özlüyündə dörd növ üzərində ittifaq ediblər: suda yaşamayan qanı olan heyvanın ölüsü, donuzun əti, suda yaşamayan heyvandan diri və ya ölü olaraq ayrılan qanın özü, əgər axar – bununla miqdarın çoxluğunu qəsd edirəm – olarsa və adəm övladının sidiki və nəcisi üzərində (ittifaq ediblər).”[25]

Altıncı: İmam Əbu Abdullah Muhamməd bin Əhməd əl-Qurtubi (… – 671) deyir: “On dördüncü: Allahu Təalənin “və qan” sözü; alimlər qanın haram və nəcis olmasında ittifaq ediblər, nə yeyilməz, nə də ondan faydalanılmaz.”[26]

Yeddinci: İmam Əbu Zəkəriyyə Muhyiddin bin Şərəf Nəvəvi Şafi’i (rahiməhullah) (631 – 676) Əsmanın hədisini şərh edərkən deyir: “Bu hədisdə qanın nəcis olmasına dair dəlil vardır və bunun üzərində müsəlmanlar icma ediblər.”[27] Digər kitabında deyir: “Qanın nəcisliyi barədə gəlmiş dəlillər çox aşkardır, “əl-Havi” kitabının müəllifinin kəlam əhlindən bir nəfərdən onun “qan təmizdir” deməsi barədə nəql etdiyindən başqa müsəlmanlardan heç kəsin bunda ixtilaf etdiyini bilmirəm. Lakin icma və ixtilaf məsələlərində kəlam əhlinin sözünə əhəmiyyət verilməz.”[28]

Səkkizinci: Alləmə Hafiz Bədruddin Əbu Muhamməd Mahmud bin Əhməd əl-Ayni Hənəfi (rahiməhullah) (762 – 855) Əsmanın yuxarıda qeyd olunmuş hədisini şərh edərkən deyir: “(Hədisdən çıxarılan hökmlərdən) biri də budur ki, bu hədisdə icma ilə qanın nəcis olmasına dair dəlil vardır.”[29] Yenə Hafiz əl-Ayni (rahiməhullah) Əbu Davudun “Sünən” əsərində rəvayət etdiyi Əsmanın eyni hədisinin şərhində deyir: “Bu hədisdən bəzi faydalar ortaya çıxır; bunlardan birincisi budur ki, bu hədisdə qanın nəcis olmasına dair dəlil vardır və bu, müsəlmanların icmasıdır.”[30]

Doqquzuncu: Hafiz İbn Hacər əl-Asqalani Şafi’i (rahiməhulllah) (773 – 852) deyir: “Birinci görüş onunla tənqid oluna bilər ki, (peyğəmbərin ﷺ namaz qılarkən üzərinə) tək heyvanın bağırsaqları atılmamışdı,  onunla birlikdə qan da var idi və qan (müsəlmanların) ittifaqı ilə nəcisdir.”[31]

Onuncu: İbn Nuceym adı ilə tanınan məşhur hənəfi alimi Zeynuddin bin İbrahim bin Muhamməd bin Əbi Bəkr əl-Misri (926 – 970) misvakın istifadəsinin nə zaman sünnət olması barədə danışarkən deyir:“Namaza durarkən bunun müstəhəb olduğunu söyləməkləri, Şafinin görüşündən fərqli olaraq bizdə bunun namazdan qabaq deyil, dəstəmazdan qabaq olması barədə nəql etdiklərini inkar edir. əs-Sirac əl-Hindi “əl-Hidayə” kitabının şərhində bunun səbəbini belə izah etmişdir ki, namaz üçün misvak istifadə edilərsə qan çıxması mümkündür və qan – şafi məzhəbinə görə dəstəmazı pozmasa da – icma ilə nəcisdir.”[32]

On birinci: Alləmə Əbu Abdullah Məhəmməd bin Əhməd ər-Ruhuni (1159 – 1230) deyir:“Şərh edənlərdən tutmuş haşiyə yazanlara qədər hər kəs bu sözlərə gəldikdə bu məqamdan danışarkən müəllifin sözlərinin qəbul olunması ilə razılaşıblar, hətta onlardan bir çoxu axar olmayan qanın təmiz olması görüşünün məzhəbin məşhur görüşü olduğunu aşkar şəkildə ifadə ediblər, necəki müəllif özü “Dayh”[33]də bunun məşhur görüş olduğunu açıq şəkildə söyləmişdir, çünki o, İbn Hacibin “axar qan nəcisdir, bundan başqa növ qanlar isə təmizdir; bu barədə iki görüşün olduğu da deyilmişdir” sözləri haqqında demişdir; və onun sözləri tam şəkildə belədir: “Lakin axar qana, yəni axıb gedən qana gəldikdə isə icma ilə nəcisdir, damarlarda qalan qan kimi axar olmayan qanlar haqqında isə müəllif iki görüş nəql etmişdir …”[34]

Bu şəkildə icma nəql etmiş alimlərin sayı çoxdur və məsələ haqqında müstəqil araşdırma aparmış alimlər bəzi hallarda iyirmiyə yaxın alimin adını qeyd ediblər. Onlar içində “Əşraful-Məsalik” kitabının sahibi Şeyx Abdurrahman bin Muhamməd Şihəbuddin Bağdadi, “Bəzlul-Məchud” kitabının sahibi Şeyx Xalil Əhməd əs-Səhəranfuri və başqalarını göstərmək olar. Ciddi araşdırma sayın bununla məhdud olmadığını göstərəcəkdir. Bunu dedikdən sonra müsəlmanları bəzi incəliklərə diqqət etməyə çağırırıq.

Birinci: İmam Əhməd (rahiməhullah) alimlər içində icma nəql edənlərə qarşı ən şiddətli alimlərdən sayılır. Bununla belə bu böyük imam özü məsələ barəsində icma nəql etmişdir, beləki qanın nəcisliyində müsəlmanlardan heç kimsənin ixtilaf etmədiyini demişdir. Bu, məsələ barədə nəql olunmuş icmanın qətiliyindən xəbər verir.

İkinci: Bu qədər alimin tarix boyu icma nəql etmələrinə baxmayaraq əsrlər boyu heç bir alim onların bu icma iddialarına etiraz etməmişdir. İmam Nəvəvi, Hafiz İbn Abdilbərr, İbn Munzir və başqaları bir çox məsələdə icma nəql etsələr də, digər alimlər onların bu şəkildə icma nəql etməklərinə qarşı etiraz ediblər. Lakin bu məsələdə heç kimsə onlara qarşı müxalif olmamış və onların icma iddialarına etiraz etməmişdir. Yalnız təxminən üç əsr bundan əvvəl yaşamış Şevkani buna etiraz etmişdir. 11 əsr içində bərqərar olmuş bir icma heç bir şəkildə bir alimin etirazı ilə pozula bilməz. Daha sonra Şevkaniyə bu etirazında Şeyx Siddiq Həsən Xan tabe olmuşdur və heç kəsdən gizli deyildir ki, Siddiq Həsən Xan fiqhdə şeyxi Şevkanidən o qədər təsirlənmişdir ki, çox görüşündə onu təqlid etmişdir. Daha sonra gəlib qanın təmiz olduğunu söyləyənlər də bu məsələdə onların yolunu izləyiblər.

Üçüncü: Müxaliflər heç bir şəkildə sələfdən fərqli görüş nəql edə bilmirlər, onlar icmanı nəql edəcək bir tabii sözü, nə də onlardan sonra gəlmiş hər hansı bir alimin sözünü nəql etməkdə acizdirlər. Onların gətirdiyi dəlillər isə mücərrəd ehtimallardan başqa bir şey deyildir.

Səmimi müsəlmanlara nəsihətimiz budur ki, üzərində icma edilmiş bir məsələdə bəzi alimlərin şazz görüşlərindən uzaq olsunlar, necəki əz-Zəncani demişdir: “Xoşbəxtlik icma ilə əməl etməkdədir.”

 

 

[1] Təbəri, “Cəmiul-Bəyan an Təvil Ayil-Quran”, 9/633; Daru Həcr, Qahirə, birinci nəşr: 1422/2001

[2] Səmərqəndi, “Bəhrul-Ulum”, 1/509; Darul-Fikr, Beyrut

[3] “Ənvərut-Tənzil və Əsrarut-Təvil”, 2/187; Dar İhyəut-Turas əl-Arabi / Muəssəsətut-Tarixil-Arabi, Beyrut, yeni nəşr

[4] “Təfsirut-Təhrir vət-Tənvir”, 8/139; Darut-Tunisiyyə, Tunis, 1984

[5] “Məcmu Fətəva va Rasəil Fadilətiş-Şeyx Muhamməd bin Saleh əl-Useymin”, 11/264-265

[6] Buxari (227), Muslim (291)

[7] İmam Şafi, “əl-Umm”, 2/146; Darul-Vafə, Misir, Mənsura, birinci nəşr: 1422/2001

[8] Hafiz İbn Həcər, “Fəthul-Bari bi Şərh Sahihil-Buxari”, 1/695; Daru Taybə, Riyad, birinci nəşr: 1426/2005

[9] Hafiz İbn Abdilbərr, “ət-Təmhid limə fil-Muvatta minəl-Məani vəl-Əsənid”, 22/230; ət-Tabəatul-Məğribiyyə, 1410/1990

[10] Hafiz İbn Abdilbərr, “əl-İstizkar”, 3/204; Dar Quteybə / Darul-Va’yu, Qahirə, birinci nəşr: 1414/1993

[11] İbn Qudamə, “əl-Kafi”, 1/187; Daru Həcr, Misir, birinci nəşr: 1417/1997

[12] Muslim, (334)

[13] İmam Nəvəvi, “əl-Minhəc fi Şərh Səhih Muslim bin əl-Həccəc”, 4/22; əl-Mətbəa əl-Misriyyə bil-Əzhar, Misir, birinci nəşr: 1347/1929

[14] İbn Həzm, “əl-Muhəllə”, 1/102-103; İdarətut-Tabəatul-Muniriyyə, birinci nəşr: hicri 1352-ci il

[15] Malik, “Muvatta”, 76

[16] Malik, “Muvatta”, 81

[17] əl-Bə’ci, “əl-Muntəqa Şərh Muvatta Malik”, 1/375; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1420/1999

[18] Muxtar Şənqiti, “Şərh Zadil-Mustəqni” (Kitəbut-Tahara), 1/367; ər-Riəsətul-Ammə lil-Buhusil-İlmiyyə val-İftə, Riyad, birinci nəşr: 1428/2007

[19] “Məvsuatud-Dimə fil-İsləm”, səh: 72; Darul-Cəvhərə, Mədinə, birinci nəşr: 1426/2005

[20] İbn Qayyim, “İğasətul-Ləhfan min Məsaidiş-Şeytan”, 1/115; Darul-Marifə, Beyrut, ikinci nəşr: 1395/1975;

İbn Teymiyyə, “Şərhul-Umdə fil-Fiqh”, 1/105; Məktəbətul-Ubeykan, Riyad, birinci nəşr: 1413/1992

[21] Hafiz İbn Abdilbərr, “əl-İstizkar”, 3/204; Dar Quteybə / Darul-Va’yu, Qahirə, birinci nəşr: 1414/1993

[22] Hafiz İbn Abdilbərr, “ət-Təmhid limə fil-Muvatta minəl-Məani val-Əsənid”, 22/230; ət-Tabəatul-Məğribiyyə, 1410/1990

[23] İbn Həzm, “Məratibul-İcma”, səh: 23; Darul-Əfəqul-Cədidə, Beyrut, üçüncü nəşr: 1402/1982

[24] İbn Arabi, “Əhkəmul-Quran”, 1/79; Darul-Kutubil-İlmiyyə, Beyrut, üçüncü nəşr: 1424/2003

[25] İbn Rüşd, “Bidayətul-Muctəhid va Nihayətul-Muqtəsid”, 1/76; Darul-Marifə, Beyrut, altıncı nəşr: 1402/1982

[26] İmam Qurtubi, “əl-Cami li Əhkəmil-Quran”, 3/30; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1427/2006

[27] imam Nəvəvi, “əl-Minhəc fi Şərh Səhih Muslim bin əl-Həccəc”, 3/200; əl-Mətbəa əl-Misriyyə bil-Əzhar, Misir, birinci nəşr: 1347/1929

[28] imam Nəvəvi, “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 2/576; Məktəbətul-İrşad, Cuddə

[29] İmam Bədruddin əl-Ayni, “Umdətul-Qari Şərh Sahihil-Buxari”, 3/211; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1421/2001

[30] İmam Bədruddin əl-Ayni, “Şərh Sunən Əbu Davud”, 2/187; Məktəbətur-Ruşd, Riyad, birinci nəşr: 1420/1999

[31] Hafiz İbn Həcər, “Fəthul-Bari Şərh Sahihil-Buxari”, 1/600; Darut-Taybə, birinci nəşr: 1426/2005

[32] İbn Nuceym Hənəfi, “əl-Bəhrur-Raiq Şərhu Kənzid-Dəqaiq”, 1/21; Darul-Kitəbil-İsləmi, Qahirə, ikinci nəşr

[33] Alimlər çox zaman məşhur kitabların adlarını hərflərinə uyğun olaraq qısaldırlar, buna rəmzlər deyilir. “Dayh” olaraq rəmzlənmiş kitab isə İbn Həcibin “Muxtəsər Cəmi’il-Ummuhət” adlı kitabına maliki alimi Xalil bin İshaq əl-Cundi tərəfindən yazılmış “ət-Təvdih” adlı şərhidir.

[34] ər-Ruhuni, “Əvdahul-Məsalik va Əshəlul-Məraqi ilə Səbki İbriziş-Şeyx Abdilbəqi”, 1/72; ət-Tabəa əl-Əmiriyyə, Misir, Bulaq, birinci nəşr; hicri 1306; kitabın bu nəşrdəki adı “Haşiyətur-Ruhuni alə Şərhiz-Zurqani li Muxtəsar Xalil” olaraq məşhurdur, çünki Abdulbəqi əz-Zurqaninin “Şərh Muxtəsar Xalil” kitabına yazdığı bir haşiyədir.

Salihiyyə

Əvvəlki

Qəbir daşına yazı yazmaq

Növbəti

Qeyri-islami bayramlarda hazırlanan yeməklər

Oxşar Yazılar

Hənbəli məzhəbinin müxtəsər tarixi və qaynaq kitabları
Fiqh

Hənbəli məzhəbinin müxtəsər tarixi və qaynaq kitabları

26 İyun 2022
Səfərin müddəti
Fiqh

Səfərin müddəti

24 May 2022
Bayram namazı ilə bağlı üç sual
Fiqh

Bayram namazı ilə bağlı üç sual

01 May 2022
Təqlid və müctəhidin fətvası
Fiqh

Təqlid və müctəhidin fətvası

27 Aprel 2022
Qəsdən tərk olunan namazın qəzası
Fiqh

Qəsdən tərk olunan namazın qəzası

22 Aprel 2022
Üç və daha çox şəxsin camaat namazında duruşu
Fiqh

Üç və daha çox şəxsin camaat namazında duruşu

18 Aprel 2022
Növbəti
Qeyri-islami bayramlarda hazırlanan yeməklər

Qeyri-islami bayramlarda hazırlanan yeməklər

Subscribe
Login
Notify of
guest
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

Ən çox oxunanlar

  • Corablara məsh çəkmək (Hədislərə baxış)

    Corablara məsh çəkmək (Hədislərə baxış)

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Niyyəti Dildə Tələffüz Etmək

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Qəbir daşına yazı yazmaq

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Ərəb dilinin əhəmiyyəti

    0 paylaşım
    Paylaş 0 Tweet 0
  • Təharət – “Sular” fəsli

    0 paylaşım
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • Kateqoriyasız (1)
  • Kitabxana (6)
    • Faydalı Alıntılar (1)
    • Hənbəli Fiqhi (4)
      • Təharət Kitabı (4)
    • Kitab Analizi (1)
  • Məqalələr (74)
    • Ailə (4)
    • Əxlaq və Ədəb (13)
    • Fiqh (21)
    • Hədis (5)
    • Şəxsiyyətlər (6)
    • Şübhələrə Cavab (10)
    • Tarix və İslam Mədəniyyəti (4)
    • Təfsir (1)
    • Ümumi (3)
  • Sual-Cavab (9)
    • Ədəb (2)
    • Əqidəvi suallar (1)
    • Fiqhi suallar (2)
    • Təfsir-Quran (2)
    • Ümumi suallar (1)
    • Üsul (1)
  • Yeni Müsəlman (5)

Etiketlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
Salihiyyə

Salihiyyə - İslami Araşdırmalar Platformasıdır

Daha ətraflı

Kateqoriyalar

  • Kateqoriyasız
  • Kitabxana
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
    • Kitab Analizi
  • Məqalələr
    • Ailə
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Hədis
    • Şəxsiyyətlər
    • Şübhələrə Cavab
    • Tarix və İslam Mədəniyyəti
    • Təfsir
    • Ümumi
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Yeni Müsəlman

Açar sözlər

alimləri təqlid etmək ayaqyolu bayram namazı necə bayram namazı qılınma qaydası cahil kimdir cahil və alim camaat namazı corablara məsh dil ilə niyyət dəstəmaz qabı hənbəli fiqhi hənbəli məzhəbi hənbəli məzhəbinə aid kitablar hənbəli məzhəbi əqidə kitabları imam arxasında namaz məsh etmək məsh çəkmək məst məstin hökmü namaz namazın qəzası varmı namazı qısaltmaq niyyət nəcis su qablar qadınların camaat namazı qurban bayramı qəsdən qılınmayan namaz qəza namazı qəza namazı necə qılınar ramazan bayramı sular sular fəsli sıraların düzülüşü səfərin müddəti səfərin məsafəsi tahir su tahur su top20 təharət təharət babı təqlid etmək tərk edilmiş namaz üç nəfərin namaz duruşu əhməd ibn hənbəl
  • Salihiyyə nədir?
  • Yazılardan istifadə

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı..
Bütün nəticələr
  • Yeni Müsəlman
  • Məqalələr
    • Ailə
    • Tarix və İslam Mədəniyyəti
    • Əxlaq və Ədəb
    • Fiqh
    • Şəxsiyyətlər
    • Hədis
    • Təfsir
    • Ümumi
    • Şübhələrə Cavab
  • Sual-Cavab
    • Ədəb
    • Əqidəvi suallar
    • Fiqhi suallar
    • Təfsir-Quran
    • Ümumi suallar
    • Üsul
  • Kitabxana
    • Kitab Analizi
    • Faydalı Alıntılar
    • Hənbəli Fiqhi
      • Təharət Kitabı
  • Şübhələrə Cavab

© 2021 Salihiyye.com - Yazılardan istifadə edərkən saytımıza link olaraq isnad etməyiniz lazımdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
wpDiscuz
0
0
Yazı haqqında fikirlərinizi bildirin..x
()
x
| Reply
Go to mobile version